"Sumqayıt" portuqaliyalı mütəxəssis ilə 1 illik müqavilə bağlayıb
İdman 10 İyul 2026, 08:18
320
"Sumqayıt" Futbol Klubunun yeni baş məşqçisi məlum olub.
Citypost.az klubun mətbuat xidmətinə istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə imzalanıb.
Bu gün klubun təsisçisi və baş sponsoru olan "Azərikimya" İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib. Sədr portuqaliyalı mütəxəssisə xatirə hədiyyələri təqdim edib, qarşıdakı mövsümdə işlərində uğurlar arzulayıb.
Həmçinin oxuyun
Filipe Kandido bu gün həmçinin klubun infrastrukturu ilə tanış olub. O, komandanın ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna və "SOCAR Polymer" təlim-məşq mərkəzinin meydançalarına baş çəkib.
Qeyd edək ki, Filipe Kandido futbolçu karyerası ərzində Portuqaliyanın "Sportinq" və İspaniyanın "Real" komandalarında çıxış edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda keçiriləcək IBA Çempionlar Gecəsi öncəsi boksçular üz-üzə gəliblər
IBA Çempionlar Gecəsində iştirak edəcək boksçuların çəki və üz-üzə mərasimi keçirilib.Citypost.az xəbər verir ki, İçərişəhərdə – Qız Qalasının yaxınlığında təşkil olunan tədbirdə yarış iştirakçıları tərəziyə çıxıblar.Ardınca onlar üz-üzə gəliblər və bu, mərasimə qatılan azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.Dünyanın ən güclü boksçularının iştirakı ilə “Sea Breeze Resort”da baş tutacaq IBA Çempionlar Gecəsi iyulun 10-da keçiriləcək. Yarışda Sübhan Mamedov (47,6 kiloqram) Riçard Qardla (Filippin), Tayfur Əliyev (60 kiloqram) Xurşidbek Rasuljonovla (Özbəkistan), Sərxan Əliyev (70 kiloqram) Nurtas Ajbenovla (Qazaxıstan), Nəbi İsgəndərov (70 kiloqram) Hikmət Qarayevlə (Rusiya) və Səidcəmşid Cəfərov (72,6 kiloqram) Nikolay Veselovla (Belarus) gücünü yoxlayacaq. Boksçularımızın hər birinin döyüşü 6 raunddan ibarət olacaq.Digər...
10 İyul 2026, 08:45
"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib
“Qəbələ” hücum xəttini yeni futbolçu ilə gücləndirib.Citypost.az xəbər verir ki, bölgə təmsilçisi Kərim Rossini transfer edib.Rossi ötən mövsümü “Şamaxı”da keçirib.
09 İyul 2026, 22:20
Norveç millisi Fort-Loderdeyldə otelini dəyişib
Dünya Kubokunun dörddəbir finalına yüksələn Norveç milli komandası ABŞ-ın Fort-Loderdeyl şəhərində yerləşdiyi oteli şəraitin qənaətbəxş olmaması səbəbindən dəyişib.NRK-nın məlumatına görə, komanda tüstülü hava, otaqların təmiz olmaması, yaxınlıqdakı tikinti işləri və magistral yoldan gələn səs-küy səbəbindən başqa otelə köçürülüb.Norveç nümayəndə heyətinin rəhbəri Truls Daeli bildirib ki, məsələ ilə bağlı FIFA dəstək göstərib və köçürülmə xərclərinin bir hissəsini qarşılayıb. Onun sözlərinə görə, komanda daha komfortlu və bahalı oteldə məskunlaşıb.Qeyd edək ki, Norveç millisi iyulun 11-də Fort-Loderdeyldə İngiltərə yığması ilə Dünya Kubokunun dörddəbir final matçında üz-üzə gələcək....
09 İyul 2026, 12:03
Xorvatiya millisində 9 illik Daliç dönəmi başa çatdı
Xorvatiya millisində baş məşqçi ayrılığı rəsmiləşib.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, Zlatko Daliç yığmanın baş məşqçisi postundan istefa verib.59 yaşlı mütəxəssis 2017-ci ildən Xorvatiya millisini çalışdırırdı. Onun rəhbərliyi altında yığma 2018-ci il dünya çempionatında finala yüksələrək gümüş medal qazanmışdı.Qeyd edək ki, Xorvatiya DÇ-2026-nın 1/8 final mərhələsində Portuqaliyaya 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.
08 İyul 2026, 18:20
Güləşçilərimiz Avropa çempionatında 1 qızıl, 2 gümüş medal qazanıblar
Azərbaycan güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla başlayıblar.Citypost.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə millinin 3 üzvü fəxri kürsüyə qalxıb.Emin Cavadlı (55 kq) finalda ermənistanlı Edqar Petrosyana "tuş"la qalib gələrək Avropa çempionu olub.Cavidan Nehmətov (77 kq) həlledici görüşdə ermənistanlı Samvel Terteryana (0:4), Orxan Hacıyev (87 kq) isə finalda rusiyalı Mixail Şkarinə (0:10) məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə çıxıb.Museyi-Kazım Hüseyn (130 kq) bürünc medal görüşündə türkiyəli Üzeyir Bostana ilk xal prinsipinə əsasən (1:1) uduzub....
08 İyul 2026, 09:00
"Araz-Naxçıvan" Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb
Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb.Citypost.az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi daha 2 il "qırmızı-ağlar"ın formasını geyinəcək.O, 2023-cü ildən komandada çıxış edir.Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro və Luka Dumançiçlə yeni müqavilə imzalayıb....
07 İyul 2026, 18:38