Erməni məhbuslarla bağlı iddialara Ombudsmandan REAKSİYA
Cəmiyyət 05 Sentyabr 2026, 10:45
246
"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili sentyabrın 4-də Ermənistanda keçirilmiş mətbuat konfransında törətmiş olduqları cinayətlərə görə məhkum olunmuş erməni əsilli şəxslərin Azərbaycanda dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, onların üzərində işgəncə törədilməsi, xristian dini simvollarının məhv edilməsi, "İncil"dən istifadəyə imkan verilməməsi və "Quran" oxumağa məcbur edilməsi barədə səsləndirilmiş iddiaları əsassız və qərəzli hesab edir və aparılan sülh danışıqlarının pozulmasına yönəlik bir cəhd kimi qiymətləndirir".
APA xəbər verir ki, bu barədə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistan hüquq müdafiəçisinin səsləndirdiyi iddialara cavab olaraq bildirib.
Qeyd olunub ki, heç bir etibarlı sübut təqdim edilmədən belə ağır ittihamların fakt kimi ictimaiyyətə təqdim olunması insan hüquqlarının müdafiəsi prinsipləri ilə bir araya sığmır:
"Xüsusilə, ayrı-ayrı şəxslərlə bağlı məsələlərin dini mənsubiyyətlə əlaqələndirilməsi və xristian-müsəlman qarşıdurması müstəvisinə keçirilməsi cəhdləri yolverilməzdir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dünyəvi dövlətdir. Ölkədə müxtəlif dini konfessiyalara mənsub şəxslərin hüquq və azadlıqlarının təmin olunmasına bərabər yanaşılır, onların dini etiqad azadlığına hörmət edilir. Məhkəmə tərəfindən müəyyən edilmiş cinayət məsuliyyətini şəxslərin etnik mənsubiyyəti ilə əlaqələndirmək və həmin şəxslərin törətdikləri əməllərə görə qanuni əsaslarla çəkdikləri cəzanı “etnik və ya dini təqib” kimi təqdim etmək yolverilməzdir. Cinayət məsuliyyəti şəxsin hansı etnik mənsubiyyətə və ya dini etiqada malik olması ilə deyil, törədilmiş əməlin xarakteri, həmin əməl üzrə toplanmış sübutlar və məhkəmənin hüquqi qiymətləndirməsi ilə müəyyən olunur.
Həmçinin oxuyun
Ombudsmanın Milli Preventiv Qrupunun müxtəlif vaxtlarda həyata keçirdiyi monitorinq və başçəkmələr zamanı Azərbaycan ərazisində saxlanılan erməniəsilli şəxslərlə konfidensial görüşlər keçirilmiş, tibbi və psixoloji vəziyyətləri qiymətləndirilmiş, beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqları onlara öz ana dillərində izah edilmişdir. Həyata keçirilmiş monitorinqlər zamanı həmin şəxslərin hüquq və azadlıqlarının beynəxalq standartlara uyğun səviyyədə, ayrı-seçkiliyə yol verilmədən təmin edildiyi, tibbi yardım və digər zəruri xidmətlərə çıxışlarının olduğu müəyyən edilmişdir. Bu baxımdan, Ombudsman insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti siyasi məqsədlərə xidmət edən bəyanatlardan və qarşıdurma ritorikasından fərqləndirməyin zəruriliyini xüsusi vurğulayır. Yoxlanılmış faktlara əsaslanmadan “işgəncə”, “dini təqib” və dini mənsubiyyətə görə ayrı-seçkilik kimi ağır ittihamların irəli sürülməsi ictimai rəyi yanıltmağa, sülh danışıqlarını pozmağa və dini zəmində qarşıdurma yaratmağa xidmət edir".
Bildirilib ki, bu cür məsuliyyətsiz yanaşmalar Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi fonunda xüsusilə narahatedicidir:
"Davamlı sülh yalnız siyasi və hüquqi razılaşmalarla deyil, eyni zamanda cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsi, dözümsüzlük və nifrət ritorikasından çəkinilməsi ilə mümkündür. Təsdiqlənməmiş məlumatların dini zəmində təqdim edilməsi cəmiyyətlər arasında etimadsızlığı dərinləşdirir və sülh və barışıq üçün zəruri olan mühitə zərər vurur.
İnsan hüquqlarının müdafiəsi siyasi məqsədlər naminə faktların təhrif edilməsini və dini mənsubiyyət üzərindən düşmən obrazının yaradılmasını qəbul etmir. Bu sahədə fəaliyyət göstərən şəxslər öz açıqlamalarında məsuliyyətli olmalı, obyektiv və yoxlanılmış faktlara əsaslanmalı, sülhə və qarşılıqlı etimada xələl gətirə biləcək ritorikadan çəkinməlidirlər".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kənan Məmmədovun 80 illik yubileyi keçirilib
Azərbaycan Dövlət Film Fondunda 4 sentyabr 2026-cı ildə Əməkdar incəsənət xadimi, görkəmli kinooperator Kənan Məmmədovun 80 illik yubileyi keçirilib.Yubileydə tanınmış mədəniyyət və incəsənət xadimlərindən Aydın Kazımzadə, Cəmil Quliyev, Şəfiqə Məmmədova, Cavanşır Quliyev və b. yubliyarın həyat və fəaliyyətilə bağlı fikirlərini bölüşüblər.Qeyd etmək lazımdır kı, K.Məmmədovun ,,Ad günü,, , ,,Fəryad,, , ,,Q.Qarayev --- 60,, , ,,Otel otağı,, , ,,Təhminə,, və bir çox digər bədii və sənədli filmlərin araya-ərsəyə gəlməsində böyük rolu var....
