Kaliforniyada Azərbaycan icması ilə görüş keçirilib
Cəmiyyət 19 May 2026, 17:52
173
ABŞ-də səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Kaliforniya ştatının San-Fransisko və ətraf şəhərlərində yaşayan azərbaycanlılarla görüş keçirib.
Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev iştirakçıları səmimi salamlayaraq, Komitənin çoxşaxəli fəaliyyət istiqamətləri, diaspor təşkilatlarını vahid platformada birləşdirən Koordinasiya Şuraları, Azərbaycan Evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri və digər irimiqyaslı layihələr barədə danışıb. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələri xatırladan sədr müavini ABŞ-də yaşayan azərbaycanlıların ölkəmizin zəngin mədəni irsinin, dilimizin qorunmasında xüsusi rol oynadığını vurğulayıb. Vətən müharibəsi və postmüharibə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdikləri fəallığa və vətənpərvərliyə görə Kaliforniyada yaşayan soydaşlarımıza təşəkkürünü ifadə edib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov çıxışında Kaliforniyadakı Azərbaycan icmasının fəallığını yüksək qiymətləndirib. Qeyd edib ki, Kaliforniya ştatında yaşayan azərbaycanlıların böyük hissəsi San-Fransisko, San-Xose və ətraf şəhərlərdə məskunlaşıb, gənclərimiz isə əsasən elm və İT sahələrində fəaliyyət göstərir.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Nurlan Şükürlü və təşkilatın təsisçisi Həmid Azəri mərkəzin fəaliyyəti, əldə olunan nəticələr barədə məlumat verib.
Kaliforniya ştatında fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri və Azərbaycan icmasının fəalları Azərbaycan diasporunun təşkilatlanması istiqamətində aparılan ardıcıl, məqsədyönlü və sistemli işin nəticələrindən danışıblar, əldə olunan nailiyyətləri diqqət çatdırıblar. Soydaşlarımız Kaliforniyada yaşayan azərbaycanlıları bir araya topladığına, onları daim diqqət mərkəzində saxladığına və problemləri ilə yaxından maraqlandığına görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür ediblər. Bundan sonra da yaşadıqları ölkədə Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəklərini, Azərbaycan xalqının və dövlətinin maraqlarını daim uca tutacaqlarını bildiriblər.
Həmçinin oxuyun
Tədbirdə Kaliforniyadakı Azərbaycan icmasının fəal üzvlərindən, mədəniyyətimizin tanınan simalarından biri olan mərhum Sevinc Kərimovanın müəllifi olduğu "Birlikdə" videoçarxı nümayiş etdirilib, qələmə aldığı "Özünə səyahət" kitabı haqqında məlumat verilib.
“Tarix dərsi” və "Qarabağ Azərbaycandır" adlı videoçarxlar böyük maraqla izlənilib.
Daha sonra Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin incəsənət üzrə direktoru Anar Allahverdov mərkəzin nəzdindəki rəqs və "Sounds of Fire" nağara qrupunun yerli və beynəlxalq festivallarda uğurlu çıxışlarından danışıb. Həmin qruplar səhnədə ifaları ilə qonaqlara zövqlü musiqi dəqiqələri bəxş edib.
Qarşılıqlı fikir mübadiləsi və soydaşlarımızın suallarının cavablandırılması ilə davam edən icma görüşü ABŞ-dəki azərbaycanlıların şəbəkələşməsi və təşkilatlanması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilib. (Trend.az)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Heydər Məmmədov Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi ilə görüşdü
Cari ilin 18–19 may tarixlərində Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının mənzil-qərargahının yerləşdiyi Niderland Krallığının Haaqa şəhərində Assosiasiyanın Baş katibi Roel Dona və qurumun digər vəzifəli şəxsləri ilə görüşüb.Bu barədə Citypost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.Görüş zamanı Roel Dona Azərbaycan ilə Assosiasiya arasında səmərəli əməkdaşlığın uğurla davam etdiyini vurğulayaraq, Azərbaycan Prokurorluğunun Assosiasiyanın fəaliyyətinə verdiyi töhfə və göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin 2024-cü ildə Bakıda keçirilmiş BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağının yüksək səviyyədə təşkil olunduğunu və digər üzv qurumlar üçün nümunə hesab edildiyini qeyd edib.Heydər Məmmədov isə Baş prokuror Kamran...
19 May 2026, 17:28
Dövlət Komitəsində növbəti vətəndaş qəbulu keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Bu barədə Citypost.az Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır...
19 May 2026, 17:21
Sumqayıtda parkda ağacların qeydiyyatı aparılıb
Sumqayıt şəhərində yerləşən parkda ağacların qeydiyyatı aparılıb, üzərinə nömrəli etiketlər vurulub.Citypost.az xəbər verir ki, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyinin ölkə üzrə vahid nömrələnmə və inventarlaşdırma standartına keçid məqsədilə həyata keçirdiyi layihə çərçivəsində baş tutub.Bildirilib ki, park ərazisində ağaclar qeydiyyata alınaraq üzərinə xüsusi identifikasiya lövhələri vurulub. İdentifikasiya lövhəsi vurulmuş ağaclara dair bütün məlumatlar Rəqəmsal Ekologiya İnformasiya Sisteminin "Yaşıllıqların reyestri" alt sisteminə inteqrasiya edilib və www.agac.az saytında yerləşdirilib.Qeyd edək ki, bu layihə yaşıllıqların mühafizəsinin təmin edilməsi, onlara müdaxilə hallarının qarşısının alınması, yaşıllıqların elektron reyestrinin formalaşdırılması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə həyata keçirilir.Eyni zamanda bu tədbirlər Bakıda keçiriləcək...
19 May 2026, 17:00
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Bakıda bir neçə gün əvvəl müşahidə olunan intensiv yağışlar şəhər infrastrukturunun iqlim dəyişikliklərinə uyğunlaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsini zəruri edir.Citypost.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.Onun sözlərinə görə, son günlərdə yağan güclü yağışlar iqlim dəyişikliklərinin təsirlərini bir daha nümayiş etdirib.Eldar Əzizov qeyd edib ki, yağış sularının idarə olunması və şəhər infrastrukturunun dayanıqlığının artırılması istiqamətində müəyyən islahatların aparılmasına ehtiyac var.“Bu baxımdan müvafiq görüşlər keçirilib və problemin həlli üçün çıxış yolları tapılmalıdır”, – deyə o vurğulayıb. ("APA-Economics")...
19 May 2026, 16:46
Bəzi ərazilərdə hava yağıntılı olacaq
Mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur....
19 May 2026, 16:34
Azərbaycanda narkotiklərlə bağlı 3061 cinayət faktı aşkarlanıb
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-aprel aylarının yekununa dair məlumat açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.2026-cı ilin yanvar-aprel ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3061 cinayət faktı aşkarlanıb. Onlardan 702-si narkotik vasitələrin qanunsuz satışı,...
19 May 2026, 16:18