Mikayıl Müşfiqin üzünə durubmuş...
Cəmiyyət 04 Sentyabr 2026, 13:35
272
Azərbaycan Yazıçılar Birliyinin sədri olmuş, yazıçı, tərcüməçi Seyfulla Şamilovu, ədəbiyyat tarixində təkcə ədəbi fəaliyyəti yox, həm də çirkin siyasi fəaliyyətinə görə xatırlamaq lazımdır.
Lap daha dəqiq, Mikayıl Müşfiqin ölümünə görə.
Repressiya dövründə sürgün belə edilən Seyfulla Şamilov, “Leninin pedaqoji üsulları", “Dördüncü il", Laçın", ”Nigarın məcarası" kimi kitabların da müəllifidir.
Ancaq tarix onun kitablarını ədəbiyyat olaraq xatırlamır.
Maraqlıdır, bəs o, eyni zamanda həm də hansı siyasi çirkin əməllərə sahib olub?
Konkret desək, o, Mikayıl Müşfiqin əleyhinə ən kəskin və birbaşa ifadə verən şəxslərdən biridir.
Daha dəqiq, Seyfulla Şamilov birbaşa olaraq NKVD-yə verdiyi ifadədə Müşfiqi "əksinqilabi müsavatçı gənclər təşkilatının üzvü" olmaqda ittiham edib.
Başqa sözlə desək, üzünə durub.
Bəli, 29 yaşında öldürülən gənc Müşfiqin batırılmış qanında onun qələm tutan əlləri var.
Bəs o bunu edəndə nələrə əl atırdı?
Əlbəttə, gülünc və bir o qədər də iyrənc yollara.
Təsəvvür edin, Seyfulla Şamilov Müşfiqə qara yaxmaq üçün əsərini nəzərdə tutaraq demişdi:
“Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quşla maraqlanır, ancaq bizim sovet quruluşu ilə maraqlanmır?! Bizim sovet qəhrəmanları ilə maraqlanmır?! Bax, bu Səməndər sizin fikrinizə haradan gəlib?! Sən bu gün sovet ədəbiyyatını ifşa etməyə çalışmırsansa, bəs bu Səməndəri nə üçün yazmısan, kim səni məcbur etmişdir ki, bunu yazasan?”.
Bəli, etməyə düzəməlli bir ittiham tapa bilməyən Seyfulla Şamilov, özünü həm də tarix qarşısında bu qədər güldürməyi bacarmışdı.
Üstəlik, bu proses zamanı, yəni daha desək, Müşfiqin konkret olaraq həbs motivində başqa məsələ də var idi.
Belə ki, Mikayıl Müşfiq Məmməd Rahim, Mehdi Seyidzadə, AYB sədri Seyfulla Şamilov və şair Mikayıl Rzaquliyevlə “Azərnəşr”in binasında olan zaman etdiyi bir hərəkət və sözə görə ölümə məhkum edilir.
Məsələ bu idi ki, Mikayıl Müşfiq bu adamları “Azərnəşr”in binasında oturub söhbət edən zaman Stalinə şeirlər və mədhiyyələr dediklərini görüb.
Mənzərəyə ironik yanaşan Müşfiq, ayağa qalxaraq Stalinin heykəlinə yaxınlaşır və onun başına vuraraq “bir gün sənin də boğazına zəncir keçirib bu heykəlini ayaqlar altına atacaqlar” deyib.
Onlar isə bunu görən kimi oradan uzaqlaşaraq NKVD-yə gediblər.
Vaxt itirmədən sə teleqram vururlar ki, bəs Mikayıl Müşfiq Stalini təhqir etdi, tədbir görün.
Beləcə, onlar bu idbarlıq, çirkinlik, üzədurmaq və adam satmaqla gənc bir şairin ölümünə imza atırlar.
