Yaponiyaya atılan atom bombasında gizli “etməni izi”
Siyasət 04 Sentyabr 2026, 15:45
3555
Yaponiyaya atılan atom bombasında gizli “etməni izi”
Amerika və Yaponiya, habelə Stalin və Trumen üz-üzə
Bəlkə də bu başlıq çoxlarına qəribə və gözlənilməz gələ bilər.
Amma və lakin...
Məsələ burasındadır ki, Türkiyə və SSRİ arasında zaman-zaman gizli və aşkar ziddiyyətlər mövcud olmuşdur. Bu konflikt 1945- ci ildən sonra özünün pik nöqtəsinə çatdı. Bəhanə də bu idi ki, guya türklər Qaradəniz, habelə Dardanel və Bosfor hövzəsində sərt rejim tətbiq etməkdədir. Bundan əlavə, Sovet rəhbərliyi yalana və şantaja əl ataraq Türkiyənin vaxtilə faşit İtaliyası ilə nasist Almaniyasına müəyyən məsələlərdə güzəştə getməsini iddia edirdi.
Müharibədə böyük itki versə də, müttəfiqlərinin köməyi sayəsində qalib kimi çıxan SSRİ və onun rəhbərliy Türkiyəni “qaralamışdı”.
Bu məsələdə daim Kremlin “siyasi çömçəsi” rolunda çıxış edən Mikoyanın da rolu az deyildi. İki dövlət arasında vəziyyətin get-gedə gərginləşməsindən istifadə edən ermənilər növbəti dəfə Türkiyəyə qarşı torpaq iddiası ilə çıxış etməyə başladılar.
Müharibə əsasən başa çatsa da ABŞ və SSRİ Yaponiya ilə hələ köhnə və təzə “haqq-hesabı” çürüdüb qurtara bilməmişdi. Bəli, həmin vaxt ABŞ yaponların əlindən çox “yığmışdı”. Çünki hələ 7 dekabr 1941-ci il tarixdə Yaponiya ABŞ-a qarşı elan olunmamış müharibəyə başlamış, onun Havaydakı hərbi-dəniz bazasına hücum etmişdi. Yaponların əsas məqsədi amerikanların dəniz donanmasını sıradan çıxarmaq idi.
Məsələ burasındadır ki, İkinci Dünya müharibəsinin əvvəlində ABŞ ilə Yaponiyaarasında başlayan savaş, müharibənin sonunda SSRİ ilə özünün yeni bir mərhələsinə daxil oldu. Amma bu savaş artıq sovetlər təfəfindən başlanmışdı.
Hə, indi gələk “erməni məsələsinə”.
Məhz həmin dövrdə yaranmış situasiyadan istifadə etməyə çalışan Ermənistan rəhbərliyi həyasızlıq edir, “tarixi sənədlər” hazırlayıb Kremlə göndərir, özlərinin heç vaxt malik olmadığları “doğma torpaqların” geri qaytarılmasını tələb edirdilər. Onlar dəfələrlə Sovet rəhbərliyinə müraciət edərək Bəyazit, Rizə, Trabzon və digər ərazilərin iddiaçısı kimi çıxış edirgilər. Elə gürcülərin də istəyi buna yaxın idi, onlar daha çox Gerasun ərazisinə göz dikmişdilər.
Vəziyyət gərginləşməkdə idi. SSRİ rəhbərliyi Zaqafqaziya ərazisinə əlavə qoşun birləşmələri yeritmişdi. Zaman o zaman idi ki, SSRİ-nin kommunist rəhbərliyi bütün dünyaya meydan oxuyurdu. Hələ bu azmış kimi, ruslar öz müttəfiqlərinə də dirsək göstərirdilər. Bütün bunlar öz yerində. ABŞ kəşfiyyatının aldığı məlumata görə, müharibədəki qələbədən hayıl-mayıl olan Sovet rəhbərləri Türkiyəyə hücum haqqında plan hazırlamaqda idi. Təbii ki, Amerika rusların bu “təşəxxüs və təkəbbürünü” qəbul edə bilməzdi. Nəsə etmək lazım idi.
