Bizə yazın

Baku

-°C

USD

-

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş- Dayısı arvadı xilas ola bilməyib... 

Hadisə 12 Sentyabr 2025, 16:10

5140

Gəncədə dayısı arvadını öldürərək dayısının arvadına ağır xəsarət yetirən 43 yaşlı Rəşad Abbasov uzunmüddətli həbsə məhkum edilib.

“Qafqazinfo” istintaq materiallarından sözügedən hadisənin necə baş verdiyini öyrənib.

Araşdırma nəticəsində məlum olub ki, hadisənin kökündə uzun illər davam edən ailədaxili münaqişələr dayanıb.

Rəşad ifadəsində deyib ki, qohumları bir neçə dəfə barışıq və ayrı ev vədi versələr də, heç biri reallaşmayıb. Bu səbəbdən onunla həyat yoldaşı arasında münasibətlər soyuyub. Bu və digər səbəblər də yekunda boşanmaya gətirib çıxarıb. O, boşanmaya qədərki dövrdə dəfələrlə barışmağa cəhd göstərdiyini əlavə edib. Hətta dayısından həyat yoldaşı ilə barışıq üçün vasitəçilik xahiş etsə də, “danışdım, qayınanan razı deyil” cavabını alıb. Bu səbəbdən qəzəbi daha da artıb.

Rəşad əvvəlcə öz ata-anasını, qardaşını, onun arvadını öldürmək istəyib. Səbəb kimi isə sözügedən qohumların onun ailəsinin dağılmasında rolu olduğunu göstərib. O düşünüb ki, məhz qohumlarının təzyiqinə görə arvadından ayrılıb. Amma hadisə günü onlar evdə olmadığı üçün qisasını ala bilməyib. Hətta ailəsini öldürmək üçün evə çağırıb. Amma yenə də istəyinə nail ola bilməyib.

Təqsirləndirilən şəxs ifadəsində 10 ildən çox ailədaxili mübahisələri olduğunu qeyd edib: “Hər dəfə müxtəlif səbəblərdən həyat yoldaşımla ayrılırdıq. Bundan əlavə, mənim həyat yoldaşımla qardaşımın arvadı yola getmirdi. Boşanandan sonra isə mübahisələr daha da artdı. Evdəkilər həyat yoldaşımla barışdırılacağıma dair söz versələr də, heç bir tədbir görmədilər. Söz vermişdilər ki, mənə ayrıca ev verəcəklər. O da verilmədi. Bir dəfə dayımın yanına gedib barışıq etməsini xahiş etdim. Dedi ki, mümkün deyil. Ona görə ki, qayınanam razı deyil. Bu səbəbdən onların da mənim ailəmin dağılmasında rolu var”.

Ata-anasını, qardaşını və onun arvadını evə gətirə bilməyən Rəşad əsəbi halda dayısıgilə gedib. Elə hadisə də bu vaxt baş verib: “Evə girəndə dayımla arvadı birlikdə idi. Əvvəlcə dayımla mübahisə etdik, yerə yıxıldı. Yadımdadır ki, bu vaxt ona “özümü də, səni də öldürümmü? Niyə məni ailəmlə barışdırmırsan?” dedim. Düzdür, həmin vaxt əlimdə bıçaq da var idi. Amma onu vurmadım. Çünki heç kimi öldürmək istəmirdim”.

Məhkəmə təqsirləndirilən şəxsin bu sözlərini özünümüdafiə kimi qiymətləndirilib. İstintaqla müəyyən edilib ki, hadisə vaxtı Rəşadın dayısı öldürüləcəyindən qorxaraq pencərədən tullanıb. Kişi canını qurtara bilsə də, arvadı Ulduz Hüseynova xüsusi amansızlıqla öldürülüb.

Hadisədən sonra təqsirləndirilən şəxsin keçmiş arvadı da şahid qismində ifadə verib. O, Rəşadla 19 illik evlilikdən sonra elə hadisə baş verən ildə rəsmən boşandıqlarını deyib. Onun sözlərinə görə, ayrılma səbəbləri də qohumlararası ayrı-seçkilik olub. Məhz bu səbəbdən mütəmadi mübahisələr ediblər.

İş üzrə ifadə verən zərərçəkmişlər və digər şahidlər də verilmiş ittihama uyğun danışıblar.

