Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan nümayəndə heyəti İstanbul İqlim Maliyyəsi Sammitində iştirak edib

Cəmiyyət 05 Sentyabr 2026, 09:04

277

4 sentyabr tarixində İstanbul şəhərində Türkiyənin COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti” baş tutub.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlmat yayıb.

Tədbirdə Azərbaycan Respublikasını Türkiyənin COP31 sədrliyinin Məşvərət Heyətinin üzvləri qismində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.

Tədbir çərçivəsində iqlim maliyyəsinə həsr olunmuş panel müzakirələri, yüksək səviyyəli sessiyalar, dəyirmi masa görüşləri və müxtəlif tematik müzakirələr keçirilib.

Dövlət qurumlarının, çoxtərəfli inkişaf banklarının, beynəlxalq maliyyə institutlarının, investorların və özəl sektor nümayəndələrinin bir araya gəldiyi Sammitdə iqlim maliyyəsi, iqlim dəyişikliyinə dayanıqlı şəhərlərin inkişafı, COP31-ə hazırlıq və digər aktual məsələlər müzakirə olunub.

Nazir müavini Yalçın Rəfiyev “İqlimə davamlı şəhərlərin iqlim maliyyəsi” mövzusunda dəyirmi-masa müzakirələrində moderator qismində iştirak və çıxış edib.

Nazir müavini çıxışında COP29 çərçivəsində İqlim Maliyyələşdirilməsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinə (NCQG), digər adı ilə Bakı Maliyyə Hədəfinə dair razılaşmanın əldə olunduğunu və ilk dəfə olaraq inkişaf etməkdə olan ölkələrə dəstəyin 2035-ci ilədək 1,3 trilyon ABŞ dollarına çatdırılmasını nəzərdə tutan uzunmüddətli maliyyələşdirmə məqsədinin müəyyənləşdirildiyini bildirib.

COP29-un Fəaliyyət Gündəliyində dayanıqlı şəhərlər mövzusunun əsas istiqamətlərdən biri kimi müəyyənləşdirdiyini vurğulayan Y. Rəfiyev, bu çərçivədə Bakı Davamlılıq Koalisiyası və Dayanıqlı və Sağlam Şəhərlər üzrə Çoxsektorlu Fəaliyyət Yolları (MAP) təşəbbüsünün irəli sürüldüyünü qeyd edib.

Cari ilin may ayında Bakıda keçirilən 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) toxunan Yalçın Rəfiyev Forumun şəhərlərin iqlim dayanıqlılığı gündəliyinin inkişafı baxımından mühüm nəticələr verdiyini vurğulayıb. O, əldə olunan nəticələrin davamlılığının təmin edilməsi baxımından ölkəmizdə növbəti həftə keçiriləcək Bakı İqlim Fəaliyyəti Həftəsinin əhəmiyyətini qeyd edib.

M. Babayev və Y. Rəfiyev həmçinin Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun sədrliyi ilə keçirilən “İqlim öhdəliklərinin yerinə yetirilməsi körpüsü: İcra və maliyyələşmə üçün yüksək səviyyəli yol xəritəsi” adlı yüksək səviyyəli sessiyada da çıxış edib və COP29-un tarixi nəticələrinin iqlim maliyyələşməsi mövzusunda qlobal müzakirələrə verdiyi töhfəni diqqətə çatdırıblar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək

7-11 sentyabrda Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.Qeyd edilib ki, Bakı qlobal iqlim gündəliyinin mühüm platformasına çevrilir.Eyni tarixlərdə Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) də baş tutacaq. Tədbirlər iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunacaq....

05 Sentyabr 2026, 09:43

Şah Təhmasib ölkəsini necə adlandırırdı?