Yaponiyanın və SSRİ-nin dünyaağalığı uğrunda aşkar və gizli savaşı yaxın və uzaq sahilləri təhdid edirdi. Artıq həmin dövrdə ABŞ alimi Culius Oppenheymer dünyada ilk atom bombasıni kəşf etmişdi. Məsələ burasında idi ki, həmin qorxunc silahın sxemlərini gənc amerikalı fizik, sovet kəşfiyyatının təsiri altına düşmüş kommunist əqidəli Emil Klaus Fuks artıq SSRİ-yə ötürmüşdü. Yəni ki, Sovet rəhbərliyi yeni silah barədə məlumatlı idi. Amma kommunist liderlər Amerikanın bu silahdan tezliklə istifadə edəcəyinə inanmırdı. ABŞ isə artıq qəti qərara gəlmişdi. Elə etmək lazım idi ki, tezliklə həm yaponların səsi kəsilsin, həm də rusların. Bunun üçün yeni kütləvi ölümcül silahdan istifadə etməyin məqamı yetişmişdi. Amma bombanı hara atmalı? Asiya qitəsinə nəzarət edən Yaponiyaya, yoxsa erməni fitvasına gedərək Türkiyəyə hücum etməyə hazırlaşan SSRİ-yə? İkinci variant inandırıcı deyildi. Axı ruslar dünənəcən Amerikanın müttəfiqi idi.
Və nəhayət, 6 avqust 1945-ci il tarixdə sübh tezdən Amerika bombardmançıları Yaponiyanın Xirosima şəhərinə, üç gün sonra isə Naqasakiyə atom bombası atdı. Təşəbbüsün müəllifi ABŞ-ın yeni seçilmiş prezidenti Harri Trümen idi. Nəticə isə tezliklə bütün dünyaya məlum oldu.
Sovet rəhbərliyi, o cümlədən Stalin şokda idi. Deyilənlərə inansaq, bu məşum hadisədən sarsılan Baş katib yaxın ətrafına deyibmiş ki, artıq türklərin yaxası əlimizdən çıxdı. Və tezliklə Türkiyəyə hücuma hazırlaşan qoşun hissələri əvvəlki mövqelərinə qayıtmalı oldu.
Dogrudur, dünyanı, xüsusən də Sovetlər İttifaqını lərzəyə salan atom fırtınasından sonra da Türkiyə-SSRİ münasibətində bir müddət gərginlik yaşandı. Belə ki, məlum hadisədən düz bir il sonra, 7 avqust 1946-cı il tarixdə SSRİ dövləti Türkiyəyə nota göndərdi. Amma tezliklə (16 avqustda) ABŞ hakimiyyəti təşəbbüsü əlinə aldı. Prezident Trümen SSRİ rəhbətliyinə Türkiyənin əvəzindən cavab verərək, vəziyyətin daha da gərginləşəcəyi yəqdirdə BMT-nin sərt tədbirlərə əl afacağını vurğuladı. Az sonra, avqustun 22-də Böyük Britaniya da Türkiyənin mənafeyini müdafiə etdiyini elan etdi.
SSRİ-nin geri çəkilməkdən savayı yolu qalmadı.
Həmçinin oxuyun
Firuz Mustafa
Əməkdar incəsənət xadimi
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ədalət Verdiyev Nəsrullahın öldürülməsini əks etdirən videonu şərh edib
Hərbi ekspert Ədalət Verdiyev İsrailin Baş naziri Benyamin Netanyahunun süni intellekt vasitəsilə hazırlanmış Həsən Nəsrullahın öldürülməsini əks etdirən videonu yayımlaması ilə bağlı fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, Ədalət Verdiyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Hərbi ekspertin sözlərinə görə, Netanyahu seçki kampaniyası çərçivəsində İran, SEPAH, HƏMAS və Hizbullahla bağlı bu cür çoxsaylı materiallar paylaşa bilər. O, yayımlanan videoların təkzib edilməsinin mümkün olmayacağını iddia edib.Ədalət Verdiyev paylaşımında yazıb:“Netanyahu süni intellekt vasitəsilə hazırlanmış Həsən Nəsrullahın öldürülməsi videosunu yayımlayıb. Video baş verənləri tam həcmdə əks etdirir.Seçki kampaniyası ilə bağlı Netanyahu İran, SEPAH, HƏMAS və Hizbullah ilə əlaqədar onlarla belə material paylaşa bilər.Kimsə də...
