İlham Əliyev: Avropa Şurası ilk addımı atmalıdır
Siyasət 13 İyul 2026, 10:02
243
“Azərbaycan Avropa Şurasını tamamilə tərk etsə belə, ölkədə bunu demək olar ki, heç kim hiss etməyəcək”.
Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
“2023-cü ilin sentyabrına qədər Azərbaycan Avropa Şurası Parlament Assambleyasında heç vaxt hər hansı sanksiya ilə üzləşməmişdi. Məhz 2023-cü ilin sentyabrında biz öz qanuni özünümüdafiə hüququmuzdan istifadə edərək ərazimizi separatçıların qalıqlarından azad etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 2024-cü ilin yanvarında isə Assambleya Azərbaycan nümayəndə heyətinin mandatını müzakirəyə çıxardı və nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi.
Bu, guya insan hüquqları məsələləri ilə bağlı idi. Lakin məsələ bununla əlaqəli olsaydı, bu addım yəqin ki, daha əvvəl atılardı. Bu, sadəcə olaraq suverenliyimizi bərpa etdiyimizə görə bizə verilən cəza idi”, - dövlət başçısı deyib.
Prezident bildirib ki, bundan sonra Azərbaycan nümayəndə heyəti çox düzgün qərar qəbul edərək, Assambleyanın iclaslarında iştirakını dayandırıb: “Çünki səsvermə hüququmuz yoxdursa, orada olmağımızın nə mənası var? Yeri gəlmişkən, biz həmin vaxtdan etibarən Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində də iştirak etməmişik.
Məhz buna görə də Azərbaycan həmin məhkəmənin qərarlarını tanımır. Çünki həmin hakimlərin kim olduğunu müəyyənləşdirən səsvermədə iştirak etməmişik. İki ildən artıqdır ki, biz ayrı-seçkiliyə məruz qalırıq.
Açıq şəkildə deyə bilərəm ki, hökumətdə təkcə Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətimizi dondurmağı deyil, ümumilikdə Avropa Şurasını tərk etməyi də ciddi şəkildə müzakirə etmişik.
Lakin Avropa Şurasının Baş katibi Alen Berse mənə müraciət edərək bunu etməməyimizi və vəziyyəti yaxşılaşdırmaq üçün imkan yaratmağımızı xahiş etdi. Mən də bu qərarı hələlik təxirə saldım. Təəssüf ki, o vaxtdan bəri heç bir irəliləyiş yoxdur.
Əksinə, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycana qarşı tamamilə qəbuledilməz və ultimativ tələblər irəli sürülür. Münasibətləri pozan biz olmamışıq, onlar olublar.
Heç bir hüquqi əsas olmadan bizi səsvermə hüququndan məhrum etdilər. Buna görə də atılmalı olan addım odur ki, əvvəlcə Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ bərpa edilsin. Bundan sonra nümayəndə heyətimiz Assambleyaya qayıdacaq. Məsələ məhz belə olmalıdır, əksinə yox.
Həmçinin oxuyun
Biz onlara qarşı heç bir yanlış addım atmamışıq. Ədalətsiz qərarı onlar qəbul ediblər. Buna görə də geri addımı da onlar atmalı, cəsarət göstərərək böyük səhvə yol verdiklərini etiraf etməlidirlər.
Mən bu məsələ ilə bağlı fikirlərimi dəfələrlə ifadə etmişəm. Azərbaycan Avropa Şurasını tamamilə tərk etsə belə, ölkədə bunu demək olar ki, heç kim hiss etməyəcək. Yəni orada olub-olmamağımız ölkə daxilində ciddi dəyişiklik yaratmır.
Əlbəttə, qarşıdurma əvəzinə bu institutlarla normal münasibətlərimizin olması daha yaxşıdır. Biz qarşıdurma axtarmırıq. Xüsusilə də nəzərə alsaq ki, təkcə Avropa Şurası Parlament Assambleyası deyil, Avropa Parlamenti də mütəmadi olaraq Azərbaycana qarşı əsassız hücumlar edir.
