Azərbaycanda narkotiklərlə bağlı 3061 cinayət faktı aşkarlanıb
Cəmiyyət 19 May 2026, 16:18
276
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-aprel aylarının yekununa dair məlumat açıqlanıb.
Citypost.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
2026-cı ilin yanvar-aprel ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3061 cinayət faktı aşkarlanıb. Onlardan 702-si narkotik vasitələrin qanunsuz satışı, 2343-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 14-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 529 kq 169,4 qram və 3536 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 055 kq 320,59 qramını marixuana, 177 kq 876,246 qramını heroin, 70 kq 346,69 qramını tiryək, 173 kq 547,24 qramını həşiş, 7 kq 276,04 qramını digər narkotik vasitələr və 44 kq 802,594 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı 93 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülüb.
Qanunsuz dövriyyədən çıxarılmış 3 ton 529 kq 169,4 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 92 milyon 440 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1505 nəfər cəlb edilib, onlardan 1473 kişi, 32 qadın olub.
Məsuliyyətə cəlb edilmiş 21 xarici ölkə vətəndaşından ümumilikdə 112 kq 811,238 qr və 24 ədəd həb müxtəlif növ narkotik vasitələr götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 62 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 869 kq 645,525 qr narkotik vasitə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 70-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 723 kq 077,3 qr narkotik vasitə və psixotrop maddə və 4,2 qr güclü təsir edən maddə müsadirə edilib.
Həmçinin oxuyun
Təhlil göstərir ki, 2025-ci ilin yanvar-aprel ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 69, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 269 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 936 kq 168,998 qr, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 6 nəfər artıb, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 16 fakt, qrup halında olan cinayətlərin sayı 9 fakt, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 8, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 12 nəfər azalıb.
2025-ci ilin yanvar-aprel ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış digər narkotik vasitələrin çəkisi 14 kq 102,087 qr (66%), psixotrop maddələrin çəkisi 23 kq 302,038 qr (34,2%) azalıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 3 ton 055 kq 320,59 qr-nı (86,5%) marixuana təşkil edib. Onun da 2 ton 450 kq 944,55 qr qramı (80,2%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 604 kq 376,04 qramı (19,8%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 30 yanvar 2026-ci ilin tarixdə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 25 məhkəmə və istuintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kq 620,899 qr, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsir maddələr yandırma üsulu ilə məhv edilib.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 280, QİÇS-lə Mübarizə Mərkəzində 291, Sumqayıt Narkoloji Mərkəzində 125 nəfər) 696 xəstə müalicə alır.
2026 ilin yanvar-aprel ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 232 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 26-ı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 24-ü narkotik asılılıqdan müalicə, 182-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 50 məktub ünvanlanıb.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
2026-cı ilin yanvar-aprel ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 75 tədbir (45 maarifləndirici və təşkilati tədbir, 30 maarifləndirici sosial aksiya) təşkil edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sumqayıtda parkda ağacların qeydiyyatı aparılıb
Sumqayıt şəhərində yerləşən parkda ağacların qeydiyyatı aparılıb, üzərinə nömrəli etiketlər vurulub.Citypost.az xəbər verir ki, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyinin ölkə üzrə vahid nömrələnmə və inventarlaşdırma standartına keçid məqsədilə həyata keçirdiyi layihə çərçivəsində baş tutub.Bildirilib ki, park ərazisində ağaclar qeydiyyata alınaraq üzərinə xüsusi identifikasiya lövhələri vurulub. İdentifikasiya lövhəsi vurulmuş ağaclara dair bütün məlumatlar Rəqəmsal Ekologiya İnformasiya Sisteminin "Yaşıllıqların reyestri" alt sisteminə inteqrasiya edilib və www.agac.az saytında yerləşdirilib.Qeyd edək ki, bu layihə yaşıllıqların mühafizəsinin təmin edilməsi, onlara müdaxilə hallarının qarşısının alınması, yaşıllıqların elektron reyestrinin formalaşdırılması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə həyata keçirilir.Eyni zamanda bu tədbirlər Bakıda keçiriləcək...
19 May 2026, 17:00
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Bakıda bir neçə gün əvvəl müşahidə olunan intensiv yağışlar şəhər infrastrukturunun iqlim dəyişikliklərinə uyğunlaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsini zəruri edir.Citypost.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.Onun sözlərinə görə, son günlərdə yağan güclü yağışlar iqlim dəyişikliklərinin təsirlərini bir daha nümayiş etdirib.Eldar Əzizov qeyd edib ki, yağış sularının idarə olunması və şəhər infrastrukturunun dayanıqlığının artırılması istiqamətində müəyyən islahatların aparılmasına ehtiyac var.“Bu baxımdan müvafiq görüşlər keçirilib və problemin həlli üçün çıxış yolları tapılmalıdır”, – deyə o vurğulayıb. ("APA-Economics")...
19 May 2026, 16:46
Bəzi ərazilərdə hava yağıntılı olacaq
Mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur....
19 May 2026, 16:34
Azərbaycanda əhalinin sayı 5814 nəfər artıb
İlin əvvəlindən ölkə əhalisinin sayı 5814 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il aprel ayının 1-i vəziyyətinə 10 milyon 268 min 165 nəfərə çatıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
19 May 2026, 16:09
Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri ilə BMT-nin Bakıda keçirilən Ümümdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qonaqları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında münasibətlərin ortaq tarix, milli-mənəvi dəyərlər və sarsılmaz qardaşlıq prinsipləri üzərində qurulduğunu bildirib. Qeyd olunub ki, dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər ikitərəfli əməkdaşlığın bütün sahələrdə inkişafına mühüm təkan verir. Komitə sədri,...
19 May 2026, 16:07
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeninə layiq görülüb.
19 May 2026, 15:55