Bizə yazın

Baku

-°C

USD

-

Bəlkə də, keçmiş həyatımda elə məhz Sizif olmuşam - İlahə Səfərzadənin köşəsi

Söz adamı 04 Sentyabr 2026, 18:20

2993

Yenidən dünyaya gəlsəm, özümü hansı xüsusiyyətlərimdən tanıyardım? Bəlkə, keçmiş zamanlarda heç kimin fərqində olmadığı insanıydım? Bəlkə, sahildə tək gəzən hansısa qəmli adamın ahəstə hərəkətlə yerdən götürüb sonra əsəblə dənizə atdığı daşıydım? Ya da ola bilsin, uşaqların budaqlarına yelləncək qurub əyləndiyi ağac idim.

 Nə qəribədir, bir “mən”imiz olduğunu sanaraq özümüzü başqalarının bizi aldatdığından daha ustaca inandırırıq. Halbuki, təkcə film və roman xarakterlərinin gerçək bir kimliyi var. Çünki onlar yüz illər keçsə də eyni ruh və bədəndə qalacaqlar. Nə həyatdan getmirlər, nə də əziyyət çəkib yenidən gəlmirlər. Əbədi yaşam yerləri insanların şüurlarıdır. Təkcə onlar heç yerə tələsmir və sakitcə öz həyatlarını yaşayır. İnsanlarsa…

“Mən gizli bir xəzinə idim, bilinmək istədim və bunun üçün məxluqatı yaratdım” –deyən Tanrı belə bilinmək üçün məxluqata ehtiyac duyub. Bəs biz insanların “mənəm-mənəm”liyi kimlərin itirib axtarıb tapa bilmədiyi “mən”idir?

Yaşam maraqlı olduğu üçün doğuluruq, ölümdən qorxduğumuz üçün yaşayırıq, yaşamsızlıqdan bezdiyimiz üçün də ölürük. Yaşayarkən ölümdən qorxma haqqımız var, bəs doğulmadan yaşamdan qorxma haqqımızı kim alıb əlimizdən? -deyə mənasız üsyan edib tez də susuram.

Kamyu absurdizmi izah etmək üçün yunan mifologiyasındakı Sizifin hekayəsindən istifadə edir. Sizif nəhəng bir qayanı əbədi olaraq dağa daşımaqla lənətlənmiş bir obrazdır. Bununla belə, Kamyu Sizifin absurd vəziyyəti anladıqdan sonra da qayanı daşımağa davam etdiyini və bu mübarizədə məna tapa biləcəyini düşünür. Kamyu Sizifi “xoşbəxt insan” kimi təsvir edir. Çünki mənasızlıq qarşısında məğlub olmadı,  əksinə, ona meydan oxuyaraq yaşamağa davam etdi. Bu baxımdan faciə və mənasızlıq bir növ əyləncəyə çevrilə bilər. Çətinliklərdən zövq alarkən hərdən özümü Sizif kimi hiss edirəm. Bəlkə də, keçmiş həyatımda elə məhz Sizif olmuşam, - deyib öz düşüncələrimə gülürəm…

Müəllif:İlahə Səfərzadə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əkrəm Əylisli: “Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm...” 

“İndiki zamanədə zəng edib kiminsə əhvalını soruşmaq çox nadir hallarda olur. Artıq çoxdandır, heç kimlə danışmıram. Xeyli müsahibə istəyən var, heç kimə müsahibə vermirəm. İndiki zəmanədə susmaq daha əlverişlidir”.Citypost.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.O, “Adamlar və ağaclar” əsərinə görə mükafat alsa da, heç kimin onunla maraqlanmamasından da gileylənib: “O boyda Avropa mükafatı aldım, heç zəng edib təbrik də etmədilər. “Adamlar və ağaclar” əsərim Avropada birinci yerə çıxdı. Heç maraqlanan olmadı. Bu barədə nə yazdılar? Heç nə. Mənim üçün vacib olan belə şeylərdir. Başqa məsələlərə qarışmaq istəmirəm".Ə.Əylisli tədbirlərə dəvət alıb-almaması, hazırda hansı əsəri yazması barədə...

09 Oktyabr 2026, 14:07

İZMİRİ GƏZƏRKƏN  

Bu nə sevgidi, ilahi,süzülüb axır üzümə.Baxışlardan leysan kimitökülüb yağır üzümə.Göydən gələn nur selimi,Tanrı dağının yelimi,Ya mən ağılda dəlimi?!.fərəhi sıxır üzümə.Gülə sancılan arıtək,ulu ruhların yarıtək,Min ilin tanışlarıtək-daş-divar baxır üzümə...Mən düşünən kimi bu yer,ləhcə şirin,söhbət şeir.Osmanlı torpağı deyir-duyduğun çıxır üzünə.                                  (Mövlanə məhəlləsi)     Avdı Qoşqar

