Britaniya sahillərində təhlükəli kimyəvi maddələr aşkarlanıb
Dünya 20 May 2026, 09:46
137
Böyük Britaniyanın cənubundakı Solent boğazında yüksək səviyyədə toksik kimyəvi maddələr aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Nəşrin yazdığına görə, alimlər Solent boğazında torpaq, su və bütün dəniz qida zəncirində, o cümlədən qorunan ərazilərdə yüksək səviyyədə poliftorlu karbohidrogenlər müəyyən ediblər. Bu maddələr “əbədi kimyəvi maddələr” kimi tanınır.
Həmçinin oxuyun
Araşdırmada qeyd olunur ki, bəzi nümunələrdə çirklənmə səviyyəsi sahilyanı sular üçün təhlükəsiz hesab olunan həddi 13 dəfə üstələyib.
Məlumata görə, təhlükəli kimyəvi maddələr ətraf mühitə təmizləyici qurğulardan, kanalizasiya kollektorlarından, tullantı poliqonlarından və hərbi obyektlərdən yayıla bilər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
ABŞ-ın İranla münaqişəyə qayıtması "bir çox sürprizlər" gətirəcək - Əraqçi
ABŞ-ın İrana qarşı yenidən hücumları bir çox "sürprizlərlə" nəticələnəcək.Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb."Çıxarılan dərslər və qazanılan biliklər nəzərə alınmaqla, müharibəyə qayıtmaq daha çox sürprizlər gətirəcək", - deyə o bildirib.O qeyd edib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının başlamasından aylar sonra ABŞ Konqresi "milyardlarla dollar dəyərində onlarla təyyarənin itirilməsini" etiraf edib."Güclü silahlı qüvvələrimizin ilk olaraq reklam edilən F-35-i vurduğu təsdiqlənib", - deyə Əraqçi bildirib....
20 May 2026, 10:03
İsrail Qlobal Sumud Donanmasının bütün qayıqlarını ələ keçirib
Qlobal Sumud Donanmasının Böhran İdarəetmə Qrupu donanmadakı gəmilərin hazırkı vəziyyəti ilə bağlı açıqlama yayıb.Teleqraf xəbər verir ki, İsrail ordusunun beynəlxalq sularda Qəzzanın blokadasını yarmaq məqsədi daşıyan donanmadakı bütün qayıqlara qarşı qanunsuz müdaxilə edərək fəalları saxladığı qeyd olunur.Qəzza zolağındakı blokadanı yarmaq və həyati əhəmiyyətli humanitar yardım çatdırmaq məqsədi daşıyan Qlobal Donanma İsrail ordusu tərəfindən qanunsuz müdaxiləyə məruz qaldı.Qəzzadan 600 dəniz mili məsafədə beynəlxalq sularda baş verən hücumda İsrail ordusu 177 fəalı saxlayıb və onlara qarşı pis rəftar edib.Mayın 18-də İsrail ordusu, Qəzzaya doğru beynəlxalq sularda üzən 39 ölkədən 426 fəalı daşıyan donanmaya yeni hücum edib və çoxsaylı fəalı qanunsuz olaraq saxlayıb.İsrail...
20 May 2026, 09:53
ABŞ Avropadakı döyüş briqadalarının sayını azaldıb
ABŞ Müharibə Nazirliyi Avropada yerləşən döyüş briqada qruplarının sayını dörddən üçə endirib.AZƏRTAC xəbər verir ki, bunu Pentaqonun sözçüsü Şon Parnell bildirib.Onun sözlərinə görə, qərar ABŞ qüvvələrinin Avropadakı yerləşdirilməsinin yenidən qiymətləndirilməsi nəticəsində qəbul olunub və bu, 2021-ci ildəki səviyyəyə dönüş deməkdir. Parnell qeyd edib ki, dəyişiklik Polşada Amerika qüvvələrinin yerləşdirilməsində müvəqqəti gecikməyə səbəb olacaq.O əlavə edib ki, gələcək qərarlar ABŞ-nin strateji ehtiyacları və müttəfiqlərin Avropanın müdafiəsində iştirak imkanları nəzərə alınaraq veriləcək.Pentaqon sözçüsü bildirib ki, bu yanaşma Prezident Donald Trampın siyasətinə uyğundur və NATO müttəfiqlərinin Avropanın müdafiəsində daha böyük məsuliyyət daşımasını təşviq edir....