Zaman Dövr
Mikayıl Müşfiqin “Stalin” əsəri (əsasən poema/şeir kimi xatırlanır) 1936-cı il fevralın 2-də “Kommunist” qəzetində dərc edilmişdir. Dövriyyədə “Stalin poeması” olaraq tanınan bu əsər, sovet dövrünün siyasi tələblərinə və dövrün ideologiyasına uyğun olaraq yazılmış, İosif Stalinin xilaskar lider kimi tərənnüm edildiyi əsərlərdən biridir
Əsərdə liderin rolu aşağıdakı kimi təqdim olunur:
Tarixi rol: Leninlə eyni sırada qəhrəman və bəşəriyyətin xilaskarı kimi qeyd olunur.
Abidə və tərif: Poemanın sonlarına doğru şair Stalinin şərəfinə “Tikdim sənin də şanlı abidəni, söz vətənində!” misraları ilə ona olan məhəbbətini ifadə edir.
Ədəbi irs: Əsər məzmun etibarilə sosializm quruculuğunun və İosif Stalinin şəxsiyyətinə pərəstişin ədəbiyyatdakı nümunələrindən hesab olunur.
Müşfiq yaradıcılığının bütün qəliblərinə və bu kimi tərifnamələrinə baxmayaraq, o, Stalin repressiyalarının qurbanı olmuş, 5 yanvar 1938-ci il tarixli qısa məhkəmə qərarı ilə güllələnmişdir. Əsərin mətni və tarixi təhlili ilə bağlı ətraflı məlumat üçün Milli Kitabxana sənədinə baxa bilərsiniz
Yenə başımdakı bu sevda nədir?
Qəlbimi oynadan bu xülya nədir?
Gənclik dedikləri yaz otağında
Bu rəng, bu rayihə, bu ziya nədir?
Bir parça köksümdə bu qoca dünya,
Bir ovuc qəlbimdə bu dərya nədir?
Nədir bu təntənə, nədir bu vüs’ət,
Bu göy, bu ildırım, bu zəka nədir?
Bütün düşüncəmi alt-üst eyləyən
Günəşin varisi bu düha nədir?
Varlığım ərimiş həsrət içində,
Heyrət içindəyəm, heyrət içində!
Deyil söylədiyim sadə bir nağıl,
Ey könül, getdiyin uyqudan ayıl.
Gözəl mənzərəli bir dərə kimi,
Ey dəftərim, açıl, ey sinəm, açıl.
Canlansın qarşımda bir vücud kimi
Hər dalğa, hər bulud, hər daş, hər çaqıl.
Əlindən düşərək xırpalar səni,
Girişdiyin işə, şair, nəzər qıl.
Xeyir, söz mənimdir, ilham mənimdir,
Yardıma qoş, könül, dadə gəl, ağıl!
Sayılsın ya bu gün, ya gələcəkdə
Mənim də qalmasın sözüm ürəkdə.
Ey dünya, dəyişən günlərimizdə,
İçi şən, çölü şən günlərimizdə;
Neva, Volqa kimi, Dnepr kimi
Kür kimi kükrəşən günlərimizdə;
Böyük arzulara, böyük divlərə
Qorxmayıb girişən günlərimizdə;
Bir nəhəng şairin ilhamı kimi
Öz yoluna düşən günlərimizdə;
Bəşərin sevgisi, baxtı yolunda
Yarışıb, döyüşən günlərimizdə
Nə qədər vurmuşsa qəlbi bir elin,
O qəlbin adına derlər: Stalin!
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Süni intellekt Sevda Ələkbərzadəni əvəz edə bilərmi? - RƏŞAD MƏCİD YAZIR
Sevimli müğənnimiz, Əməkdar artist Sevda Ələkbərzadənin süni intellektlə bağlı narahatlıq doğuran fikirlərini sosial mediadan oxudum.Sevda xanım yazır: “Hara gedirsən, hər yerdə robot (süni intellekt )oxuyur, bezdim vallah…”Sevda Ələkbərzadə qeyri-adi səsi, özünəməxsus tembri, məşhur mahnıları fərqli improvizələrlə təqdim etməsi və fərqli ifa tərzi ilə hər zaman sevilib, böyük rəğbət qazanıb. Onun səsi insan ruhunun ən incə tellərinə toxunan, duyğuları riqqətə gətirən nadir səslərdəndir.Mən əminəm ki, heç bir süni intellekt onun əfsunkar səsini, sənətkarlığını və ifa ruhunu əvəz edə bilməz. Bu mənada belə əvəzolunmaz səs sahibinin zövqləri primitivləşdirən, bayağılıq aşılayan süni intellekt ifalarından narahatlıq keçirməsi düşündürücüdür.Ola bilər, Sevda xanımın fikirləri ilk baxışda...