Mən hesab edirəm ki, bu, artıq Azərbaycana qarşı bir növ obsessiyaya çevrilib. Son beş il ərzində Avropa Parlamenti Azərbaycana qarşı 13 qətnamə qəbul edib. Onların heç biri bizim üçün əhəmiyyət daşımır və ölkədə heç nəyə təsir göstərmir.
Buna baxmayaraq, əlbəttə ki, bu qurumlarla qarşıdurma deyil, normal münasibətlər daha məqsədəuyğundur. Ancaq bir daha vurğulayıram ki, bu vəziyyəti biz yaratmamışıq.
Azərbaycan 2001-ci ildə könüllü şəkildə Avropa Şurasına üzv olub. Həmin dövrdə bu təşkilat da, ümumiyyətlə Avropa da indiki kimi deyildi. Biz həmin Avropaya müəyyən ümidlər və gözləntilərlə qoşulmuşduq. Ümid edirdik ki, üzvlük Qarabağ münaqişəsinin həllinə və suverenliyimizin bərpasına kömək edəcək.
Biz münasibətlərin normallaşmasını istəyirik. Amma ilk addımı onlar atmalıdırlar”, - deyə dövlət başçısı qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xəqani Cəfərli: Lindsi Qremin ölümü siyasi mənzərəni üzə çıxardı
Ukranya və İsrailin qızğın tərəfdarı, Rusiya və İranın qatı əleyhidarı senator Lindsi Qremin (Lindsey Olin Graham) qəfil ölümü çoxsaylı konspiroloji fikirlər doğurub. MAGA hərəkatının öncül bloggeri Laura Loomer, Weatherman Fondunun prezidenti, general Kett Kelloqun qızı Megan Mobbs, Fox News şərhçisi Mark Thiessen senator Lindsi Qremin qəfil ölümündə Rusiyanın əlinin olduğunu bildirirlər. ABŞ-dakı Rusiyapərəst qüvvələr senatorun qəfil ölümündə Ukraynanın iştirak etdiyi fikirini yaymağa çalışırlar. Senator Lindsi Qremin ölümündə İranın əlinin ola biləcəyi haqqında da fikirlər var. Bütün bunlara görə respublikaçıların nüfuzlu təmsilçiləri senatorun ölümünün səbəblərini araşdırmağa və Rusiyanın bu hadisədə iştirak edib-etmədiyinə aydınlıq gətirilməsini istəyirlər. Konspiroloji fikirləri şərh etməyi sevmədiyim üçün, senator Lindsi...
13 İyul 2026, 10:00
İlham Əliyev: Türkiyə və Azərbaycan ən yaxın iki dövlətdir
Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir. Siyasi, iqtisadi, enerji, nəqliyyat əlaqələri və insanlar arasında münasibətlərin səviyyəsinə baxsanız, yəqin ki, dünyada bir-birinə Türkiyə və Azərbaycan qədər yaxın, bir-birini bu qədər dəstəkləyən və dost olan başqa iki ölkə tapmaq çətindir. Bu, xalqlarımız və dövlətlərimiz üçün böyük sərvətdir. Biz birlikdə daha güclüyük. Bu, həm də regional sabitlik və əməkdaşlıq, o cümlədən bayaq toxunduğum nəqliyyat bağlantıları baxımından mühüm amildir. Eyni zamanda, təhlükəsizliyin təmin olunmasında da mühüm rol oynayır....
13 İyul 2026, 09:31
Heydər Oğuz: İran ABŞ-ın qisasını Bəhreyndən alır
İranın “qəhrəmanlığı”: ABŞ-ın qisasını 3 adaya sığınmış şiələrdən alırSEPAH-a bağlı informasiya kanalları səhərin gözü açılmamış böyük fəxarətlə uğur hekayələri paylaşıblar. Qurumun Telegram kanalında yayımlanan paylaşımların birincisində bildirilir: “Bəhreyndə artıq həyəcan siqnalları çalınır”✅ @sepah_pasdaranÜzərindən 1 dəqiqə keçməmiş ikinci muştuluq gəlib:“#Təcili | Bəhreyndə bir neçə yeni partlayış”.Bəs bilirsinizmi, SEPAH-ın vurulmasını böyük uğur kimi təqdim etdiyi Bəhreyn nə boyda ölkədir?Vikipediya bu suala belə cavab verir: “Bəhreyn Səudiyyə Ərəbistanından 16 kilometr məsafədə üç nisbətən iri və xeyli kiçik adalarda yerləşir. Paytaxtı və ən böyük şəhəri Manama şəhəri, ümumi sahəsi 760 kvadrat kilometrdir. Bəhreyn Asiya qitəsində Sinqapur və Maldivdən sonra üçüncü ən kiçik dövlətdir. Bu ölkə...
