Si Cinpin Pezeşkiyana niyə xüsusi diqqət ayırmadi? Heydər Oğuz səbəbləri AÇIQLADI
Siyasət 03 Sentyabr 2026, 11:34
268
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek sammitinin ən gözləniləməz və diqqətdən yayınan hadisəsi Çin Prezidenti Si Cinpinlə İran Prezidenti Məsud Pezeşkiyan arasında keçirilən bir neçə dəqiqəlik görüş olub. İran mediasının iddiasına görə, bu “xala xətrin qalmasın” görüşdə iki lider ölkələri arasında A-dan Z-yə qədər bir çox məsələləri müzakirə ediblər. Çin və Qərb mediası isə başqa şeylər deyir.
Çinin rəsmi media orqanları Si Cinpinin digər liderlərlə görüşünə uzun-uzadı yer versələr də Pezeşkiyanla mütəvazi görüş barədə heç nə yazmayıblar.
Qərb media orqanları isə etibarlı mənbələrinə istinad edərək bildiriblər ki, İran tərəfi əslində Si Cinpinlə geniş formatlı görüş keçirmək barədə düşünürmişlər. Amma Si Cinpin buna ehtiyac görməyib və Peşekiyanla atüstü salamlaşmağa üstünlük verib.
Ekspertlər Cinpinin bu “yekəxanalığının” səbəbini bir neçə amillə əlaqələndirirlər:
1. Si Cinpin Pezeşkiyanın İranın həqiqi iradəsini nə qədər təmsil etdiyini bilmədiyindən onunla görüşə də əhəmiyyət verməyib;
2. Bişkekdən sonra ABŞ-a getməyi planlaşdıran Cinpin Trampın xətrinə dəyməmək üçün onun düşmən elan etdiyi İrandan bacardığı qədər uzaq dayanmağa çalışır;
3. Si Cinpin dəfələrlə İran tərəfinə Hörmüz boğazının bağlanmasının Çin iqtisadiyyatına ciddi zərər vurduğunu bildirib və boğazın dərhal açılmasını tələb edib. SEPAH isə bu tələbləri qulaqardına vurub. Cinpin də bütün İran rəsmilərini iqnor edib;
4. Çin prezidenti bu tövrü ilə İrana və bütün yeni müttəfiqlərinə “mən sizin üçün özümü oda atmaq fikrində deyiləm” mesajını verib;
5. İranın ABŞ və İsrail əvəzinə digər körfəz ölkələrini bombalaması Çin tərəfindən də başa düşülmür və Si Cinpin bu anlamsız müharibədə İranın yanında görünmək istəmir. Məntiqlə haqsız da deyil. Çin dünyanın düz vaxtında belə İrandan gündə 1.3-1.4 milyon barrel neft alırdı. Təkcə Səudiyyə Ərəbistanından idxal etdiyi neft isə gündəlik 1.5-1.8 milyon barrel idi. Başqa sözlə, Çinin körfəzdə əsas ticarət ortağı İran yox, Səudiyyə Ərəbistanıdır. Belə olan halda, Çinpinin Pezeşkiyanla xüsusi görüşməsi Məhəmməd Bin Salmanın da açığına gedə bilərdi.
Qısası, İran, düşünüldüyü kimi, Çin tərəfindən də ciddi şəkildə dəstəklənmir. ABŞ ona daha yaxşı təkliflər versə, Çin İranı böyrü üstə uzadıb rahatlıqla əks tərəfə keçər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Baş redaktor: İlham Əliyevi həmkarlarından heç kimlə müqayisə etmək olmaz
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti və liderlik keyfiyyətləri onun həmkarlarından fərqləndirən əsas xüsusiyyətlərdəndir.Bu barədə Yeni Azərbaycan qəzetinin baş redaktoru, Əməkdar jurnalist Alqış Musayev sosial şəbəkə hesabında paylaşım edib.Alqış Musayev bildirib ki, İlham Əliyevi digər dövlət başçıları ilə müqayisə etmək mümkün deyil.“İlham Əliyevi öz həmkarlarından kimlə müqayisə etmək olar? Heç kimlə! Onun fəaliyyəti rəsmi statusunun hüdudlarına sığmır. O, Böyük Liderdir”,** – deyə jurnalist qeyd edib.Əməkdar jurnalist paylaşımında “Böyük Lider” anlayışına da toxunaraq bildirib ki, əsl liderin özünəməxsus hekayəsi və keçdiyi yol olur.Onun sözlərinə görə, müasir dövrdə özünəməxsus siyasi hekayəsi olan dövlət rəhbərlərinə demək olar ki, rast gəlinmir. Bu baxımdan İlham...
03 Sentyabr 2026, 10:40
Alqış Musayev: Paşinyanın İlham Əliyev və Putinlə davranışı fərqlidir
Ermənistanın baş naziri Nikol Paşinyanın müxtəlif dövlət liderləri ilə görüşlər zamanı sərgilədiyi davranış diqqət çəkir.Bu barədə Yeni Azərbaycan qəzetinin baş redaktoru, Əməkdar jurnalist Alqış Musayev sosial şəbəkə hesabında paylaşım edib.Alqış Musayev bildirib ki, bu fərq növbəti dəfə Bişkəkdə keçirilən görüşlər zamanı özünü açıq şəkildə göstərib.Onun sözlərinə görə, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərkən daha təmkinli və ehtiyatlı davranır, özünü yığışdırmağa çalışır. Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərində isə Ermənistan baş nazirinin tamamilə fərqli davranış nümayiş etdirdiyini qeyd edən baş redaktor Paşinyanın daha sərt və iddialı mövqe sərgilədiyini vurğulayıb.Alqış Musayev paylaşımında bunun səbəbini də belə izah edib:“Paşinyan bilir ki, İlham Əliyevin dediklərinə...