04 Sentyabr 2026, 13:51
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakının Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.Bu barədə Citypost.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, qeyd olunan ərazidə aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq və həmin müddət ərzində DYP əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar tənzimləmə işləri həyata keçiriləcək."Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını yaranacaq müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa və yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilmiş qaydalara riayət etməyə çağırır", - məlumatda qeyd olunub....
04 Sentyabr 2026, 13:41
YAŞAYIR — Rafiq Yusifoğlunun şeiri
YAŞAYIRYarpaqları tökülsə də,Bu arsız budaq yaşayır.Heyva həsrətdən saralıb,Bağban köçüb, bağ yaşayır!Unut, oğulsansa, unut!Yaralı qəlbimi ovut!Gözümüzdə qara bulud, Saçımızda ağ yaşayır.Həsrətdən şam tək əridim,Üstümə duman yeridi,Sevirsə, insan diridi, Yanırsa, ocaq yaşayır...Başımızda şimşək çaxıb,Gözümüzdən sellər axıb,Dağlardan əlimiz çıxıb, Qəlbimizdə dağ yaşayır...Rafiq Yusifoglu
04 Sentyabr 2026, 13:28
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq.Citypost.az xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrası məlumat yayıb.Bildirilib ki, həmin an "payız bərabərliyi" adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam olaraq 12 saat olmur və gecədən bir qədər artıq olur. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.2026-cı...
04 Sentyabr 2026, 13:06
Həsən Rəhmanovu, o “sənəd cəlladı”nı tanıyırıqmı?
Görünən odur ki, bu gün repressiya illəri xatırlananda yada daha çox yazıçılar, şairlər, yəni məsələn, Əhməd Cavadlar, Mikayıl Müşfiqlər, Hüseyn Cavidlər, bir sözlə, ümumən ziyalı kəsim düşür. Əlbəttə, məlum, o qanlı repressiya illərində minlərlə ziyalımız amansızcasına öldürüldü, özlərinə, ailələrinə divan tutuldu.Bütün bunlar sistemin tələbi olmaqla yanaşı, artıq bir yerdən sonra bu prosesin içində olanların da sevimli məşğulliyyətinə çevrilmişdi. Bəs yaxşı, bu proseslərdə həm də rolu, qolu, ruhu olan Həsən Rəhmanovu, o “sənəd cəlladı”nı tanıyırıqmı?O Həsən Rəhmanov ki, sovet repressiyaları tarixində adı Azərbaycan ziyalılarına qarşı həyata keçirilən amansız təqiblərlə bağlı çəkilən şəxslərdən biridir. Əlbəttə, kimlərsə deyə bilər ki, bütün qərarlar yuxarıdan gəlirdi. Doğrudan da,...
04 Sentyabr 2026, 12:50
Binəqədidə yol hərəkəti dəyişir – YENİ QAYDALAR
Hazırda Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində, xüsusilə günün pik saatlarında nəqliyyat sıxlığı və buraxıcılıq qabiliyyətinin aşağı olması müşahidə edilir.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Bildirilib ki, mövcud vəziyyətin yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yol hərəkətinin təşkilində dəyişiklik olunur. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasında baxılaraq qəbul olunub.Həyata keçirilən layihə çərçivəsində yol nişanları və nişanlanma xətləri vasitəsilə hərəkətin kanallaşdırılması aparılacaq. Kəsişmələrdə hərəkət zolaqlarının artırılması, eləcə də Əttarlar küçəsindən yalnız sağa hərəkətin təşkili nəzərdə tutulur. Bu, yolun buraxıcılıq qabiliyyətinin artırılmasına və münaqişəli nöqtələrinin minumuma endirilməsinə xidmət edir.Eyni zamanda, işıqfor rejiminin optimallaşdırılması...
04 Sentyabr 2026, 12:40