Xoşqədəmdən tətil paylaşımı: “Özümü dünyanın ən xoşbəxti hiss edirəm”
Sənət aləmi 13 Avqust 2026, 16:02
2209
Aparıcı Xoşqədəm Hidayətqızı yay tətilini Türkiyədə keçirir.
Citypost.az xəbər verir ki, aparıcı illərdir getdiyi məkandan görüntülər paylaşaraq keçmiş xatirələrini yada salıb. O, həmin parkda yenidən yürüş etməyin ona böyük xoşbəxtlik verdiyini bildirib.
“Bu dəqiqə özümü dünyanın ən xoşbəxti hiss edirəm. Allah nəsib edib ki, yenidən həmin parkda yürüş edirəm. Bura gəlmək üçün hər il yayı gözləyirəm. Bu qoxunu qoxlayıram, səhər saatlarla burada gəzirəm. 12 ildir mən hər dəfə bura gəlirəm. Şükürlər olsun”, – deyə Xoşqədəm qeyd edib.
Aparıcı həyat yoldaşı, müğənni Doğuşun evliliklərinin ilk ilində onu həmin məkana gətirdiyini xatırladıb:
“Evliliyimizin ilk ili Doğuş məni bura gətirdi. Sonra hamiləliyimdə, uşaqlarım doğulandan sonra bura gəldim. Burada sevinc və kədər yaşamışıq. Evdən kənarı sevmirəm, evimdə xoşbəxt oluram. Amma burada öz evimdəki kimiyəm. Bizi yaşadan xatirələrimizdir”.
Xoşqədəm həyatı anın gözəlliyini yaşamağın vacibliyini vurğulayıb:
“Həyat anında gözəldir. Sabah nə olacaq, düşünməyin. Gözəlliyi çox sevirəm, hər şey mükəmməl olsun. Təkcə üz yox, qəlbin və vicdanın təmiz olsun”.Axşam.az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xalq artisti vəziyyəti ağır olaraq qalır
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır.Bu barədə "Report"un sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan bildirilib.Vurğulanıb ki, xəstənin vəziyyəti ağır stabil olaraq qalır:"Mərkəzi Klinik Xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsində kompleks müalicəsi davam edir".
07 Sentyabr 2026, 14:52
Adil İskəndərov – Azərbaycan kinosunun sərt, mərhəmətli atası
Sərt, tələbkar, mərhəmətli və xeyirxah Adil İskəndərov. Onu niyə Azərbaycan kinosunun atası adlandırırlar? 1965-ci ildə kinostudiyanın tərkibində kinoaktyor studiyası açır. 850 namizəddən cəmi 50 nəfəri seçilir. Kursu isə 4 il ərzində cəmi 8 nəfər bitirir. Adil İskəndərov işi elə qurur ki, kinosudiyanın bütün məşhur insanları – rejissorlar, rəssamlar, operatorlar yeni studiyada təhsil alanlara dərs deyirlər. Artıq həmin kinostudiyanın heç bir yetirməsi həyatda deyil, sonuncu yetirməsi Ənvər Həsənov bu il dünyasını dəyişdi. Adil İskəndərov Azərbaycan filmlərinə başqa ölkələrin aktyorlarının çəkilməsinin əleyhinə çıxırdı. Bir dəfə rejissor Eldar Quliyevə “Qadam, özümüzdə aktyor yoxdur? Teatra getmirsiniz? Gedin, öz aktyorlarımızı seçin”, - demişdi.Azərbaycanın onlarla aktyor, Xalq...
05 Sentyabr 2026, 15:55
Şirbalanın Nazlısının faciəvi həyatı
Əslən Şuşadan olan Lütfiyyə Şamil qızı Səfərova 1942- ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ailənin tək övladı olub. Atasını çox tez itirib. Mətbəədə işləyən anasına dayaq olmaq üçün Lütfiyyə xanımın qayğısını bibisi çəkib.***Lütfiyyə Səfərova əvvəlcə Asəf Zeynallı adına musiqi kollecinin vokal şöbəsində, sonra isə Xarici Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb. Sonralar Lütfiyyə Səfərovanın teatra olan həvəsi onun taleyini ömürlük Musiqili Komediya Teatrına bağlayıb.Aktrisanın sənət kariyerası hələ 2-ci kursda oxuyarkən “Səndən mənə yar olmaz” musiqili komediyada oynadığı Təranə obrazı ilə başlayıb. Rəngarəng rollarla düz 44 il səhnəyə çıxıb. Son illərdə də maraqlı rolları ilə yadda qalıb. 2004-2005-ci...
04 Sentyabr 2026, 13:57
Tanınmış müğənninin toy tarixini açıqladı
Müğənni Nahidə Babaşlı toy tarixini açıqlayıb.Citypost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Nahidə Halim Baydudla 07.07.2027 tarixində toy edəcəyini bildirib.Qeyd edək ki, üç il əvvəl Serkan Küçükceylandan boşanan müğənni bu ilin iyulunda nişanlanıb. O, “Ay yüzlüm” mahnısı ilə Azərbaycanda və Türkiyədə məşhurlaşıb
04 Sentyabr 2026, 08:13
“100 dollar götürdük, çox utanırdım” - Xalq artistindən maraqlı etiraf
Xalq Artisti Emin Ağalarov şəxsi instaqram hesabında uşaqlıq illəri ilə bağlı hər kəsi təəccübləndirən etiraf edib.Citypost.az xəbər verir ki, sənətçi uzun illər vicdan əzabı çəkdiyi bir hadisəni izləyiciləri ilə bölüşərək, gənc yaşlarında atasının pulqabından xəbərsiz pul götürdüyünü bildirib.E. Ağalarov həmin anları bu sözlərlə xatırlayıb:“Bax beləcə xırda bir oğruya çevrildim... Hər zaman utanc hissi ilə xatırladığım bir hərəkətdir. Amma bir epizod var idi, bu yaxınlarda atama da bu haqda danışdım. O, həmişə işdən gələndə pulqabını girişdəki servantın üzərinə qoyardı. Həmin vaxt təxminən 15 yaşım olardı, uşaqlarla haradasa oturub vaxt keçirmək istəyirdik. Dostum mənə dedi ki, “ağlın olsun, orda pul çoxdur, hiss...
03 Sentyabr 2026, 22:02
Aktrisa seriallardakı eyni aktyor heyətindən narazılığını bildirdi
Əməkdar artist Elmira Kərimova Azərbaycanda çəkilən seriallarda eyni aktyor heyətindən istifadə olunmasını tənqid edib.Citypost.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə serial və film çəkən yaradıcı heyətlərə müraciət edərək onların peşəkarlığına və gördükləri işə sözünün olmadığını bildirib.Elmira Kərimovanın sözlərinə görə, əsas narazılığı müxtəlif seriallarda eyni aktyor truppasının və oxşar üslubun təkrar-təkrar istifadə olunması ilə bağlıdır.“Sözüm serial, dizi çəkənlərədir. Ustalıqlarına, işlərinə sözüm yoxdur. Amma nəyə görə eyni aktyor truppası ilə çalışırlar? Seriallar sanki bir-birinin eynisidir. Sanki yeni üzlərlə çalışmağa çəkinirlər. Təəssüf edirəm”,** – deyə Əməkdar artist qeyd edib.O, fikirlərinə nümunə olaraq Kənan MM-in “Çinar ömrü”, “Günahsız günahkarlar” və “Qayıdış”**...
03 Sentyabr 2026, 10:52