03 Sentyabr 2026, 10:31
Heydər Oğuz: Çin-Qırğızıstan “əbədi dostluğu” mübahisə doğurur
Son zamanlar beynəlxalq münasibətlərdə yeni bir ifadə – “əbədi dostluq” termini daha çox işlədilməyə başlanıb.Citypost.az xəbər verir ki, bu sözləri Jurnalist Heydər Oğuz sosial şəbəkədə paylaşdığı fikirlərdə Azərbaycanla Özbəkistan arasında bağlanan “əbədi dostluq” xarakterli müqavilələrin müəyyən mənada başadüşülən olduğunu bildirib.Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan xalqları tarixi, etnik və mədəni baxımdan bir-birinə bağlı olan qardaş xalqlardır və bu münasibətlərin uzunmüddətli olması təbii qarşılanmalıdır.Lakin jurnalist Çin və Qırğızıstan arasında imzalanan “Əbədi Qonşuluq və Dostluq Müqaviləsi”nə diqqət çəkərək, bu ifadənin tarixi münasibətlər fonunda mübahisəli göründüyünü qeyd edib.Heydər Oğuz bildirib ki, tarix boyu Çin və Mərkəzi Asiya xalqları arasında müxtəlif qarşıdurmalar və müharibələr...
03 Sentyabr 2026, 10:16
Ceyhun Məmmədov: Azərbaycan yeni reallıq yaradır
Dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, beynəlxalq təhlükəsizlik mexanizmlərinin ciddi sınaqlardan keçdiyi bir vaxtda Prezident İlham Əliyevin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakı Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birini nümayiş etdirir.Səfəri yalnız beynəlxalq tədbirdə iştirak kimi qiymətləndirmək düzgün olmaz. Azərbaycan son illərdə müxtəlif siyasi və iqtisadi platformalarda fəallığını artıraraq dəyişən dünya nizamında öz mövqeyini möhkəmləndirir. ŞƏT də bu baxımdan ölkəmiz üçün mühüm əməkdaşlıq imkanları yaradan platformalardan biridir.Sammit çərçivəsində keçirilən görüşlər Azərbaycanın həm regional, həm də daha geniş Avrasiya gündəliyində fəal iştirak etdiyini göstərdi. Ermənistan, Türkiyə, İran, Qırğızıstan və digər ölkələrin rəhbərləri ilə aparılan müzakirələr siyasi dialoqla yanaşı, iqtisadi, nəqliyyat və...
02 Sentyabr 2026, 10:30
Xəqani Cəfərli: Hindistanla strateji tərəfdaşlıq vacibdir
Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində Bişkekdə Hindistanın Baş naziri Narendra Modi ilə görüşünü zamanında atılmış addım hesab edirəm. Hindistanla münasibətlərin yenidən dəyərləndirilməsinin zəruriliyi haqqında son bir ildə youtebe çıxışlarımda, facebook yazılarımda və ictimai müzakirələrdə dəfələrlə fikir ifadə etmişəm. Citypost.az xəbər verir ki, bu sözləri politoloq Xəqani Cəfərli bildirib.Politoloq əlavə edib ki, Dünyanın böyüyən iqtisadi gücü, yeni texnologiyalar sahəsində öncül dövlətlərdən və “Pax Silka”-nın qurucularından biri olan Hindistanla soyuq münasibətlərin Azərbaycana zərər verdiyinə əmindim. Hindistanla münasibətlər strateji tərəfdaşlığa çevrilə bilər və qənaətimcə çevrilməlidir. Duyğusal topluma bunu izah etmək çətin olsa da, bir daha cəhd edəcəm. Siyasətlə ədəbiyyatın fərqi...
02 Sentyabr 2026, 10:03
Deputat: Azərbaycan Avrasiyanın əsas bağlantı mərkəzinə çevrilir
Avrasiya məkanında dövlətlərin çəkisi artıq yalnız iqtisadi imkanlar, hərbi potensial və təbii sərvətlərlə ölçülmür. Böyük bazarları, nəqliyyat xətlərini, enerji şəbəkələrini və təhlükəsizlik gündəliklərini birləşdirmək qabiliyyəti müasir gücün ayrıca meyarına çevrilib. 2001-ci ildə regional etimad və təhlükəsizlik platforması kimi yaradılan Şanxay Əməkdaşlıq Təşkilatının təkamülü də bu dəyişimi əks etdirir. Təşkilatın 25 illiyinə həsr olunan Bişkek sammiti təhlükəsizlikdən logistika, enerji, rəqəmsallaşma, süni intellekt və yaşıl inkişafadək uzanan yeni əməkdaşlıq arxitekturasını müəyyənləşdirdi. Azərbaycan üçün sammitin başlıca mənası ölkəmizin formalaşdırdığı siyasi və geoiqtisadi reallıqların geniş Avrasiya məkanına təqdim olunmasıdır.Bunu CityPost.az-a açıqlamasında millət vəkili millət vəkili Rövşən Muradov bildirib.Rövşən Muradovun sözlərinə görə, Azərbaycanın ŞƏT-lə münasibətləri...
02 Sentyabr 2026, 10:01