23 Oktyabr 2026, 08:43
ABŞ İrana yeni zərbə endirməyə hazırlaşır? – Ədalət Verdiyev AÇIQLADI
Hərbi ekspert Ədalət Verdiyev ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyata başlaya biləcəyi ilə bağlı fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, hərbi ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Ədalət Verdiyevin sözlərinə görə, Pentaqon yeni əməliyyata başlamaq üçün ABŞ Prezidenti Donald Trampdan icazə gözləyir və paralel olaraq qoşunları İran sərhədinə yaxınlaşdırır.Ekspert həftənin sonuna qədər İrana növbəti zərbənin endirilməsi ehtimalının böyük olduğunu bildirib.Turan
23 Oktyabr 2026, 08:27
Alqış Musayev: “Səfirliyimiz qarşısında aksiya keçirənlər Türkiyənin və Türkün düşmənidir!”
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Ankaradakı Azərbaycan səfirliyinin qarşısında aksiya keçirənlərə və aksiya keçirmək istəyənlərə münasibət bildirib.Citypost.az xəbər verir ki, Alqış Musayev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, paylaşımında Ankaradakı səfirliyimizin qarşısında aksiya keçirənləri və aksiya keçirmək istəyənləri Türkiyənin və türk xalqının düşməni adlandırıb.“Ankaradakı səfirliyimiz qarşısında aksiya keçirənlər və keçirmək istəyənlər Türkiyənin və Türkün düşmənidir!” – deyə Alqış Musayev yazıb.Turan...
23 Oktyabr 2026, 08:15
Məhəmməd Əsədullazadə: “Ölkəmizə qarşı ideoloji təsirlər müxtəlif formalarda həyata keçirilir”
Ölkəmizə qarşı ideoloji təsirlər müxtəlif istiqamətlər üzrə həyata keçirilir. Bu təsirlər dini və məzhəbsəl amillərlə yanaşı, təhsil və dil sahələrində də özünü göstərir.Citypost.az xəbər verir ki, bunu politoloq, Müasir Müsavat Partiyası (MCP) sədrinin müavini Məhəmməd Əsədullazadə sosial şəbəkə hesabında yazıb.Politoloq ölkəmizə qarşı yönələn ideoloji təsirlərin müxtəlif formalarda təzahür etdiyini vurğulayıb.“Ölkəmizə qarşı ideoloji təsirlər müxtəlif formalarda həyata keçirilir. Bu təsirlər həm dini və məzhəbsəl, həm də təhsil və dil baxımından özünü göstərir”, – deyə Məhəmməd Əsədullazadə qeyd edib....
23 Oktyabr 2026, 08:02
Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
22 oktyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Norveç Krallığı Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Norveç nümayəndə heyətinə isə bu ölkənin Xarici işlər Nazirliyinin dövlət katibi Eivind Vad Petersson rəhbərlik edib.Məsləhətləşmələr çərçivəsində Azərbaycan və Norveç arasında siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib və ikitərəfli dialoqun davamlılığının təmin olunmasının vacibliyi qeyd edilib.Məsləhətləşmələr çərçivəsində ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.Həmçinin müqavilə-hüquq bazasının...
22 Oktyabr 2026, 18:53
Elçin Əmirbəyov Aİ rəsmiləri ilə bir sıra mühüm məsələləri müzakirə edib
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa İttifaqının bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşüb.Citypost.az xəbər verir ki, Elçin Əmirbəyov Avropa Komissiyası Prezidentinin baş diplomatik müşaviri Saymon Mordü, Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri Ana Maria Bura, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Kaysa Ollongren, baş katibin müavini və siyasi direktor Olof Skuqla görüşlər keçirib.O, eyni zamanda, Avropa Komissiyasının genişlənmə və şərq qonşuluğu üzrə baş direktoru Gert Yan Kupman, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinin kabinet rəhbəri Vivian Lunella və Avropa İttifaqı Şurasının Siyasi...
22 Oktyabr 2026, 15:30