1940-cı ildə Matenadaranda Nizaminin Azərbaycan dilində tapılmış əlyazmaları
Cəmiyyət 05 Sentyabr 2026, 13:55
261
1940- ci ildə İrəvan şəhərindəki Matendaran qədim əlyazmalar muzeyində çalışan Şabanov soyadlı bir əməkdaş № 43 fars əlyazmaları bölməsində Nizami Gəncəviyə məxsus əsərləri aşkar edir:
• "Xəmsə", fars dilində, 1560-cı ildə Persiyada köçürücü Əbdül Əli Seyfi İbni Əbdüllax tərəfindən köçürülüb (Fars əlyazmaları № 43).
• "Yeddi gözəl", fars dilində, 1700-cü ildə köçürülüb. Köçürücü naməlumdur (Fars əlyazmaları № 57).
• "Nizami qəzəli", Azərbaycan dilində, cəmi 12 sətir. Bu qəzəl Matenadaran direktoru tərəfindən 1940-cı ildə toplanaraq cildlənmiş bayazın dağılmış dəftər vərəqərindən ibarət olan topludadır. Şeirin başlığında "Nizami qəzəli" yazılıb, axırıncı sətrində isə şairin özünə adəti üzrə müraciəti gəlir: "Ey Nizami, o xal ki, gözəlin dodaqlarındadır" və s.
Bu sənəd üzə çıxan kimi şərq üzrə mütəxəssis olan erməni alimləri Acaryan, Şaxnazaryan və Arimfaryan dərhal muzeyə gələrək bunu incələməyə çalışmışlar. İki əsərin fars və qəzəlin azərbaycan dilində yazılmasını təsdiq edən erməni alimləri Nizami Gəncəvinin Azərbaycan dilində daha bir neçə şeirini üzə çıxarırlar. Hətta erməni alimi Acaryan rəsmən olaraq məlumat verir ki, muzeydə Nizami Gəncəvinin qəzəl və şeirlərinin çoxu azərbaycan türkcəsində yazılıb.
Erməni aliminin hesabatında yazılır “Nizami Gəncəvinin Şirvanşah Axistian tərəfindən sifariş edilən “Leyli və Məcnun” əsərinin iki versiyasına biz rast gəldik. Birinci fars, ikincisi isə Azərbaycan Türk dilində”
Bununla bağlı Matenadaranın direktoru Qriqor Abov Azərbaycan KP(b) MK-nın birinci katibi Mircəfər Bağırova və Ermənistan KP MK katibi Arutyunyana yazdığı məktubu təqdim edirəm. Məktubu tam tərcümə etməsəm də orda olanlarla Sizi tanış etmək istəyirəm.
“1940-cı ildə Matenaranda tapılan və 1735-ci ilə aid Dağıstan mənşəli bir bayazda (topluda) yer alan Azərbaycan dilindəki şeirin Nizami Gəncəviyə məxsus olması ilkin olaraq Matenadaran əməkdaşları və azərbaycanlı Səmədzadə Həbib, yoldaş Ermolenko ilə birlikdə Matenarandakı Nizami əlyazmalarını öyrənmək və aşkar etmək məqsədilə İrəvana gəldi. Yuxarıda göstərilən şeirlə tanış olduqdan sonra yoldaş Səmədzadə təsdiq etdi ki, şeir Azərbaycan dilində yazılıb və şeirin Nizamiə məxsusluğuna heç bir şübhə yoxdur.
Erməni dilinə tərcümə zamanı isə mətnin fars qəzəlləri ilə müqayisə edildiyi, lakin fars qəzəllərində tapılmadığı üçün onun bilavasitə həmin dildə deyil, Azərbaycan dilində yazıldığı təsdiq edilib.”
Sənədlərdə həmçinin Nizaminin "Leyli və Məcnun" əsərinin ön sözünə istinad edilərək Şirvanşah Axsitanın şairə ünvanladığı: "Sənin türk dilin bizə yaraşmaz, bizim saray adi hüquqlara alışmayıb" sözləri xatırladılır. Bu da şairin yaradıcılığında ana dili, türk dilinin üstünlük təşkil etməsini sübut edir.
Bütün bu mübahisələrə baxmayaraq, Q. Abov əmin olduğunu bildirir ki, Matenarandakı həmin şeirlər məhz Gəncəli şair Nizami tərəfindən yazılmışdır. . O, hesab edirdi ki, sonrakı dövrlərdə fars təsiri Azərbaycanın özündə Nizaminin türk dilindəki şeirlərini sıxışdırıb, lakin türk dilində olan bu əsərlər Dağıstanda qorunub saxlanılmışdır və ordan da Ermənsitana arxivə gətirilib.
Məktubdan o da görünür ki, Ermənistan tərəfi bu məsələni dəqiqləşdirmək üçün Leninqraddan fars ədəbiyyatı mütəxəssislərini 3 aylığına İrəvana dəvət etməyə nail olubmuş, lakin İkinci Dünya müharibəsi buna mane olur. 1940-ci ildə Azərbaycan “Leninqrad” şəhərində arxivdə də belə sənədlərin olmasını müəyyən edir. Bir qrup şəxsin ora getməsi barədə müzakirələr aparılır.
