Azərbaycan ziyalılarının qənimi: Ağasəlim Atakişiyevin 1937-ci il repressiyasındakı rolu
Maraqlı 25 Avqust 2026, 13:06
277
Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid kimi ziyalılara işgəncələr verən
1937-ci il. Stalin repressiyasının başlandığı il.Mikayıl Müşfiq, Əhməd Cavad, Əhməd Rəcəbli və İsmixan Rəhimov kimi onlarla dahi Azərbaycan ziyalısının istintaqa dəvət edilir. Sorğu sual qısa çəkir və onlara işgəncələr edərək etmədikləri işlərə imza atmağa məcbur edirlər.
Azərbaycan Kommunist partiyasının VI mart Plenumu tərəfindən qoyulmuş və siyasi repressiyaların qurbanı olan "Üçlük"-ə daxil olan Yuvelyan Davidoviç Sumbatov-Topuridze (Sədr), Teymur Quliyev və Cahangir Axundzadə Moskvadan birbaşa əmr əsasında ziyalıları məhv etməyə başlayırlar.
İttiham olunan şəxslərin vəkilləri olmurdu, çox vaxt özləri də iclasda iştirak etmirdilər, çünki işgəncə nəticəsində artıq onların "günahları" bəlli idi..
Məhz Azərbaycan ziyalılarına işgəncə verənlərin başında duran şəxslərdən biri də Ağasəlim Atakişiyev idi.
Ağasəlim İbrahim oğlu Atakişiyev sovet dövlət təhlükəsizlik orqanlarının yüksək rütbəli xadimlərindən biri idi. O, Mir Cəfər Bağırovun ən etibarlı kadrlarından biri idi.
Azərbaycanda minlərlə ziyalının, elm və mədəniyyət xadiminin, dövlət məmurunun "əks-inqilabi fəaliyyət", "pantürkizm" və "trotskiçilik" ittihamları ilə həbs olunmasında, saxta istintaq işlərinin dindirilməsində və qətl qərarlarının çıxarılmasında birbaşa iştirak edib.
İstintaq zamanı tətbiq edilən qəddar dindirmə üsullarının və amansız işgəncələrin şəxsi təşkilatçısı və ideya müəlliflərindən biri hesab olunur bu qəddar adam.
Həmçinin oxuyun
Təkcə bir faktı deyəcəm. Onun işgəncəsı altında Mikayıl Müşfiq "etiraf" edib ki, kamerada olanda ucadan mahnı oxuyaraq sovet rejimini və Bağırovu şəxsən söyüb.
Günün 24 saatı ərzində onun əmri ilə kamerada dindirilən məhkunların yatmasına, oturmasına və dincəlməsinə qətiyyən icazə verilmirdi.Yuxusuzluqdan hallüsinasiyalar görən və iradəsi tamamilə qırılan ziyalılar sonda qarşılarına qoyulan istənilən saxta ittihama imza atmağa məcbur olurdular.
İstintaq otaqlarında rezin dubinkalar, ağır qamçılar və xüsusi alətlərlə məhkumlar huşunu itirənə qədər döyülürdü.Məhkumlar dizə qədər buzlu su ilə dolu olan dar hücrələrdə saatlarla, bəzən günlərlə ayaq üstə saxlanılırdı.
Məhz onun icad etdiyi işgəncə növü olan məhkumların dırnaqlarının altına iynə yeritmək, barmaqlarını qapı arasında sıxmaq və bədənlərində siqaret söndürmək adi hal almışdı.
İfadə vermək istəməyən şəxsləri həyat yoldaşlarını və uşaqlarını həbs etməklə, onları xalq düşmanının ailəsi kimi güllələməklə və ya Sibirə sürgün etməklə təhdid edirdi.
Repressiya illərində onun işgəncələrinə məruz qalmış şəxslərin xatirələrinə görə Ağasəlim Atakişiyev dindirmə zamanı kabinetdə oturub siqaret çəkir, dindirilən şəxsi ağır söyüşlərlə təhqir edir və müstəntiqlərə hansı üsulla döyməyi şəxsən diktə edirdi.
