Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev: Türkiyə və Azərbaycan ən yaxın iki dövlətdir

Siyasət 13 İyul 2026, 09:31

396

Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir.

Citypost.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir. Siyasi, iqtisadi, enerji, nəqliyyat əlaqələri və insanlar arasında münasibətlərin səviyyəsinə baxsanız, yəqin ki, dünyada bir-birinə Türkiyə və Azərbaycan qədər yaxın, bir-birini bu qədər dəstəkləyən və dost olan başqa iki ölkə tapmaq çətindir. Bu, xalqlarımız və dövlətlərimiz üçün böyük sərvətdir. Biz birlikdə daha güclüyük. Bu, həm də regional sabitlik və əməkdaşlıq, o cümlədən bayaq toxunduğum nəqliyyat bağlantıları baxımından mühüm amildir. Eyni zamanda, təhlükəsizliyin təmin olunmasında da mühüm rol oynayır. Çünki beş il əvvəl burada – Şuşada Türkiyə Prezidenti ilə birlikdə Şuşa Bəyannaməsini imzaladıq və bu sənəd münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəltdi. Beləliklə, biz təkcə qardaş və dost deyilik, həm də müttəfiqlərik. Əgər tərəflərdən birinin başına xoşagəlməz hadisə gəlsə, digəri bütün imkanları, o cümlədən hərbi potensialı ilə qardaşını müdafiə etmək üçün onun yanında olacaq. Bu, etnik köklərin, ortaq mədəniyyətin və ümumi tarixin dövlətlər arasında bu qədər sıx siyasi münasibətlər formalaşdırdığı çox nadir nümunələrdəndir.

Əminəm ki, eyni və ya oxşar etnik köklərə və eyni dil ailəsinə mənsub olan xalqların belə münasibətlər qura bilmədiyi çoxsaylı nümunələri bilirsiniz. Əksinə, bəzən demək olar ki, eyni dildə danışan xalqlar bir-biri ilə müharibə aparırlar. Eyni dini paylaşan xalqların da qarşıdurmaya girdiyini görürük. Buna görə də Türkiyə–Azərbaycan münasibətləri qonşu ölkələr tərəfindən öyrənilməli və nümunə götürülməlidir. Qonşular bir-birini anlamalı və qarşılıqlı hörmət etməlidirlər”, - dövlət başçısı qeyd edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev: Avropa Şurası ilk addımı atmalıdır

“Azərbaycan Avropa Şurasını tamamilə tərk etsə belə, ölkədə bunu demək olar ki, heç kim hiss etməyəcək”.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“2023-cü ilin sentyabrına qədər Azərbaycan Avropa Şurası Parlament Assambleyasında heç vaxt hər hansı sanksiya ilə üzləşməmişdi. Məhz 2023-cü ilin sentyabrında biz öz qanuni özünümüdafiə hüququmuzdan istifadə edərək ərazimizi separatçıların qalıqlarından azad etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 2024-cü ilin yanvarında isə Assambleya Azərbaycan nümayəndə heyətinin mandatını müzakirəyə çıxardı və nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi.Bu, guya insan hüquqları məsələləri ilə bağlı idi. Lakin məsələ bununla əlaqəli olsaydı, bu...

13 İyul 2026, 10:02

Xəqani Cəfərli: Lindsi Qremin ölümü siyasi mənzərəni üzə çıxardı

Ukranya və İsrailin qızğın tərəfdarı, Rusiya və İranın qatı əleyhidarı senator Lindsi Qremin (Lindsey Olin Graham) qəfil ölümü çoxsaylı konspiroloji fikirlər doğurub. MAGA hərəkatının öncül bloggeri Laura Loomer, Weatherman Fondunun prezidenti, general Kett Kelloqun qızı Megan Mobbs, Fox News şərhçisi Mark Thiessen senator Lindsi Qremin qəfil ölümündə Rusiyanın əlinin olduğunu bildirirlər. ABŞ-dakı Rusiyapərəst qüvvələr senatorun qəfil ölümündə Ukraynanın iştirak etdiyi fikirini yaymağa çalışırlar. Senator Lindsi Qremin ölümündə İranın əlinin ola biləcəyi haqqında da fikirlər var. Bütün bunlara görə respublikaçıların nüfuzlu təmsilçiləri senatorun ölümünün səbəblərini araşdırmağa və Rusiyanın bu hadisədə iştirak edib-etmədiyinə aydınlıq gətirilməsini istəyirlər. Konspiroloji fikirləri şərh etməyi sevmədiyim üçün, senator Lindsi...