Həmçinin oxuyun
Bu barədə 3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın “Pravda” qəzetində məqaləsində ətraflı məlumat verilir. Məqalədə o, Stalinlə görüşündən danışırdı:
“Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o, bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqıyla doğma dilində kontakta icazə verilmədiyini göstərir”.
1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonovun “Pravda” qəzetində belə bir məqaləsi dərc olunmuşdu: “Aydındır ki, Nizami farsca yazıb, Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran milliyətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onu vətəni Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi.
Nizami Gəncəlinin kimliyini bilmək üçün “Xosrov və Şirin" əsərinin sonunda öz övladını türkzadə (türk oğlu) adlandırmasında görmək olar:
Əgər şod torkəm əz xərgəh nəhani,
Xodayə, torkzadəmva to dani.
(Əgər türküm çadırdan gizlinə çəkildisə də,
Xudaya, türk balasını sən özün qoru.)
Erməni tərəfi Nizami Gəncəvinin bütün azərbaycan türkcəsində olan əlyazmaları, kitabları və o zaman bu muzeydə tapılan və saxlanılan qədim sənədləri üzə çıxartmaqdan imtina edirlər. Azərbaycan tərəfinin xahişlərinə baxmayaraq bu sənədlər bir daha onlara göstərilmir və bu günə qədər də Matendaranda saxlanmaqdadır.
Prof.Dr.Zaur Aliyev
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Amin Novruzov vəfat etdi
Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb. O, 79 yaşında dünyasını dəyişib. Qeyd edək ki, uzun illər quruluşçu operator kimi fəaliyyət göstəriən Amin Novruzov müxtəlif illərdə “Əhməd haradadır?”, “Bəxt üzüyü”, “Arşınmalçı”, “Birisigün, gecəyarısı...”, “Cəmşid Naxçıvanski”, “Qatır Məmməd”, “Qayınana”, “Şərikli çörək”, “Özgə vaxt”, “Son döyüş”, “Udi xalqı”, “Arxada qalmış gələcək”, “Yalan” və digər filmlərin çəkilişlərində iştirak edib.Novruzovun yaradıcılıq irsinə bədii filmlərlə yanaşı, sənədli və qısametrajlı ekran əsərləri də daxildir. Ümumilikdə onun operator kimi 60-dan çox ekran əsərində adı qeyd olunur....
05 Sentyabr 2026, 13:25
Sabahın hava proqnozu açıqlanıb
Sentyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında gözlənilən havaBildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir....
05 Sentyabr 2026, 13:19
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Buxar-qaz tipli “Şimal-2” Elektrik Stansiyasında istismara verildiyi tarixdən bu ilin sentyabr ayınadək 21,1 mlrd. kVt·st elektrik enerjisi istehsal edilib.Citypost.az-a bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.7 il əvvəl - 2019-cu ilin 5 sentyabr tarixində Bakı şəhərində yerləşən “Şimal-2” Elektrik Stansiyası istismara verilib. Stansiyanın qoyuluş gücü 400 MVt-dır.
05 Sentyabr 2026, 12:45
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən növbəti könüllü qanvermə aksiyası keçirilib.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.“Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin tibbi personalının iştirakı ilə təşkil olunan və iki gün davam edən qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən vətəndaşlara dəstək məqsədilə keçirilib.Qanvermə aksiyasında Nazirliyin Aparatının struktur bölmələri və qurumlarının şəxsi heyəti könüllü olaraq iştirak edib....
05 Sentyabr 2026, 12:18
Əsrlərin yuxusunu dağıdan Mübariz
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət “İnter Sekyuriti” MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.2010-cu il iyunun 18-də gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik...
05 Sentyabr 2026, 11:55
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir
Azərbaycanlı jurnalist Surxay Atakişiyevin qızının ABŞ Ordusunda xidmət etdiyi məlum olub.Citypost.az xəbər verir ki, bu barədə Surxay Atakişiyev sosial şəbəkə hesabında paylaşım edib.Amerikaya övladları ilə görüşə gedən həmkarımız bildirib ki, qızı Kəmalə ABŞ Hərbi-Hava Qüvvələrinin hərbi hissələrindən birində çalışır.O, qızının hərbi formada çəkilmiş fotosunu da paylaşıb.Surxay Atakişiyevin sözlərinə görə, qızı Kəmalə Atakişiyeva ABŞ ordusunda informasiya-kommunikasiya texnologiyaları (İKT) mütəxəssisi kimi xidmət edir.Jurnalist onu da əlavə edib ki, oğlu Sübhan Atakişiyev də Azərbaycandan kənarda yaşayır. O, Sübhanın Kanadada süni intellekt mütəxəssisi kimi çalışdığını qeyd edib.Surxay Atakişiyev əvvəllər AzTV-də çalışıb. Hazirda Bizim.media saytının əməkdaşıdır. (Modern.az)...
05 Sentyabr 2026, 11:47