Bizə yazın

Baku

-°C

USD

-

Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib

Cəmiyyət 05 Sentyabr 2026, 12:18

217

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən növbəti könüllü qanvermə aksiyası keçirilib.

Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

“Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin tibbi personalının iştirakı ilə təşkil olunan və iki gün davam edən qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən vətəndaşlara dəstək məqsədilə keçirilib.

Qanvermə aksiyasında Nazirliyin Aparatının struktur bölmələri və qurumlarının şəxsi heyəti könüllü olaraq iştirak edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əsrlərin yuxusunu dağıdan Mübariz

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət “İnter Sekyuriti” MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.2010-cu il iyunun 18-də gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik...

05 Sentyabr 2026, 11:55

Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir

Azərbaycanlı jurnalist Surxay Atakişiyevin qızının ABŞ Ordusunda xidmət etdiyi məlum olub.Citypost.az  xəbər verir ki, bu barədə Surxay Atakişiyev sosial şəbəkə hesabında paylaşım edib.Amerikaya övladları ilə görüşə gedən həmkarımız bildirib ki, qızı Kəmalə ABŞ Hərbi-Hava Qüvvələrinin hərbi hissələrindən birində çalışır.O, qızının hərbi formada çəkilmiş fotosunu da paylaşıb.Surxay Atakişiyevin sözlərinə görə, qızı Kəmalə Atakişiyeva ABŞ ordusunda informasiya-kommunikasiya texnologiyaları (İKT) mütəxəssisi kimi xidmət edir.Jurnalist onu da əlavə edib ki, oğlu Sübhan Atakişiyev də Azərbaycandan kənarda yaşayır. O, Sübhanın Kanadada süni intellekt mütəxəssisi kimi çalışdığını qeyd edib.Surxay Atakişiyev əvvəllər AzTV-də çalışıb. Hazirda Bizim.media saytının əməkdaşıdır. (Modern.az)...

05 Sentyabr 2026, 11:47

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.Citypost.az  xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət, çəkisi 138 ton olan taxta Böyük Kəsik istiqamətinə göndəriləcək.Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta göndərilib....

05 Sentyabr 2026, 11:38

Erməni məhbuslarla bağlı iddialara Ombudsmandan REAKSİYA

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili sentyabrın 4-də Ermənistanda keçirilmiş mətbuat konfransında törətmiş olduqları cinayətlərə görə məhkum olunmuş erməni əsilli şəxslərin Azərbaycanda dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, onların üzərində işgəncə törədilməsi, xristian dini simvollarının məhv edilməsi, "İncil"dən istifadəyə imkan verilməməsi və "Quran" oxumağa məcbur edilməsi barədə səsləndirilmiş iddiaları əsassız və qərəzli hesab edir və aparılan sülh danışıqlarının pozulmasına yönəlik bir cəhd kimi qiymətləndirir".APA xəbər verir ki, bu barədə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistan hüquq müdafiəçisinin səsləndirdiyi iddialara cavab olaraq bildirib.Qeyd olunub ki, heç bir etibarlı sübut təqdim edilmədən belə ağır ittihamların fakt kimi ictimaiyyətə təqdim olunması insan hüquqlarının müdafiəsi...

05 Sentyabr 2026, 10:45

Kənan Məmmədovun 80 illik yubileyi keçirilib 

Azərbaycan Dövlət Film Fondunda 4 sentyabr 2026-cı ildə Əməkdar incəsənət xadimi, görkəmli kinooperator Kənan Məmmədovun 80 illik yubileyi keçirilib.Yubileydə tanınmış mədəniyyət və incəsənət xadimlərindən Aydın Kazımzadə, Cəmil Quliyev, Şəfiqə Məmmədova, Cavanşır Quliyev və b. yubliyarın həyat və fəaliyyətilə bağlı fikirlərini bölüşüblər.Qeyd etmək lazımdır kı, K.Məmmədovun ,,Ad günü,, , ,,Fəryad,, , ,,Q.Qarayev --- 60,, , ,,Otel otağı,, , ,,Təhminə,, və bir çox digər bədii və sənədli filmlərin araya-ərsəyə gəlməsində böyük rolu var....

05 Sentyabr 2026, 10:31

Şükufə Yusupovanın son vəziyyəti açıqlanıb

Xalq artisti Şükufə Yusupova avqustun 21-də “İçərişəhər” metrostansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.Piyada keçidindən keçən zaman avtomobil tərəfindən vurulan sənətçi Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Müayinələr zamanı ona çanaq və qabırğa sınıqları diaqnozu qoyulub. Daha sonra, avqustun 24-də ailə üzvlərinin müraciəti əsasında Yeni Klinikaya təxliyə olunub.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, aktrisanın müalicəsi müvafiq şöbədə davam etdirilir.Qeyd olunub ki, hazırda onun vəziyyəti stabil qiymətləndirilir....

05 Sentyabr 2026, 10:00