20 May 2026, 09:38
Media: ABŞ Avropadakı hərbi ehtiyatlarını azaltmağı planlaşdırır
Tramp administrasiyası NATO-dakı müttəfiqlərini böhran vəziyyətində Avropaya kömək etmək üçün yerləşdirilə biləcək hərbi qüvvələrin azaldılması barədə məlumatlandırmağı planlaşdırır."Report"un "Reuters"ə istinadən məlumatına görə, bunu üç məlumatlı mənbə təsdiqləyib.Onların sözlərinə görə, Vaşinqton qərarı cümə günü Brüsseldə keçiriləcək görüşdə elan etmək niyyətindədir. Amerika tərəfini ABŞ-nin müharibə naziri Elbric Kolbinin köməkçisi Aleks Velez-Qrinin təmsil edəcəyi gözlənilir.Agentlik qeyd edir ki, yeni NATO modeli çərçivəsində ittifaq ölkələri böhrana cavab vermək üçün ehtiyat qüvvələr yaradırlar, lakin ABŞ bu sahədəki öhdəliklərinin bir hissəsini azaltmağı planlaşdırır. Bununla yanaşı ehtiyat qüvvənin dəqiq sayı açıqlanmayıb....
20 May 2026, 09:18
Ukraynanın bir çox bölgəsi Rusiya ordusunun hücumuna məruz qalıb
May ayının 19-dan 20-nə keçən gecə Ukraynanın bir neçə bölgəsi Rusiya ordusunun kütləvi hücumuna məruz qalıb.Citypost.az xəbər verir ki, hücumlar nəticəsində bir çox bölgədə dağıntılar olub, yaralananlar var.Rusiyanın hücumları nəticəsində Dnepr şəhərində ərzaq anbarları dağılıb. Hücumlar nəticəsində iki nəfər ölüb, altı nəfər isə yaralanıb.Xarkov vilayəti də pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Nəticədə 16 yaşlı qızı yaralanıb.Rusiya ordusunun hücumları Odessa da evlərə və avtomobillərə ziyan vurub.Konotop şəhərində də bir xəstəxana binası zədələnib....
20 May 2026, 09:03
Uqandada Ebola səbəbindən 100-dən çox şəxs karantinə alınıb
Uqanda hakimiyyəti Ebola virusunun yayılmasının qarşısını almaq məqsədilə 100-dən çox şəxsi karantinə yerləşdirib.Teleqraf xəbər verir ki, bu barədə "Africanews" məlumat yayıb.Məlumata görə, karantinə alınan şəxslər izolasiya şəraitində saxlanılır və tibb işçiləri onlarda infeksiya simptomlarının olub-olmamasını mütəmadi yoxlayırlar.Uqanda rəsmiləri vəziyyətin nəzarət altında olduğunu bildirərək qeyd ediblər ki, ölkənin əvvəlki Ebola epidemiyaları ilə mübarizə təcrübəsi bu cür təhlükələrə qarşı reaksiya imkanlarını gücləndirib.Hazırkı Ebola yayılmasının episentri Konqo Demokratik Respublikasının Uqanda ilə həmsərhəd İturi əyalətində yerləşir. Konqo səhiyyə xidməti ilk həyəcan siqnallarını mayın 5-də qeydə alıb. Bununla belə, mütəxəssislər virusun bundan əvvəl bir neçə həftə ərzində yerli əhali arasında yayıldığını istisna etmirlər.Ümumdünya Səhiyyə Təşkilatı...
20 May 2026, 09:00