07 Oktyabr 2026, 17:06

Mərd kişilər millət üçün ƏFƏNDİ! - Əmir Pəhləvanın YAZISI 

Rüstəm Behrudi 1957-ci ildə Ordubad rayonunun Behrud kəndində anadan olmuşdur. 1979-1984-cü illərdə Ordubad rayonundakı Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlamışdır. Kələki və Unus kəndlərində işlədikdən sonra Ordubadda muzeydə elmi şuranın üzvü kimi çalışmışdır.Rüstəm Behrudi 1984-cü ildə Bakıya gəlmiş, 1986-1990-cı illərdə "Yazıçı" bədii ədəbiyyat nəşriyyatında fəhlə, korrektor, kiçik redaktor, poeziya redaksiyasının redaktoru vəzifələrində çalışmışdır. Həmçinin şair bir müddət Sabir Rüstəmxanlının rəhbərliyi ilə nəşr edilən "Azərbaycan" qəzetində redaksiya müdiri kimi fəaliyyət göstərmişdir. Fikir və düşüncələrinə görə sovetlər dönəmində təqib olunmuş, habelə həbsdə yatmışdır.O, ilk şeirini orta məktəbdə yazıb. Behrudinin şeirləri "Azərbaycan", "Araz" almanaxlarında mütəmadi olaraq çap...

06 Oktyabr 2026, 12:46

Baş açmadım səndən, dünya!  

Həm sevincsən, həm də kədər,Baş açmadım səndən, dünya!Hər şey yalan, hər şey hədər,Baş açmadım səndən, dünya!Nadürüstə cənnət oldun,Dərd qanana zülmət oldun,Qüssə oldun, zillət oldun,Baş açmadım səndən, dünya!Kimə yasdır, kimə toydur,Dərd verməkdən görən doydun?! Çoxlarını naçar qoydun,Baş açmadım səndən, dünya!Nizam saxta, düzüm saxta,Ümid qalıb təkcə baxta.Vəzir sarsaq, şahı axta,Baş açmadım səndən, dünya!Fayda gördü səndən namərd,Çox adama dərd verdin, dərd! Bir üzün şən, bir üzün sərt,Baş açmadım səndən, dünya!Nadana verdin taxt-tacı,Gah şirinsən, gah da acı.Dərd var ki, yoxdur əlacı,Baş açmadım səndən, dünya! 26.09.2026Camal Zeynaloğlu...

06 Oktyabr 2026, 11:31

Poetik peyzajlar ustası - Asif Rüstəmli yazır... 

Azərbaycanın sevilən nəğməkar şairi, Əməkdar mədəniyyət işçisi Zeynal Cabbarzadə lirik peyzajları, poetik miniatürləri, vətəni tərənnüm edən şərqiləri ilə Vurğun ədəbi məktəbinin müqtədir müdavimi olduğunu təsdiqləmiş, yaddaşlarda yaşatmışdır. Onun şeirlərindəki dil-üslub cazibədarlığı, poetik düşüncələrin harmoniyası, axıcılıq, ahəngdarlıq, metaforik bənzərsizlik xalq poeziyası ənənələrindən bəhrələnməklə çağdaş ədəbiyyatımıza yeni naxışlar, cizgilər, çalarlar bəxş etmişdir.Zeynal Cabbarzadə 31 dekabr 1920-ci ildə Bakı şəhərinin Bilgəh qəsəbəsində, balıqçı Əliabbas kişinin ailəsində dünyaya göz açmışdır. Onun uşaqlıq və gənclik illəri Sovet rejiminin iqtisadi böhran, tənəzzül, xaos, siyasi repressiyalar dövrünə təsadüf etmişdir. Gənc Zeynal doğma kəndində orta məktəbi bitirdikdən sonra 1934-1937-ci illərdə fəhlə fakültəsində oxumuş, 1937-1941-ci illərdə isə ADPU-nun (keçmiş...

05 Oktyabr 2026, 14:59

Bu səhər şəhər də birbaşqa idi

Bu səhər şəhər də birbaşqa idi. Havanın havasın köksünə sıxıb, Biraz kövrək, biraz qəmli gözlərlə Nəmli göylərə boylanırdı.Buludlar da ağlamaq üçün bəhanə axtarırdı sanki. Yağışdan islanmış insanlar Küçələrə səpələnmişdi.Mən də axına qoşulub, Sel dənizində itmək, yox olmaq istəyirdim. Bəlkə də sevmək istəyirdim yağışı. Akasiyalar da çiçəkləyib, Sevgi qoxuyur şəhərin küçələri.Biraz buludlarla dərdləşmək istədim. Mən kövrəldim, o ağladı. Sıxdıq kipriklərimizi, Göz yaşımız sel olana kimi. Küçə aşağı axan sulara qarışdıq.Tanrım, boğuldum sərçələrin əyləndiyi gölməçələrdə.Yanağımda özünə yol açan qoşa damlalarqovuşacağı məkana çatmaq üçün nədənsə tələsdilər üzüaşağı axan sular kimi.Sevinclə kədər arasında körpüyə çevrildilər.İstədim əl atıb tutam yağışın əlindən.Yaş idi deyə sürüşüb düşdü ovcumdan.Qarışdı göllənən, sellənən sulara.Torpağa qovuşmaq üçün özünü göy üzündən Yerə atıb intihar etdi damlalar.Ramidə Yaqubqızı....

05 Oktyabr 2026, 10:32