1937–1938-ci illərdəki kütləvi cəza tədbirlərində göstərdiyi "fəallıq" onun sovet rəhbərliyinin gözündə sürətlə böyüməsinə səbəb oldu. İkinci Dünya müharibəsi illərində NKVD daxilində müxtəlif rəhbər vəzifələrdə çalışdı və 1945-ci ildə ona general-mayor rütbəsi verildi.
Stalin ölümü, Bağırovun həbsindən sonra SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası onu sosialist qanunvericiliyini kobud şəkildə pozmaqda, günahsız insanlara işgəncə verməkdə ittiham edərək 25 il müddətinə azadlıqdan məhrum etdi. Bütün orden və medalları, eləcə də general rütbəsi əlindən alındı.
O, 1970-ci ildə Bakıda rütbəsiz, təqaüdsüz və cəmiyyətdən təcrid olunmuş bir şəkildə öldü.
Mənbə :
Н. В. Петров, К. В. Скоркин. "Кто руководил НКВД, 1934–1941: Справочник". Москва, Звенья, 1999
"Политбюро и дело Берия. Сборник документов". Москва, Кучково поле, 2012
Л. А. Колышкин. "Закулиса сталинской юстиции: Из истории органов безопасности СССР". Москва, 2008
Prof.Dr. Zaur Aliyev
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yalan danışan insanı bədən dilindən necə tanımaq olar?
Yalan danışan insanı bədən dili, şüuraltı davranışlar vasitəsilə müəyyən etmək psixoloji, verbal müşahidələrə dayanır. İnsan yalan uydurarkən beyni eyni vaxtda həm həqiqəti gizlətmək, həm də inandırıcı hekayə qurmaq üçün əlavə zehni gərginlik keçirir. Bu daxili stres, həyəcan fizioloji reaksiyalara təkan verir, insanın özündən asılı olmadan jest, mimikalarında özünü büruzə verir.Citypost.az xəbər verir ki, yalanın ən qabarıq göstəricilərindən biri göz təması, göz hərəkətləridir. Yalan danışan şəxs adətən birbaşa göz təmasından qaçır, baxışlarını tez-tez yana, aşağı yayındırır. Əksinə, bəzi hallarda inandırıcı görünmək üçün həddindən artıq, süni göz təması qurmağa cəhd edirlər. Bununla yanaşı, göz qırpmalarının tezliyinin birdən-birə artması, göz bəbəklərinin genişlənməsi beynin...
25 Avqust 2026, 13:14
Nəriman Nərimanov Atatürkə nə cavab vermişdi? – İki ölkə arasındakı tarixi yardım faktları
1920-ci il may ayının 3-də Mustafa Kamal Paşa Şərq Cəbhəsi komandiri Kazım Qarabəkir Paşaya aşağıdakı məzmunda bir məktub yazır: “Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər, Azərbaycan Hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”. Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini Azərbaycan hökumətinə bildirir. Bu, Azərbaycan Sovet Sosialist Respublikası ilə Ankara hökuməti arasındakı ilk rəsmi təmas idi. Və bununla Azərbaycandan Türkiyəyə qardaş əli 1921-ci ildə, Nərimanovun şəxsi əmriylə uzanıb. Azərbaycanın Xarici İşlər Naziri Mirzə Davud Hüseynov savaşda qazanılan uğurlar münasibətilə göndərdiyi teleqramda “…Qazanılan büyük zəfərlərə görə Türk xalqını...
25 Avqust 2026, 13:06
Repressiya aparatının hüquqi siması: Teymur Quliyevin karyerası və partiyadan qovulma tarixi
Rəsmi arxiv sənədlərinə əsaslansaq, əli konkret olaraq 2792 nəfərin qanına batan Teymur Quliyev, eyni zamanda 4425 nəfərin uzunmüddətli azadlıqdan məhrum edilməsinə səbəb olub.Bəli, o, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, yəni baş nazir, o cümlədən Azərbaycan SSR Ali Məhkəməsinin xüsusi kollegiyasının sədri olan Teymur Quliyevdir. Başqa sözlə, 1937-ci ildə birbaşa güllələnmə və sürgün hökmlərini çıxarmaq üçün qurulan rəsmi "üçlüyün" biri, elə ən qəddarıdır. Ona görə qəddar ki, şəxsi hisslərdən, əməllərdən çıxarılan nəticələrə əsasən, onun bu həbs və qətliamları həm də əmrdən əlavə şəxsi istəyi ilə etdiyini demək olar.Nə bilmək olar, bəlkə də, o, bütün bunlardan zövq alırmış?Şübhəsiz, Teymur Quliyev bu posta birdən-birə...