13 İyul 2026, 08:09
Elçin Rüstəmlidən İran səfirinə sərt reaksiya
Jurnalist Elçin Rüstəmli İranın Ermənistandakı səfirinin açıqlamasına münasibət bildiribCitypost.az xəbər verir ki, Jurnalist Elçin Rüstəmli İranın Ermənistandakı səfiri Xəlil Şirqulaminin Azərbaycan və Türkiyə liderlərinin İranın ali dini rəhbəri Əli Xameneinin dəfn mərasimində iştirak etməməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.O qeyd edib ki, səfirin bu açıqlaması SEPAH-ın mövqeyini əks etdirir. Elçin Rüstəmli bildirib ki, Azərbaycan və Türkiyə liderlərinin dəfn mərasimində iştirak etməməsinə irad bildirilməsi yersizdir.Jurnalist, həmçinin vurğulayıb ki, mərasimdə Xameneinin oğlu Müctəba Xamenei də iştirak etməyib. Onun fikrincə, bu halda digər dövlət liderlərinə irad tutulması və bunun tarixi yaddaşda qalacağı barədə fikirlər əsassızdır....
10 İyul 2026, 10:20
Qulu Məhərrəmli: İsrailin qərarı təsadüfi deyil
Professor Qulu Məhərrəmli İsrail parlamentinin (Knessetin) qondarma “erməni soyqırımı”nın tanınması məsələsini gündəmdən çıxarmasını mühüm geosiyasi proseslərin nəticəsi kimi qiymətləndirib.Citypost.az xəbər verir ki, professor bildirib ki, bu addım birbaşa NATO-nun Ankara sammiti, ABŞ-Türkiyə münasibətlərində müşahidə olunan istiləşmə, Azərbaycan hökumətinin və ölkədəki yəhudi icmalarının səylərinin nəticəsidir. Onun fikrincə, bu, hadisələrin inkişafının ən uğurlu ssenarisidir.Qulu Məhərrəmli vurğulayıb ki, Türkiyə Azərbaycanın hərbi müttəfiqi və qardaş ölkəsi, İsrail isə dost və strateji tərəfdaşıdır. O qeyd edib ki, Qarabağın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində hər iki dövlətin Azərbaycana göstərdiyi dəstək misilsiz və unudulmaz olub.Professor əlavə edib ki, ABŞ-nin dəstəyi ilə yaxın zamanda...
10 İyul 2026, 10:05
Ədalət Verdiyev: Türkiyə silah idxalçısından ixracatçıya çevrildi
Qardaş Türkiyəmiz vaxtilə patronu belə başqa ölkələrdən, əsasən də Qərbdən satın alırdı. Həm də silah və sursatı türklərə "qısır silah-sursat" kimi satırdılar. Yəni dəyəri Türkiyə tərəfindən ödənilən silah və sursatın kimə qarşı istifadəsinə idxal edən olkə məhdudiyyət qoyurdu. Bəzi ölkələr Türkiyəyə satdığı silahın yunanlara, hətta terrorçulara qarşı istifadə üçün şərtlərini irəli sürürdülər.İndi isə Türkiyə yerli və milli imkanları ilə müharibə taleyini qısa müddətdə həll edən silahlar, o cümlədən MALE, HALE tipli pilotsuz aparatlar, müxtəlif dəniz dronları, gəzən sursatlar, tanklar və digər zirehli vasitələr, reaktiv və qoşquda daşınan artilleriya sistemləri, hipersəs raketlər, HHM kompleksləri, müxtəlif təyinatlı döyüş gəmiləri, helikopterlər, pilotsuz qırıcılar,...
10 İyul 2026, 09:56