05 Sentyabr 2026, 10:31
Şükufə Yusupovanın son vəziyyəti açıqlanıb
Xalq artisti Şükufə Yusupova avqustun 21-də “İçərişəhər” metrostansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.Piyada keçidindən keçən zaman avtomobil tərəfindən vurulan sənətçi Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Müayinələr zamanı ona çanaq və qabırğa sınıqları diaqnozu qoyulub. Daha sonra, avqustun 24-də ailə üzvlərinin müraciəti əsasında Yeni Klinikaya təxliyə olunub.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, aktrisanın müalicəsi müvafiq şöbədə davam etdirilir.Qeyd olunub ki, hazırda onun vəziyyəti stabil qiymətləndirilir....
05 Sentyabr 2026, 10:00
Həmzə Sadıqov! Ermənilərin Sovet İttifaqı Qəhramanı almasına mane olduğu KƏŞFİYYATÇI!
Hitlerin ən sevimli generallarından biri olan, qəddarlıqda ad qazanmış general-leytenant Karl Fon Rodenburqu əsir götürmüş. "Həmzə Baba" və “Sadıqşvali” adları ilə məhşur olan hərbiçi Həmzə Cümşüd oğlu Sadıqov 1915-ci il oktyabrın 7-də Şuşada anadan olub. Kiyev Artilleriya Məktəbində təhsil alıb və İkinci Dünya müharibəsində ön cəbhədə kəşfiyyatçı kimi fəaliyyət göstərib. Müharibənin gedişatını dəyişən Stalinqrad döyüşlərində Həmzə Sadıqov da misilsiz igidlik göstərib. 1941-ci ildə Stalinqradda müsəlman məscidinin, yəhudi sinaqoqunun, iki xristian kilsəsinin faşistlərdən təmizlənməsində yaxından iştirak edib. 1942-ci ilin sonlarında bu şəhərdə yerləşən hərbi əsir düşərgəsindəki yəhudi ailələrini ölümün pəncəsindən qurtarıb.Hakimiyyətdə olan ermənilər və onlara yaxın generalları mühüm hərbi uğurların...
05 Sentyabr 2026, 09:55
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
7-11 sentyabrda Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.Qeyd edilib ki, Bakı qlobal iqlim gündəliyinin mühüm platformasına çevrilir.Eyni tarixlərdə Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) də baş tutacaq. Tədbirlər iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunacaq....
05 Sentyabr 2026, 09:43
Azərbaycan nümayəndə heyəti İstanbul İqlim Maliyyəsi Sammitində iştirak edib
4 sentyabr tarixində İstanbul şəhərində Türkiyənin COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti” baş tutub.APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlmat yayıb.Tədbirdə Azərbaycan Respublikasını Türkiyənin COP31 sədrliyinin Məşvərət Heyətinin üzvləri qismində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.Tədbir çərçivəsində iqlim maliyyəsinə həsr olunmuş panel müzakirələri, yüksək səviyyəli sessiyalar, dəyirmi masa görüşləri və müxtəlif tematik müzakirələr keçirilib.Dövlət qurumlarının, çoxtərəfli inkişaf banklarının, beynəlxalq maliyyə institutlarının, investorların və özəl sektor nümayəndələrinin bir araya gəldiyi Sammitdə iqlim maliyyəsi, iqlim dəyişikliyinə dayanıqlı şəhərlərin inkişafı, COP31-ə hazırlıq və...
05 Sentyabr 2026, 09:04
Şah Təhmasib ölkəsini necə adlandırırdı?
Şah Təhmasib özünün məşhur avtobioqrafik əsəri olan "Təzkirə" (və ya "Təzkireyi-Şah Təhmasib") kitabında ölkə adı olaraq "İran" kəlməsini işlətməmişdir.Səfəvi hökmdarının öz qələmindən çıxan bu tarixi sənədin dil və terminologiya xüsusiyyətləri ilə bağlı əsas məqamlar aşağıdakılardır:1. Ölkə və Coğrafiya Üçün işlədilən ifadələrŞah Təhmasib öz əsərində bu gün idarə etdiyi coğrafiyanı ifadə etmək üçün "İran" sözü yerinə tamamilə fərqli terminlər seçmişdir:"Məmaliki-Məhrusə" (Qorunan/Mühafizə olunan məmləkətlər) – Dövlətin rəsmi və ən çox istifadə olunan coğrafi-siyasi adı olaraq keçir."Mülki-Azərbaycan" (Azərbaycan mülkü) – Şahın tez-tez müraciət etdiyi və xüsusi önəm verdiyi coğrafi region adı.Qızılbaş məmləkəti" – Hərbi və siyasi kimliyi ifadə edən termin....
05 Sentyabr 2026, 08:55