Bizə yazın

Baku

-°C

USD

-

Əsrlərin yuxusunu dağıdan Mübariz

Cəmiyyət 05 Sentyabr 2026, 11:55

315

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır.

 Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət “İnter Sekyuriti” MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

2010-cu il iyunun 18-də gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Sən Antey gücündə çıxdın döyüşə,

Şimşək kimi göydən çaxdın döyüşə,

Sən sel oldun, qəfil axdın döyüşə,

Canlı əfsanəsən, ey türk Mübariz!

Manqurtlaşan düşüncəni ayıltdın, 

Zədələnmiş beyinləri sağaltdın,

Qara olmuş üzümüzü ağartdın,

Canlı əfsanəsən, ey türk Mübariz!

Sən qisasın, intiqamın odusan,

Tək canınla döyşən bir ordusan,

Sən aslan parçası, aslan adısan,

Canlı əfsanəsən, ey türk Mübariz!

Əsrlərin yuxusunu dağıtdın,

Canımızdan qorxusunu dağıtdın,

Şeytanların qurğusunu dağıtdın,

Canlı əfsanəsən, ey türk Mübariz!

Sən vətənin borc haqqına sahibsən,

Əqidənlə hürufisən, zahidsən,

Sübut etdin sən əbədi qalibsən,

Canlı əfsanəsən, ey türk Mübariz!

Vətən boyda vətən gücü daşıdın,

Bayrağa and içdi bütün yaşıdın,

Şəhidlik yolunda cənnət yaşadın,

Canlı əfsanəsən, ey türk Mübariz!

Əmir Pəhləvan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir

Azərbaycanlı jurnalist Surxay Atakişiyevin qızının ABŞ Ordusunda xidmət etdiyi məlum olub.Citypost.az  xəbər verir ki, bu barədə Surxay Atakişiyev sosial şəbəkə hesabında paylaşım edib.Amerikaya övladları ilə görüşə gedən həmkarımız bildirib ki, qızı Kəmalə ABŞ Hərbi-Hava Qüvvələrinin hərbi hissələrindən birində çalışır.O, qızının hərbi formada çəkilmiş fotosunu da paylaşıb.Surxay Atakişiyevin sözlərinə görə, qızı Kəmalə Atakişiyeva ABŞ ordusunda informasiya-kommunikasiya texnologiyaları (İKT) mütəxəssisi kimi xidmət edir.Jurnalist onu da əlavə edib ki, oğlu Sübhan Atakişiyev də Azərbaycandan kənarda yaşayır. O, Sübhanın Kanadada süni intellekt mütəxəssisi kimi çalışdığını qeyd edib.Surxay Atakişiyev əvvəllər AzTV-də çalışıb. Hazirda Bizim.media saytının əməkdaşıdır. (Modern.az)...

05 Sentyabr 2026, 11:47

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.Citypost.az  xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət, çəkisi 138 ton olan taxta Böyük Kəsik istiqamətinə göndəriləcək.Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta göndərilib....

05 Sentyabr 2026, 11:38

Erməni məhbuslarla bağlı iddialara Ombudsmandan REAKSİYA

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili sentyabrın 4-də Ermənistanda keçirilmiş mətbuat konfransında törətmiş olduqları cinayətlərə görə məhkum olunmuş erməni əsilli şəxslərin Azərbaycanda dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, onların üzərində işgəncə törədilməsi, xristian dini simvollarının məhv edilməsi, "İncil"dən istifadəyə imkan verilməməsi və "Quran" oxumağa məcbur edilməsi barədə səsləndirilmiş iddiaları əsassız və qərəzli hesab edir və aparılan sülh danışıqlarının pozulmasına yönəlik bir cəhd kimi qiymətləndirir".APA xəbər verir ki, bu barədə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistan hüquq müdafiəçisinin səsləndirdiyi iddialara cavab olaraq bildirib.Qeyd olunub ki, heç bir etibarlı sübut təqdim edilmədən belə ağır ittihamların fakt kimi ictimaiyyətə təqdim olunması insan hüquqlarının müdafiəsi...

05 Sentyabr 2026, 10:45

Kənan Məmmədovun 80 illik yubileyi keçirilib 

Azərbaycan Dövlət Film Fondunda 4 sentyabr 2026-cı ildə Əməkdar incəsənət xadimi, görkəmli kinooperator Kənan Məmmədovun 80 illik yubileyi keçirilib.Yubileydə tanınmış mədəniyyət və incəsənət xadimlərindən Aydın Kazımzadə, Cəmil Quliyev, Şəfiqə Məmmədova, Cavanşır Quliyev və b. yubliyarın həyat və fəaliyyətilə bağlı fikirlərini bölüşüblər.Qeyd etmək lazımdır kı, K.Məmmədovun ,,Ad günü,, , ,,Fəryad,, , ,,Q.Qarayev --- 60,, , ,,Otel otağı,, , ,,Təhminə,, və bir çox digər bədii və sənədli filmlərin araya-ərsəyə gəlməsində böyük rolu var....

05 Sentyabr 2026, 10:31

Şükufə Yusupovanın son vəziyyəti açıqlanıb

Xalq artisti Şükufə Yusupova avqustun 21-də “İçərişəhər” metrostansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.Piyada keçidindən keçən zaman avtomobil tərəfindən vurulan sənətçi Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Müayinələr zamanı ona çanaq və qabırğa sınıqları diaqnozu qoyulub. Daha sonra, avqustun 24-də ailə üzvlərinin müraciəti əsasında Yeni Klinikaya təxliyə olunub.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, aktrisanın müalicəsi müvafiq şöbədə davam etdirilir.Qeyd olunub ki, hazırda onun vəziyyəti stabil qiymətləndirilir....

05 Sentyabr 2026, 10:00

Həmzə Sadıqov! Ermənilərin Sovet İttifaqı Qəhramanı almasına mane olduğu KƏŞFİYYATÇI! 

Hitlerin ən sevimli generallarından biri olan, qəddarlıqda ad qazanmış general-leytenant Karl Fon Rodenburqu əsir götürmüş. "Həmzə Baba" və “Sadıqşvali” adları ilə məhşur olan hərbiçi Həmzə Cümşüd oğlu Sadıqov 1915-ci il oktyabrın 7-də Şuşada anadan olub. Kiyev Artilleriya Məktəbində təhsil alıb və İkinci Dünya müharibəsində ön cəbhədə kəşfiyyatçı kimi fəaliyyət göstərib. Müharibənin gedişatını dəyişən Stalinqrad döyüşlərində Həmzə Sadıqov da misilsiz igidlik göstərib. 1941-ci ildə Stalinqradda müsəlman məscidinin, yəhudi sinaqoqunun, iki xristian kilsəsinin faşistlərdən təmizlənməsində yaxından iştirak edib. 1942-ci ilin sonlarında bu şəhərdə yerləşən hərbi əsir düşərgəsindəki yəhudi ailələrini ölümün pəncəsindən qurtarıb.Hakimiyyətdə olan ermənilər və onlara yaxın generalları mühüm hərbi uğurların...

05 Sentyabr 2026, 09:55