Bizə yazın

Baku

-°C

USD

-

Parlamentdə Latviya nümayəndə heyəti ilə görüş keçirilib 

Cəmiyyət 19 May 2026, 15:42

318

Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Latviya Parlamentinin Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Oleq Burovs ilə görüşüblər.

Citypost.az xəbər verir ki, Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov WUF13 forumunun əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin qlobal çağırışların müzakirəsi, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm olduğunu bildirib.

Qeyd olunub ki, Azərbaycan ilə Latviya arasında mövcud dostluq münasibətlərinin inkişafında parlament diplomatiyası xüsusi rol oynayır. O, Milli Məclisinin sədri Sahibə Qafarovanın Latviyaya səfərini xatırladaraq, bu kimi qarşılıqlı səfərlərin parlamentlərarası münasibətlərin dərinləşməsinə, təcrübə mübadiləsinə və siyasi dialoqun genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Öz növbəsində, Oleq Burovs Azərbaycanın təşkilatçılığı ilə keçirilən forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, tədbirin beynəlxalq əməkdaşlığın təşviqi və aktual urbanizasiya məsələlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. O, Azərbaycan ilə Latviya arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm rol oynadığını bildirib, ötən ay Latviya Prezidentinin Azərbaycana səfərini, yüksək səviyyəli görüşləri məmnunluqla xatırladıb.

Görüşdə Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azər Allahverənov və Sevil Mikayılova çıxış ediblər. Çıxışlarda Azərbaycan–Latviya münasibətlərinin diplomatik, siyasi, iqtisadi və humanitar aspektlərdə inkişaf perspektivlərindən, parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən, eləcə də qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə verdiyi töhfədən bəhs olunub.

Görüşdə Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elçin Mirzəbəyli və digər rəsmi şəxslər iştirak ediblər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda narkotiklərlə bağlı 3061 cinayət faktı aşkarlanıb 

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-aprel aylarının yekununa dair məlumat açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.2026-cı ilin yanvar-aprel ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3061 cinayət faktı aşkarlanıb. Onlardan 702-si narkotik vasitələrin qanunsuz satışı,...

19 May 2026, 16:18

Azərbaycanda əhalinin sayı 5814 nəfər artıb 

İlin əvvəlindən ölkə əhalisinin sayı 5814 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il aprel ayının 1-i vəziyyətinə 10 milyon 268 min 165 nəfərə çatıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

19 May 2026, 16:09

Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri ilə BMT-nin Bakıda keçirilən Ümümdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qonaqları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında münasibətlərin ortaq tarix, milli-mənəvi dəyərlər və sarsılmaz qardaşlıq prinsipləri üzərində qurulduğunu bildirib. Qeyd olunub ki, dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər ikitərəfli əməkdaşlığın bütün sahələrdə inkişafına mühüm təkan verir. Komitə sədri,...

19 May 2026, 16:07

Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib 

Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib.Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeninə layiq görülüb.

19 May 2026, 15:55

Konqoda Ebola virusundan ölənlərin sayı 131 nəfərə çatıb 

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 131 nəfərə çatıb.AZƏRTAC xəbər verir ki, Konqonun səhiyyə nazirinin açıqlamasına əsasən, ümumilikdə, 513 nəfərin virusa yoluxduğu ehtimal olunur.Ebola virusunun sürətlə yayılması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyində ciddi narahatlıq yaradıb. ÜST Konqoda və Uqandada Ebola virusunun yayılması ilə əlaqədar beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus epidemiyanın miqyası və yayılma sürətindən ciddi şəkildə narahat olduğunu bildirib. Qeyd edib ki, vəziyyətlə bağlı tövsiyələrin hazırlanması məqsədilə fövqəladə hallar komitəsinin iclası keçiriləcək. Fövqəladə hallar komitəsinin iclasının gün ərzində baş tutması planlaşdırılır.Təşkilat daha əvvəl yaydığı açıqlamada bildirmişdi ki, Konqoda və Uqandada yayılan Ebola virusu...

19 May 2026, 15:50

“Uşaq qaynar xətti”nə hansı məsələlərlə bağlı müraciət edildiyi məlum olub 

“Uşaq qaynar xətti”nə hansı məsələlərlə bağlı müraciət edildiyi məlum olub.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb.Ötən il “Uşaq qaynar xətti”nə 5520 müraciət daxil olub. Daxil olan müraciətlərdən 1606-i (29%) psixoloji, 823-ü (15%) sosial, 808-i (15%) zorakılıq, 730-u (13%) hüquq, 3023-i (5%) təhsil, 56-ı (1%) səhiyyə, 1196-ı (22%) digər məsələlərlə bağlı olub....

19 May 2026, 15:22