Bizə yazın

Baku

-°C

USD

-

"Faytonçu Nazim"in səhhəti necədir?

Sənət aləmi 17 Avqust 2026, 18:00

435

"Səhhətimdə heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm".

Citypost.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni “Faytonçu Nazim” kimi tanınan müğənni Nazim Pişiyari deyib. O, sentyabrın 4-də “Fayton-latiNos music bond”un bir yaşının olacağını bildirib:

"Neçə aydır qala gecəsinə hazırlıq gedir. Çalışırıq ki, gecəni yaddaqalan edək. Bütün günü proqramla bağlı məşqlər edirik. Səhhətimlə bağlı heç bir problemim yoxdur".

Qeyd edək ki, mətbuatda müğənni “Faytonçu Nazim"in səhhətində problem olduğu ilə bağlı məlumatlar yayılıb. Məlumatda onun həddindən artıq çəki itirdiyi qeyd edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib  

14 avqust 2026-cı il tarixində “Yaşıl Teatr”da müğənni Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib.CityPost.az xəbər verir  ki,konsert proqramı ərzində sənətçi repertuarında yer alan sevilən mahnılarını səsləndirib. İfaçını Rəvan Qarayevin rəhbərliyi ilə fəaliyyət göstərən “RG Music Band” orkestri müşayiət edib. Konsertin musiqi rəhbəri bəstəkar və aranjimançı Emin Nəbiyev olub.Gecənin aparıcısı Əməkdar artist Əkbər Əlizadə, quruluşçu rejissoru Elməddin Dadaşov, art direktoru Ramiz Alışov, prodüseri Rövşən Cəfərov, meneceri Ramiq Şərifov, təşkilatçısı isə Tuqay Vəlizadə olub.Konsertin diqqətçəkən məqamlarından biri Rəvan Qarayevin ailə üzvləri ilə səhnəni bölüşməsi olub. Sənətçi bacısı Həcər Abdullayeva və atası Elşad Qarayevlə duet ifa edib.Musiqi proqramı xüsusi rəqs...

17 Avqust 2026, 12:59

Xuraman Şuşalı - “Həyat yoldaşıma corab geyindirməyə vaxtım yoxdur“

Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin ilə münasibətlərindən danışıb.Citypost.az Yenilik.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Etiraf" verilişində qonaq olarkən söz açıb."Mən corab geyindirən xanım deyiləm. Daha çox sevgi görmək istəyirəm. Həyat yoldaşımın əli-ayağı var. Vaxtım yoxdur ki, corabını geyindirim. Xoşlayıram ki, sevgi və qayğı mənə göstərilsin. Özüm də qayğı göstərirəm, amma sevgi tələb edirəm" deyə, Xuraman bildirib.Sənətçi həyat yoldaşının ona sənətlə ailəsi arasında seçim qoyacağı təqdirdə ailəsini seçəcəyini də vurğulayıb....

17 Avqust 2026, 09:04

Qəşəm İsabəyli – sözə, şeirə və doğma yurda bağlı yaradıcılıq

14 avqust Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq yolu olan şair, nasir, tərcüməçi və uşaq ədəbiyyatı müəllifi Qəşəm İsabəylinin doğum günüdür.Qəşəm İsa oğlu İsabəyli 1948-ci il avqustun 14-də Kürdəmir rayonunun Xəlsə kəndində ziyalı ailəsində anadan olub. İlk təhsilini doğma kəndində alıb, orta məktəbi isə qonşu Axtaçı kəndində bitirib. Sonralar Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində təhsil alıb.Onun həyat və yaradıcılıq yolunda doğma Kürdəmirin, xüsusilə Xəlsənin mühüm yeri var. Bu bağlılıq yalnız bioqrafik fakt olaraq qalmayıb. Qəşəm İsabəylinin yaradıcılığında uşaqlıq xatirələri, kənd həyatı, insan münasibətləri və doğma yurda bağlılıq müxtəlif formalarda öz əksini tapıb. “Ömrün Xəlsə çağları” əsərinin adında belə bu bağlılığı görmək mümkündür.Ədəbi...

14 Avqust 2026, 23:46

Dünyagörüşünü genişləndirən 10 klassik əsər

Dünya ədəbiyyatı insan təfəkkürünü dərinləşdirən, həyata, cəmiyyətə, fərdin daxili aləminə fərqli pəncərədən baxmağa imkan verən zəngin xəzinədir. Klassik əsərlər təkcə yazıldıqları dövrün reallıqlarını deyil, bütün zamanlar üçün keçərli olan insani hissləri, mənəvi axtarışları, sosial ziddiyyətləri ustalıqla əks etdirir. Oxucunun dünyagörüşünü zənginləşdirən, düşüncə tərzini dəyişən bəzi klassik şah əsərlər mütləq mütaliə olunmalı kitablar sırasında yer alır.Citypost.az xəbər verir ki, bu siyahıda birinci yeri Fyodor Dostoyevskinin "Cinayət və cəza" romanı tutur. Əsər vicdan əzabı, ədalət, insan psixologiyasının dərinliklərini araşdıraraq mənəvi dəyərləri sorğulayır. Lev Tolstoyun "Hərb və sülh" epopeyası isə müharibənin dəhşətlərini, cəmiyyətin təbəqələşməsini, insanın həyatdakı yerini möhtəşəm panoramda təqdim edir. Viktor Hüqonun...

14 Avqust 2026, 13:31

Xoşqədəmdən tətil paylaşımı: “Özümü dünyanın ən xoşbəxti hiss edirəm”

Aparıcı Xoşqədəm Hidayətqızı yay tətilini Türkiyədə keçirir.Citypost.az xəbər verir ki, aparıcı illərdir getdiyi məkandan görüntülər paylaşaraq keçmiş xatirələrini yada salıb. O, həmin parkda yenidən yürüş etməyin ona böyük xoşbəxtlik verdiyini bildirib.“Bu dəqiqə özümü dünyanın ən xoşbəxti hiss edirəm. Allah nəsib edib ki, yenidən həmin parkda yürüş edirəm. Bura gəlmək üçün hər il yayı gözləyirəm. Bu qoxunu qoxlayıram, səhər saatlarla burada gəzirəm. 12 ildir mən hər dəfə bura gəlirəm. Şükürlər olsun”, – deyə Xoşqədəm qeyd edib.Aparıcı həyat yoldaşı, müğənni Doğuşun evliliklərinin ilk ilində onu həmin məkana gətirdiyini xatırladıb:“Evliliyimizin ilk ili Doğuş məni bura gətirdi. Sonra hamiləliyimdə, uşaqlarım doğulandan sonra bura gəldim....

13 Avqust 2026, 16:02

Aktrisa Pərvin Abıyevanın çimərlikdən görüntüsü yayıldı - VİDEO

Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə paylaşdığı yeni görüntülərlə izləyicilərinin diqqətini çəkib.Citypost.az Milli.Az-a istinadən xəbər verir ki, sənətçi istirahət anlarını əks etdirən fotolarını sosial media hesabında yayımlayıb.Paylaşımda Pərvin Abıyevanın sahil kənarında dincəldiyi anlar yer alıb. Aktrisanın istirahət görüntüləri izləyiciləri tərəfindən maraqla qarşılanıb.Həmin görüntülər sosial şəbəkə istifadəçiləri arasında müzakirə doğurub.

13 Avqust 2026, 11:52