Bizə yazın

Baku

-°C

USD

-

Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb

Hadisə 05 Mart 2025, 10:33

6153

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

 

 DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, polis əməkdaşları ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Qeyd olunub ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rusiyanın dron hücumları Ukraynanın neft obyektlərinə ciddi ziyan vurub 

Ukraynanın "Naftoqaz" şirkətinin obyektlərindəki avadanlıqlar Rusiya Silahlı Qüvvələrinin iki gün davam edən dron hücumlarından sonra dayanıb.CityPost.az  xəbər verir ki, bu barədə "Naftoqaz Ukrayna" milli səhmdar şirkətinin İdarə Heyətinin sədri Sergey Koretski sosial şəbəkədə bildirib.Onun sözlərinə görə, Rusiya son iki gün ərzində "Ukrnafta"nın istehsal obyektlərinə təxminən 100 dron buraxıb."Rusiya ikinci gündür ki, neft-qaz infrastrukturunu hədəf alır. Son iki gün ərzində "Ukrnafta"nın istehsal obyektlərinə təxminən 100 "Şahid" atılıb. Ciddi dağıntılar var. Avadanlıqlar işləmir. Xilasedicilər və şirkətin mütəxəssisləri bu hücumların nəticələrinin aradan qaldırılması istiqamətində işləyirlər", - S.Koretski qeyd edib....

24 Dekabr 2025, 13:51

Ruslan Eyyubovun sahildəki 15 hektarlıq bağ evi - Burada gizli liman var? 

Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı, 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər indi daha bir sensasion məqama yönəlib. Söhbət bu iş üzrə həbs edilən əsas fiqurlardan biri, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində yerləşən 15 hektarlıq nəhəng ərazisindən gedir.CityPost.az   Musavat.com-a istinadən xəbər verir ki, dənizin birbaşa sahilində yerləşən bu ərazinin yalnız 5 hektarı bağ evi və malikanə kimi istifadə olunur. Qalan 10 hektarlıq sahənin nə məqsədlə ayrıldığı, hansı infrastrukturun mövcud olduğu isə açıq...

24 Dekabr 2025, 12:07

Xırdalanda iki aylıq körpə qidadan boğularaq ölüb 

Xırdalanda iki aylıq körpə ölüb.Dekabrın 22-si saat 14 radələrində bu il noyabrın 23-də dünyaya gələn Rəvanə Heydər qızı Muxtarova yaşadığı Xırdalan şəhərindəki evdə boğazında qida qalmasından boğularaq ölüb.Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

24 Dekabr 2025, 10:34

DGK-nın milyonluq qaçaqmalçılıqla bağlı vəzifəli şəxsləri həbs edilib, axtarışa verilənlər var 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.Bu barədə CityPost.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə istintaq tədbirləri...

23 Dekabr 2025, 17:13

Bakıda kişi evdə yanaraq ölüb 

Bakıda kişi evdə yanaraq ölüb.Hadisə Səbail rayonunda baş verib.Starçevoy Andrey Vladimiroviçin yaşadığı evdə qısaqapanma nəticəsində yanğın baş verib. Hadisə nəticəsində Starçevoy Andrey Vladimiroviç yanaraq ölüb.Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

22 Dekabr 2025, 10:52

Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüblər 

Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüblər.Hadisə dekabrın 20-də Xətai rayonunda baş verib. 2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Amin yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.Araşdırma aparılır.Report

22 Dekabr 2025, 10:37