13 İyul 2026, 10:00

Heydər Oğuz: İran ABŞ-ın qisasını Bəhreyndən alır

İranın “qəhrəmanlığı”: ABŞ-ın qisasını 3 adaya sığınmış şiələrdən alırSEPAH-a bağlı informasiya kanalları səhərin gözü açılmamış böyük fəxarətlə uğur hekayələri paylaşıblar. Qurumun Telegram kanalında yayımlanan paylaşımların birincisində bildirilir: “Bəhreyndə artıq həyəcan siqnalları çalınır”‎✅ @sepah_pasdaran‏Üzərindən 1 dəqiqə keçməmiş ikinci muştuluq gəlib:“#Təcili | Bəhreyndə bir neçə yeni partlayış”.Bəs bilirsinizmi, SEPAH-ın vurulmasını böyük uğur kimi təqdim etdiyi Bəhreyn nə boyda ölkədir?Vikipediya bu suala belə cavab verir: “Bəhreyn Səudiyyə Ərəbistanından 16 kilometr məsafədə üç nisbətən iri və xeyli kiçik adalarda yerləşir. Paytaxtı və ən böyük şəhəri Manama şəhəri, ümumi sahəsi 760 kvadrat kilometrdir. Bəhreyn Asiya qitəsində Sinqapur və Maldivdən sonra üçüncü ən kiçik dövlətdir. Bu ölkə...

13 İyul 2026, 08:09

Elçin Rüstəmlidən İran səfirinə sərt reaksiya

Jurnalist Elçin Rüstəmli İranın Ermənistandakı səfirinin açıqlamasına münasibət bildiribCitypost.az xəbər verir ki, Jurnalist Elçin Rüstəmli İranın Ermənistandakı səfiri Xəlil Şirqulaminin Azərbaycan və Türkiyə liderlərinin İranın ali dini rəhbəri Əli Xameneinin dəfn mərasimində iştirak etməməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.O qeyd edib ki, səfirin bu açıqlaması SEPAH-ın mövqeyini əks etdirir. Elçin Rüstəmli bildirib ki, Azərbaycan və Türkiyə liderlərinin dəfn mərasimində iştirak etməməsinə irad bildirilməsi yersizdir.Jurnalist, həmçinin vurğulayıb ki, mərasimdə Xameneinin oğlu Müctəba Xamenei də iştirak etməyib. Onun fikrincə, bu halda digər dövlət liderlərinə irad tutulması və bunun tarixi yaddaşda qalacağı barədə fikirlər əsassızdır....

10 İyul 2026, 10:20

Qulu Məhərrəmli: İsrailin qərarı təsadüfi deyil

Professor Qulu Məhərrəmli İsrail parlamentinin (Knessetin) qondarma “erməni soyqırımı”nın tanınması məsələsini gündəmdən çıxarmasını mühüm geosiyasi proseslərin nəticəsi kimi qiymətləndirib.Citypost.az xəbər verir ki, professor bildirib ki, bu addım birbaşa NATO-nun Ankara sammiti, ABŞ-Türkiyə münasibətlərində müşahidə olunan istiləşmə, Azərbaycan hökumətinin və ölkədəki yəhudi icmalarının səylərinin nəticəsidir. Onun fikrincə, bu, hadisələrin inkişafının ən uğurlu ssenarisidir.Qulu Məhərrəmli vurğulayıb ki, Türkiyə Azərbaycanın hərbi müttəfiqi və qardaş ölkəsi, İsrail isə dost və strateji tərəfdaşıdır. O qeyd edib ki, Qarabağın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində hər iki dövlətin Azərbaycana göstərdiyi dəstək misilsiz və unudulmaz olub.Professor əlavə edib ki, ABŞ-nin dəstəyi ilə yaxın zamanda...

10 İyul 2026, 10:05

Ədalət Verdiyev: Türkiyə silah idxalçısından ixracatçıya çevrildi

Qardaş Türkiyəmiz vaxtilə patronu belə başqa ölkələrdən, əsasən də Qərbdən satın alırdı. Həm də silah və sursatı türklərə  "qısır silah-sursat" kimi satırdılar. Yəni dəyəri Türkiyə tərəfindən ödənilən silah və sursatın kimə qarşı istifadəsinə idxal edən olkə məhdudiyyət qoyurdu. Bəzi ölkələr Türkiyəyə satdığı silahın yunanlara, hətta terrorçulara qarşı istifadə üçün şərtlərini irəli sürürdülər.İndi isə Türkiyə yerli və milli  imkanları ilə müharibə taleyini qısa müddətdə həll edən silahlar, o cümlədən MALE, HALE tipli pilotsuz aparatlar, müxtəlif dəniz dronları, gəzən sursatlar,  tanklar və digər zirehli vasitələr, reaktiv və qoşquda daşınan artilleriya sistemləri, hipersəs raketlər, HHM kompleksləri, müxtəlif təyinatlı döyüş gəmiləri,  helikopterlər, pilotsuz qırıcılar,...

10 İyul 2026, 09:56