Avstraliyalılara sosial media alqoritmlərindən imtina imkanı veriləcək
Dünya 07 Sentyabr 2026, 10:55
105
Avstraliyada istifadəçilərə sosial media platformalarının fərdiləşdirilmiş alqoritmlərini söndürmək imkanı verilməsi planlaşdırılır.
Citypost.az FRANCE24.com-a istinadən xəbər verir ki, bununla bağlı “rəqəmsal qayğı vəzifəsi”ni nəzərdə tutan qanun layihəsinin bu həftə parlamentə təqdim edilməsi gözlənilir. Qanun qəbul olunarsa, Meta kimi şirkətlər istifadəçilərə məzmun tövsiyələrini fərdiləşdirən alqoritmlərdən imtina seçimi təqdim etməli olacaq.
Rabitə naziri Anika Uells bildirib ki, istifadəçilərə lentlərində hansı məzmunu görəcəkləri ilə bağlı daha çox seçim verilməlidir.
Həmçinin oxuyun
Qeyd edək ki, sosial media şirkətləri asılılıq yaradan və istifadəçiləri sensasion məzmuna yönləndirən alqoritmlərdən istifadə etdikləri iddiaları ilə uzun müddətdir tənqid olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Solomon Adalarının baş naziri devrilməkdən xilas oldu
Solomon Adalarının Baş naziri Metyu Ueyl hökumətinə qarşı irəli sürülən etimadsızlıq təşəbbüsündən sonra vəzifəsini qoruyub.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Parlament iclası qeyri-müəyyən müddətə təxirə salınıb. Ueylin Çinlə münasibətlərdən uzaqlaşaraq ABŞ və Avstraliya ilə əməkdaşlığı gücləndirmək siyasəti fonunda baş verən siyasi böhran regionda diqqətlə izlənilir.Baş nazir hökumətin əsas islahatları davam etdirəcəyini bildirib.Turan
07 Sentyabr 2026, 10:44
Nepalda xilasetmə qrupları görünməmiş çətinliklə üz-üzə: minlərlə itkin var
Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində itkin düşənlərin axtarışı davam edir. Citypost.az xarici KİV-lərə istinadən xəbər verri ki, Beynəlxalq Tunel və Yeraltı Kosmos Assosiasiyasının prezidenti Arnold Diks vəziyyəti “görünməmiş çətinlik” adlandırıb.Məlumata görə, Çin-Nepal sərhədində baş verən fəlakət nəticəsində azı 1 385 nəfər ölüb, 5 500-dən çox insan itkin düşüb. İtkinlər arasında çox sayda su elektrik stansiyası işçisi də var.Xilasetmə qrupları eyni vaxtda müxtəlif ərazilərdə, o cümlədən dərin tunellərdə əməliyyatlar aparır. Son günlər üç nəfərin tuneldən sağ çıxarılması digər itkinlərin də tapılacağına dair ümidləri artırıb.Əli...
07 Sentyabr 2026, 10:40
İtlər xərçəngi iyləyə bilir? – Hindistanda yeni üsul sınaqdan keçirilir
Hindistanda “Dognosis” startapı itlərin güclü qoxu duyğusundan və süni intellektdən istifadə etməklə xərçəngin erkən aşkarlanması üzərində çalışır.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, layihədə itlərin insan nəfəsində xəstəliklə bağlı qoxu dəyişikliklərini müəyyən etməsi araşdırılır.Şirkətin 1500-dən çox iştirakçı ilə apardığı ilkin tədqiqatda yeddi əsas xərçəng növünün aşkarlanmasında 90 faizdən çox dəqiqlik əldə edildiyi bildirilir.Mütəxəssislər nəticələri ümidverici saysalar da, texnologiyanın geniş tətbiqi üçün daha böyük tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.Turan...
07 Sentyabr 2026, 10:35
Malayziyada dumanla bağlı fövqəladə vəziyyət ləğv edildi
Malayziya Borneo adasında yerləşən Saravak əyalətində hava çirkliliyinin azalması ilə əlaqədar dumanla bağlı elan edilmiş fövqəladə vəziyyəti ləğv edib.Citypost.az AFP-a istinadən xəbər verir ki, qərar Saravakın Serian şəhərində Hava Çirklənməsi İndeksinin (API) kritik həddən aşağı düşməsindən sonra qəbul edilib. Şəhərdə API göstəricisi ötən həftə 519-a çatıb. Malayziyada 300-dən yuxarı göstərici təhlükəli, 500-dən yuxarı səviyyə isə fövqəladə vəziyyət elan edilməsi üçün kritik hədd hesab olunur.Baş nazirin ofisindən bildirilib ki, Kral Sultan İbrahim fövqəladə vəziyyətin ləğvini təsdiqləyib. Bununla belə, hökumət Saravakda duman probleminin tam aradan qalxmadığını və bəzi ərazilərdə hava çirkliliyinin hələ də “çox sağlam olmayan” səviyyədə olduğunu açıqlayıb.Məlumata görə, İndoneziyada meşə...
07 Sentyabr 2026, 10:34
Gəmi qəzasında ölənlərin sayı 14-ə çatıb
Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 14-ə çatıb.Bu barədə Modern.az "TRT Haber"ə istinadən xəbər verir.Dəniz Qüvvələri Komandanlığı Girne sahillərində batan gəmidən itkin düşmüş sərnişinlərin axtarış-xilasetmə əməliyyatları çərçivəsində daha bir meyiti tapıb.Daha əvvəl Şimali Kiprin Baş naziri Ünal Üstel gəmidə ümumilikdə 267 sərnişin və heyət üzvünün olduğunu bildirib. O, qeyd edib ki, gəminin batmasından sonra 239 nəfər xilas olunub.Gəminin qalıqları Girne sahillərindən 554 metr dərinlikdə tapılıb. İtkin düşmüş daha 14 sərnişinin...
07 Sentyabr 2026, 08:40
İran ABŞ-nin təyyarədaşıyan gəmisi üzərində yeni raketi sınaqdan keçirib
İran Ordusu ilk dəfə ABŞ-nin təyyarədaşıyan gəmisi üzərində yeni gəmi əleyhinə raket sınaqdan keçirib"Report" Press TV-yə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Ali dini liderinin müşaviri Möhsün Rezai bildirib.Məlumata görə, sınaq 48 saat əvvəl baş tutub.Rzayi həmçinin bildirib ki, yaxın günlərdə Tehran Hörmüz boğazının xaricində məhdud giriş zonasının yaradılmasını elan edəcək. İran hakimiyyətinin razılığı olmadan zonaya daxil olan hər hansı gəmi sanksiya siyahısına salınacaq.Xatırladaq ki, fevralın 28-də İsrailin Müdafiə Nazirliyi İran ərazisinə qabaqlayıcı zərbə elan edib. ABŞ də hücuma qoşulub. İyunun 18-də Vaşinqton və Tehran hərbi əməliyyatların dayandırılmasını möhkəmləndirmək və danışıqların yeni mərhələsinə başlamaq üçün nəzərdə tutulmuş müvəqqəti...
07 Sentyabr 2026, 08:25