Hökmə əsasən, R.Abbasova 19 il həbs cəzası verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Məşhur futbolçu silahlı hücumda öldürüldü

Uqandanın paytaxtı Kampala şəhərində tanınmış futbolçu silahlı hücumun qurbanı olub. "Villa" futbol klubunun kapitanı Devid Ovori avqustun 4-ü axşam saatlarında Makindaye rayonunda, yaşadığı evin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb.Citypost.az lent.az-a istinadla xəbər verir ki, "Daily Monitor" qəzetinin məlumatına görə, 27 yaşlı futbolçu ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, ertəsi gün səhər saatlarında vəfat edib.Devid Ovori Uqanda futbolunun aparıcı oyunçularından biri hesab olunurdu. Müdafiəçi və yarımmüdafiəçi mövqelərində çıxış edən futbolçu 2024-cü ildə "Villa" klubunun Uqanda çempionu olmasında həlledici rol oynayıb. Həmin çempionluq klubun son 20 ildə qazandığı ilk titul olub.2026-cı ilin may ayında isə Ovori Uqanda Kubokunun ən...

06 Avqust 2026, 17:49

İran parlamenti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edəcək 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesinin yaxın vaxtlarda İran parlamentində həyata keçiriləcəyini bildirib.Bəqai həftəlik mətbuat konfransında məsələ ilə bağlı sualı cavablandırarkən deyib ki, sənəd imzalanıb, onun hüquqi, siyasi və digər aspektləri üzrə araşdırmalar aparılıb.Onun sözlərinə görə, Konvensiya iyulun 22-də İran hökuməti tərəfindən təsdiqlənərək parlamentə təqdim olunub və yaxın vaxtlarda parlamentdə ratifikasiya mərhələsindən keçməsi nəzərdə tutulur.XİN sözçüsü vurğulayıb ki, İran beynəlxalq sənədlərə qoşularkən bütün aspektləri nəzərə alaraq diqqətlə qərar verir və bu proses sözügedən Konvensiya ilə bağlı da həyata keçirilib.Bəqai qeyd edib ki, sənədin parlament tərəfindən təsdiqlənməsi Xəzəryanı dövlətlər arasında əməkdaşlığın inkişafına...

03 Avqust 2026, 13:24

İki ay əvvəl işdən çıxarılan rəisə cinayət işi açıldı 

İki ay əvvəl Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunan Kamran Yusifova cinayət işi açılıb.CityPost.az  "Qafqazinfo”ya istinadən xəbər verir ki, gömrük polkovnik-leytenantı vəzifə cinayətlərində ittiham olunur.Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumat əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. K.Yusifov barəsində Cinayət Məcəlləsinin 309-cu (vəzifə saxtakarlığı) və başqa maddələrlə cinayət işi başlanılıb.İstintaqın gedişində eks-idarə rəisinin əməlləri nəticəsində dövlətə və ya vətəndaşlara hansı formada və nə qədər ziyan dəydiyi dəqiqləşəcək.Qeyd edək ki, K.Yusifov cəmi il yarım əvvəl Balakən Gömrük İdarəsinə rəis təyin edilmişdi. Ondan əvvəl isə eyni rayondakı Mazımqara Gömrük Postunun rəisi işləyib....

03 Avqust 2026, 11:58

Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq öldü 

Bakının Xətai rayonunda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb.Citypost.az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 1-də baş verib.2022-ci il təvəllüdlü İ.Q. R.Məmmədov küçəsində 13-cü mərtəbədə yaşadıqları mənzilin pəncərəsindən ehtiyatsızlıqdan yıxılaraq ölüb.Araşdırma aparılır.

03 Avqust 2026, 11:38

Bakıda futbol meydançasında meyit tapılıb 

Bakının Nizami rayonunda meydançada meyit tapılıb.APA xəbər verir ki, hadisə avqustun 2-də Q.Qarayev prospekti 81-də yerləşən futbol meydançasında qeydə alınıb.Meyiti tapılan şəxsin Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Bəkir Əhmədov olduğu bildirilir.Meyit üzərində zorakılıq əlamətləri görünməyib.Araşdırma aparılır.

03 Avqust 2026, 11:27

Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb

Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb.CityPost.az xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən şəxslərə qarşı profilaktik tədbir keçirilib.Tədbirlərlə rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edən C.Ağayev və C. Rəşidov saxlanılıblar. Sürücülər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə hər iki şəxsin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və barələrində müvafiq olaraq inzibati qaydada həbs, eləcə də məsuliyyət tədbirləri görülüb....

03 Avqust 2026, 11:20