İşğaldan azad olunan ərazilərdə yeni su anbarları tikiləcək
İqtisadiyyat 19 İyun 2025, 13:05
6468
İşğaldan azad olunan ərazilərdə su təminatının yaxşılaşdırılması məqsədilə bir sıra yeni su anbarlarının tikintisi planlaşdırılır.
CityPost.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev bildirib.
O bildirib ki, artıq Həkəriçay və Bərgüşadçay su anbarlarının texniki-iqtisadi əsaslandırması və layihə-smeta sənədləri hazırlanıb:
Həmçinin oxuyun
"Həkəriçay su anbarının 91 milyon kubmetr, Bərgüşadçay su anbarının isə 67 milyon kubmetr həcmində olması nəzərdə tutulur. Bu layihələrin icrası Laçın, Qubadlı, Zəngilan və digər rayonların həm suvarma, həm də içməli su ilə təminatına töhfə verəcək.
Sərsəng su anbarı üzrə texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması da başa çatmaq üzrədir: "565 milyon kubmetr həcmə malik olacaq su anbarı Ağdərə, Tərtər, Ağdam, Bərdə, Goranboy və Yevlax rayonlarında ümumilikdə 96 min hektar sahənin suvarılmasına xidmət edəcək".
“Qız qalası su anbarı və ondan çıxacaq 52 km-lik magistral kanal, həmçinin Tərtərçay Sağ Sahil suvarma kanalı layihələrinin sənədləri də artıq hazırdır və yaxın zamanda icrasına başlanacağı gözlənilir. Sözügedən layihələr nəticəsində on minlərlə hektar əkin sahəsinin su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq", - İ. Quliyev əlavə edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əmtəə bazarlarında qızıl və gümüş uzlaşır
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.CityPost.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,98% azalaraq 5 012,15 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 1,63% azalaraq 80,015 ABŞ dolları olub.
16 Mart 2026, 09:46
Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.CityPost.az-ın məlumatına görə, martın 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0385 manat təşkil edib. Öz növbəsində, Rusiyanın 100 rublu 2.1208 manata kimi, Avro isə 1.9453 manatadək ucuzlaşıb.
16 Mart 2026, 09:16
Heydər Oğuz: ABŞ-ın enerji siyasəti qlobal neft bazarına təsir edir
Jurnalist və siyasi şərhçi Heydər Oğuz sosial şəbəkə hesabında ABŞ-ın Rusiya və Çinlə bağlı enerji siyasəti, eləcə də Yaxın Şərqdəki geosiyasi proseslər barədə fikir bildirib.Citypost.az xəbər verir ki, O, qeyd edib ki, ABŞ-ın Rusiyaya tankerlər vasitəsilə neft satışı üçün müvəqqəti icazə verməsi və bunun gələcəkdə uzadıla bilməsi ehtimalı qlobal enerji bazarına təsir göstərən amillərdən biri kimi qiymətləndirilə bilər.Heydər Oğuzun fikrincə, BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Rusiya və Çinin tutduğu mövqe də enerji maraqları fonunda izah oluna bilər. O, ABŞ-ın enerji bazarında atdığı addımların, o cümlədən strateji neft ehtiyatlarından (SPR) bazara əlavə həcmlərin çıxarılmasının qiymətlərin sabitləşməsinə yönəldiyini bildirib.Şərhdə həmçinin Fars körfəzi...
13 Mart 2026, 10:52
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.CityPost.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,31% azalaraq 5 109.9 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 0,7% azalaraq 84,52 ABŞ dolları olub.
13 Mart 2026, 09:34
Neft və qaz bazarında böhran: Qətər fors major elan etdi
Politoloq Turab Rzayev facebook hesabında bildirir ki, Qətər ilk olaraq fors major elan edən ölkə olub. Məlumata görə, İranın LNG terminalına zərbə vurmasından sonra Qətər öhdəliklərini yerinə yetirə bilmir.Citypost.az xəbər verir ki, T.Rzayevin sözlərinə görə, Çinin LNG idxalının 30%-i, Hindistanın 42%-i, Cənubi Koreyanın 19%-i və Tayvanın 25%-i Qətərdən təmin olunurdu. Hazırda Avropada qaz qiymətləri artıq 5% artıb.Politoloq izah edib ki, Qətər LNG ixracının 82%-ni Asiyaya satsa da, tədarük zəncirində yaranan qırılma səbəbindən Asiya ölkələri məcburiyyət qarşısında digər istehsalçılara yönələcək ki, bu da qiymətlərin daha da qalxmasına səbəb olacaq.T.Rzayev əlavə edib ki, müharibə bugün başa çatsa belə, Qətər zərəri ən tez...
09 Mart 2026, 09:00
Neftin qiyməti 84 dolları ötüb
Londonun ICE birjasında 2026-cı ilin may ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti bu səhər 3,5% artıb.CityPost.az xəbər verir ki, Brent markalı xam neftin qiyməti Bakı vaxtı ilə saat 8:02-də 2,87% artaraq bir barel üçün 83,74 dollara çatıb.Bakı vaxtı ilə saat 08:17-də Brent markalı xam neftin fyuçersləri artımını sürətləndirərək barel üçün 84,25 dollara (3,5% artım) satılıb.Bu arada, aprel ayı üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti 4,14% artaraq barel üçün 77,65 dollara çatıb...
05 Mart 2026, 09:04