25 Avqust 2026, 13:00
İtlərdə gənə və birə əleyhinə dərmanların istifadə vaxtı
İtlərdə gənə, birə əleyhinə dərmanların vaxtında istifadə olunması ev heyvanlarının sağlamlığını qorumaq, təhlükəli parazit xəstəliklərinin qarşısını almaq üçün vacibdir. Gənələr, birələr heyvanın dərisində qıcıqlanma, allergiya yaratmaqla yanaşı, qan vasitəsilə keçən piraplazmoz (babezioz), borrelioz kimi ölümcül infeksiyaların daşıyıcısıdırlar. İtin sağlamlığını riskə atmamaq üçün dərmanlama qrafikinə müntəzam riayət edilməsi həlledici rol oynayır.Citypost.az xəbər verir ki, parazitlərə qarşı mübarizəyə havaların isinməsi ilə deyil, bütün il boyu davam edilməlidir. Gənələr adətən temperatur 5 dərəcədən yuxarı qalxdıqda, yəni erkən yazdan son payıza qədər daha aktiv olurlar. Birələr isə mənzil mühitində, podvallarda qış aylarında da çoxalmaq qabiliyyətinə malikdirlər. Bu səbəbdən profilaktik qorunma tədbirləri yalnız isti fəsillərlə...
25 Avqust 2026, 12:53
Mayakların işləmə prinsipi və naviqasiyadakı müasir rolu
Mayaklar əsrlər boyu dənizçilərin təhlükəsizliyini təmin edən, gəmilərə fırtınalı havalarda, qaranlıqda doğru yol gösterən strateji naviqasiya qurğularıdır. Müasir dövrdə rəqəmsal texnologiyaların, peyk sistemlərinin inkişafına baxmayaraq, bu hündür tikililər dənizlərdə, okeanlarda öz fəaliyyətini dayandırmayıb. Mayakların həm mühəndislik baxımından işləmə prinsipi, həm də müasir gəmiçilikdəki yeri dəniz təhlükəsizliyinin mühüm tərkib hissəsidir.Citypost.az xəbər verir ki, mayakın əsas işləmə prinsipi güclü işıq mənbəyinin xüsusi optik sistem vasitəsilə uzaq məsafələrə yönəldilməsinə əsaslanır. İşıq şüasını kilometrlərlə uzağa çatdırmaq üçün "Frenel linzaları" adlanan xüsusi pilləli linzalardan istifadə olunur. Bu linzalar mənbədən çıxan işığı toplayaraq paralel, düz axın şəklində dənizə doğru fokuslayır. Hər bir mayakın özünəməxsus fırlanma sürəti,...
25 Avqust 2026, 11:16
Təbii dəri ilə süni dərini bir-birindən ayırmağın 3 sınanmış yolu
Geyim, ayaqqabı, aksesuarlar alarkən təbii dəri ilə süni dərini bir-birindən fərqləndirmək keyfiyyətli məhsul seçimi üçün vacibdir. Müasir istehsalat texnologiyaları süni materialları təbii görünüşə çox yaxınlaşdırsa da, dəri məhsullarının daxili strukturunu tam təkrarlamaq mümkün deyil. Məhsul alarkən sadə, sınanmış üsullarla materialın əsl keyfiyyətini qısa müddətdə təyin etmək mümkündür.Citypost.az xəbər verir ki, birinci və ən etibarlı üsul materialın toxunuşuna, istiliyinə diqqət yetirməkdir. Təbii dəri canlı struktura malik olduğu üçün əllə toxunduqda bədən istiliyini sürətlə hopdurur, dərhal qızmağa başlayır. Süni dəri isə soyuq qalır, istiliyi gec qəbul edir, toxunduqda sintetik, plastik hiss yaradır. Eyni zamanda təbii dərini barmaqla sıxdıqda, əydikdə səthdə kiçik qırışlar...
25 Avqust 2026, 10:49