Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda ət, süd və yumurta istehsalı artıb  

İqtisadiyyat 17 İyun 2025, 14:53

3356

2025-ci ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3706,1 milyon manat təşkil edib ki, onun da 2838,9 milyon manatı heyvandarlıq, 867,2 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

CityPost.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,5 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1 faiz, bitkiçilik məhsulları istehsalı 3,1 faiz artıb.

Qeyd edilib ki, 2025-ci ilin yanvar-may aylarında quş əti də daxil olmaqla diri çəkidə 233,6 min ton ət, 916,5 min ton süd, 1011,2 milyon ədəd yumurta, 11,2 min ton yun, 1,3 ton barama istehsal edilib, 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2,8 faiz, ət istehsalı 1,2 faiz, süd istehsalı 0,2 faiz artıb, yun istehsalı 1,4 faiz, barama istehsalı 58,1 faiz azalıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qızıl kəskin bahalaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.CityPost.az  birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 1,78% artaraq 4 677,15 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 5,24% artaraq 93,177 ABŞ dolları olub.

19 Yanvar 2026, 09:28

Neftimiz 70 dolları ÖTÜB 

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,25 ABŞ dollar artıb.Citypost.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,25 ABŞ dolları və ya 1,8 % artaraq 70,54 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb....

17 Yanvar 2026, 10:58

Bu gün işdən çıxmışdı - Yeni vəzifə verildi

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub.CityPost.az nazirliyə istinadən xəbər verir ki, bu, Sadiq Əliyevdir.O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri çalışıb.S.Əliyev 1984-cü ildə anadan olub, 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.O, 2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən 2024-cü ilə qədər ƏƏSMN-nin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri işləyib....

08 Yanvar 2026, 16:50

Mərkəzi Bankdan valyuta məzənnələri: dollarda sabitlik

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az xəbər verir ki, avronun məzənnəsi 0,09 % azalaraq 1,9857 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,5 % artaraq 2,1172 manat təşkil edib.

08 Yanvar 2026, 09:46

Qızılın qiyməti 30 oktyabrdan bəri ilk dəfə 4 050 dolları keçib 

Nyu York Ticarət Birjasının bölməsi olan "Comex"də 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 050 dolları keçib.Bu barədə CityPost.az  ticarət platformasının məlumatlarına istinadən xəbər verir.Bakı vaxtı ilə 05:22-yə olan məlumata görə, qiymətli metalın qiyməti bir troya unsiyası üçün $4 054,30 (+1.16) təşkil edib. Bakı vaxtı ilə 05:28-ə olan vəziyyətə görə, qızılın qiyməti hər unsiya üçün $4 060-a qədər artıb (+1.3%)....

10 Noyabr 2025, 09:36

Rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az  xəbər verir ki, avronun məzənnəsi 0,3 % azalaraq 1,9841 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1,3 % azalaraq 2,0928 manat təşkil edib.

20 Oktyabr 2025, 09:21