Yanacaq maşını qəzaya düşdü: sürücü yanaraq öldü
Hadisə 01 Oktyabr 2024, 14:21
4721
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Citypost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Həmçinin oxuyun
Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
***
Ucar rayonunda qəzaya uğrayan yanadaşıyan maşının sürücüsü yanaraq ölüb.
Report xəbər verir ki, sürücünün ölümünü əraziyə cəlb olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları təsdiqləyiblər.
Qeyd olunub ki, maşının qəzaya uğraması nəticəsində çıxan yanğın zamanı rayonun Müsüslü kənd sakininə məxsus tövlə də tamamilə yanıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prokurorun sürücü barədə təqdimatı rədd edildi
Aynur Rzayevanın ölümünə səbəb olan sürücü ev dustaqlığında qaldı. CityPost.az xəbər verir ki,Səbail rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə Sumqayıt-Pirşağı avtomobil yolunda hakim Aynur Rzayevanın ölümü ilə nəticələnən qəzanı törətməkdə suçlu bilinə Nuran Abdurrahmanovun haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata dair keçirilən prosesdə qərar elan edilib.Qərara əsasən təqdimat təmin edilməyib. Məhkəmə təqsirləndirilən N.Abdurrahmanovun ev dustaqlığı qətimkan tədbirinin tələblərinə əməl etməsini, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq, onun haqqında olan ev dustaqlığı barədə qərarı qüvvədə saxlayıb. Xatırladaq ki, avtoqəza hadisəsi 22 dekabr 2025-ci il tarixdə Sumqayıt-Pirşağı avtomobil yolunda baş verib. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın avtomobili hərəkətdə olarkən...
06 Fevral 2026, 16:04
“Göyərti” yükündə gizlədilən 52 kiloqram marixuana TAPILDI
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.Bu barədə Citypost.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.Məlumata görə, narkotik vasitə “Cənub-Astara” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “göyərti” yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb. Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 51 kiloqram 941 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib....
06 Fevral 2026, 11:52
Müəllimi güllələyən şagirdlə bağlı yeni detal - Atası icra hakimiyyətində...
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "İdrak" Liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi güllələyib.CityPost.az "Unikal"-a istinadla xəbər verir ki müəllimi güllələyən uşağın atası Samir Şirinov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışıb.Hazırda isə işsiz olduğu bildirilir.
06 Fevral 2026, 11:30
Bakıda liseydə şagirdin müəllimi güllələməsi ilə bağlı cinayət işi başlanıb
Bakıda "İdrak" liseyində müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.CityPost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfindən tutulub.Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya...
06 Fevral 2026, 11:24
Litseydəki insidentlə bağlı DİN-dən AÇIQLAMA
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.Faktla bağlı araşdırma aparılır.
06 Fevral 2026, 11:02
Daha bir soydaşımız müharibədə öldürüldü
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.Citypost.az xəbər verir ki, Baxşıyev İlham Qüdrət oğlu (2000-ci il təvəllüdlü) Ukraynanın Zaporojye vilayəti istiqmətində gedən döyüşlərdə həlak olub.Onun Rusiya ordusunun tərkibində xidmət etdiyi və Xakasiya Respublikasından hərbi xidmətə çağırıldığı bildirilir.Xatırladaq ki, 2026-cı ildə azı 20 soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak olub. (Modern.az)
05 Fevral 2026, 12:21