Şah Təhmasib özünün məşhur avtobioqrafik əsəri olan "Təzkirə" (və ya "Təzkireyi-Şah Təhmasib") kitabında ölkə adı olaraq "İran" kəlməsini işlətməmişdir.Səfəvi hökmdarının öz qələmindən çıxan bu tarixi sənədin dil və terminologiya xüsusiyyətləri ilə bağlı əsas məqamlar aşağıdakılardır:1. Ölkə və Coğrafiya Üçün işlədilən ifadələrŞah Təhmasib öz əsərində bu gün idarə etdiyi coğrafiyanı ifadə etmək üçün "İran" sözü yerinə tamamilə fərqli terminlər seçmişdir:"Məmaliki-Məhrusə" (Qorunan/Mühafizə olunan məmləkətlər) – Dövlətin rəsmi və ən çox istifadə olunan coğrafi-siyasi adı olaraq keçir."Mülki-Azərbaycan" (Azərbaycan mülkü) – Şahın tez-tez müraciət etdiyi və xüsusi önəm verdiyi coğrafi region adı.Qızılbaş məmləkəti" – Hərbi və siyasi kimliyi ifadə edən termin....

05 Sentyabr 2026, 08:55

Azərbaycan xanlarına edilən “Qızılqaya xəyanəti”

XVIII əsrin ortalarında Azərbaycan ərazisində xanlıqların olması, mərkəzləşdirilmiş vahid dövlətin olmaması qonşu dövlətlərin işğalçı siyasətlərinə şərait yaradırdı. Gürcü çarları qonşu xanlıqlar hesabına varlanmağa çalışırdılar və Azərbaycanın qərb torpaqlarını işğal etmək istəyirdilər. Lakin bunu həyata keçirmələrində onlara ən güclü rəqibləri – Şəki xanı Hacı Çələbi mane olurdu.Həmin dövrdə Pənahəli xan Qarabağlı, Kazım xan Qaradağlı, Heydərqulu xan Naxçıvanlı və Şahverdi xan Gəncəli bir araya gəlirlər. Onlar Hacı Çələbi ilə mübarizə aparmaq qərarına gəlirlər. Bundan xəbər tutan gürcü çarları hiyləgərliyə əl atırlar. Onlar “parçala, hökm sür” siyasətini yürüdərək Şəki xanına qarşı Azərbaycanın digər xanlıqlarının ittifaqını təşkil etməyi qərara alırlar.21 mart 1752-ci ildə gürcü...

05 Sentyabr 2026, 08:41

Bu ərazilərdə işıq olmayacaq

Sentyabrın 5-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında yenidənqurma işləri aparılacaq.Citypost.az  xəbər verir ki, gecə saat 01:00-dan 03:00-dək Masazır qəsəbəsində yerləşən Heydər Əliyev, Zərifə Əliyeva, Rafiq Dünyamalıyev, Əliağa Vahid küçələri, “Qurtuluş”, “Baxçalı şəhər”, “Rahat nəfəs” yaşayış kompleksləri, “Zəngilan” şəhərciyinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar....

05 Sentyabr 2026, 08:19

Yarışla əlaqədar müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Sentyabrın 5-də Bakıda keçiriləcək İRONMAN70.3 yarışı ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə əsasən, 13 müntəzəm marşrutun (5, 6, 53, 72, 88, 120A, 125, 149, 149E, 164, 195, 205 və E1 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.Məlumata görə, 72, 120A, 125, 149, 149E, 205, E1 nömrəli marşrutların “Azneft dairəsi” istiqamətində hərəkəti Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu – İpək yolu – Mikayıl Müşfiq küçəsi – Nəriman Nərimanov prospekti – Mehdi Hüseyn küçəsi – Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Niyazi küçəsi ilə təşkil ediləcək.Eyni zamanda,...

04 Sentyabr 2026, 21:19

Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb."Unikal" xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib:“Əziz Murad!Hamımız sənin tezliklə sağalmağını arzulayırıq. Sən güclü insansan və biz inanırıq ki, sən bu sınaqdan mütləq üzüağ çıxacaq və qalib gələcəksən. Azərbaycana sənin kimi istedadlı, işıqlı və öz sənətinə sadiq insanlar gərəkdir. Düşüncələrimiz, dualarımız və ən xoş arzularımız bu gün səninlədir.Xüsusilə ən çətin anlarında sənətkarlarımıza göstərdikləri diqqət, qayğı və dəstəyə görə möhtərəm cənab Prezidentə və hörmətli Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.Allah sənə...

04 Sentyabr 2026, 19:34