Bir sözün 10 təkrarı məhkəmənin taleyini dəyişdi
Maraqlı 05 Sentyabr 2026, 10:55
334
Məşhur vəkil Anatoli Koninin bir işi dillərə düşüb. Deməli, gimnaziyada oxuyan bir şagird sinif yoldaşını bıçaqlayıb. Səbəb bu olub ki, bıçaqlanan oğlan 3 il ərzində buna Qozbel deyərmiş. Oğlan da bu məsxərəyə dözməyərək əlini soyuq silaha atıb. Məhkəmə başlayıb. Vəkil Koni zala daxil olub. Üzünü iştirakçılara tutub deyib:
-Hər vaxtınız xeyir.
-Hər vaxtınız xeyir.
Koni yenə deyib:
-Hər vaxtınız xeyir.
-Hər vaxtınız xeyir.
Vəkil bunu 10 dəfə təkrar edib. Getdikcə narazılıq artıb. Yerdən söz atıblar ki, “bizi dolamısan”, “indi dərsini verərik”. Hakim vəkilin nə demək istədiyini anlayıb. Başa düşüb ki, insanı illərlə bezdirəndə, mütləq dərsin verilir.
Saxlanılan şəxs məhkəmə zalından azadlığa buraxılıb. Həmin iş tarixə ən qısa sürən iş kimi daxil olub.
Məntiq budur ki, bəzən təkrarlanan əməllər adamı içəriyə də atar, azadlığa da buraxar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Robotun insanabənzər olması niyə bizi narahat edir? SƏBƏB AÇIQLANDI
İnsan üzünə və bədəninə çox bənzəyən, amma tam olaraq insan olmayan bir varlıq görəndə niyə içimizdə izah edə bilmədiyimiz narahatlıq yaranır? Bəzən bu hiss o qədər güclü olur ki, qarşımızdakı obyekt sadəcə robot, maneken və ya kompüter qrafikası olsa belə, ondan uzaqlaşmaq istəyirik.Citypost.az xəbər verir ki o psixologiyada bu hadisə “qəribə vadi” (uncanny valley) effekti kimi tanınır. Bu anlayışa görə, süni varlıq insanabənzər olduqca ona qarşı yaxınlıq və rahatlıq hissimiz arta bilər. Lakin həmin varlıq müəyyən nöqtədə insana həddindən artıq bənzəyir, amma tam insan təsiri yaratmırsa, reaksiyamız qəfil dəyişə bilər. Üz ifadəsindəki kiçik uyğunsuzluq, qeyri-təbii hərəkət, baxışların sabitliyi və ya...
04 Sentyabr 2026, 11:30
Okeanda yaşayan qeyri-adi “şüşə” canlı
İlk baxışdan şüşədən hazırlanmış incə və dekorativ bir sənət əsərinə bənzəyən bu canlı əslində təbiətin yaratdığı ən qeyri-adi dəniz orqanizmlərindən biridir. Söhbət Venus çiçək səbəti kimi tanınan dərin dəniz süngərindən gedir. Elmi adı Euplectella olan bu süngərlər okeanın qaranlıq və yüksək təzyiqli dərinliklərində yaşayır.Citypost.az xəbər verir ki , Venus çiçək səbətinin ən diqqətçəkən xüsusiyyəti onun skeletidir. Bu skelet adi canlılarda olduğu kimi sümükdən və ya sərt toxumadan deyil, əsasən silisium dioksiddən, yəni şüşənin əsasını təşkil edən maddələrdən birindən formalaşır. Məhz buna görə süngərin skeleti insan gözünə şəffaf və şüşəbənzər quruluş kimi görünür.Lakin bu quruluş yalnız gözəllik yaratmır. Süngərin skeleti olduqca...
04 Sentyabr 2026, 10:25
Günəbaxan gecə nə edir? – Alimləri heyrətləndirən mexanizm
Heç düşünmüsünüzmü, günəbaxanlar gecə qaranlığında sabah günəşin haradan doğacağını necə “bilirlər”? Gün ərzində günəşə doğru istiqamətlənən bu bitkilərin gecə vaxtı da təsadüfi şəkildə dayanmadığı, səhərə yaxın yenidən şərq istiqamətinə yönəldiyi müşahidə olunur. Sanki bitki hələ günəş doğmamış onun haradan çıxacağını bilir və özünü əvvəlcədən həmin istiqamətə hazırlayır.Əslində isə günəbaxanın gələcəyi “görməsi” və ya günəşin haradan doğacağını şüurlu şəkildə bilməsi mümkün deyil. Burada milyonlarla il ərzində formalaşmış mürəkkəb bioloji mexanizmlər və bitkinin daxili ritmi rol oynayır.Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, gənc günəbaxanlarda işıq və zamanla əlaqəli prosesləri idarə edən daxili bioloji saat mövcuddur. Bu daxili saat bitkinin gün ərzində müxtəlif...
03 Sentyabr 2026, 12:38
Balıqların sirli “radarı” necə işləyir? MARAQLI FAKT
Heç düşünmüsünüzmü, balıqlar qaranlıq və bulanıq sularda, bəzən isə demək olar ki, heç nə görmədikləri şəraitdə necə bir-birinə çarpmadan hərəkət edə bilirlər? Xüsusilə minlərlə balığın eyni istiqamətdə, sıx sürü halında hərəkət etdiyini gördükdə bu sual daha da maraqlı görünür. Onlar saniyənin kiçik bir hissəsində istiqamətlərini dəyişir, bir-birinə çox yaxın üzür, lakin demək olar ki, heç vaxt toqquşmurlar.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bunun əsas səbəblərindən biri balıqların bədənində yerləşən və yan xətt sistemi adlandırılan xüsusi hissiyyat sistemidir. Bu sistem balıqlara ətraflarındakı suyun hərəkətini və təzyiq dəyişikliklərini hiss etməyə imkan verir. Başqa sözlə, balıq yalnız gözləri ilə “görmür”. O, ətrafında...
03 Sentyabr 2026, 11:57
Pulcuqları zireh kimidir – Amazonun qeyri-adi balığı
Dünyanın ən möhkəm təbii qoruyucu sistemlərindən birinin adi bir şirin su balığının üzərində yerləşdiyini təsəvvür etmək ilk baxışdan inanılmaz görünə bilər. Lakin Amazon hövzəsində yaşayan bəzi qədim balıq növləri, xüsusilə arapaima kimi nəhəng şirin su balıqları, elm adamlarının uzun illərdir diqqət mərkəzindədir. Səbəb isə onların sadəcə böyük və güclü olması deyil. Bu canlıların bədənini örtən pulcuqlar təbiətin yaratdığı ən maraqlı bioloji müdafiə sistemlərindən biri hesab olunur.Citypost.az xəbər verir ki, Amazon çayının təhlükəli sularında yaşamaq asan deyil. Burada müxtəlif yırtıcılar, piranyalar və digər təhlükələr mövcuddur. Belə bir mühitdə milyonlarla il ərzində davam edən təkamül bəzi canlılara qeyri-adi müdafiə mexanizmləri qazandırıb. Arapaima...
03 Sentyabr 2026, 11:43
Barmaqları çırtlatmaq həqiqətən zərərlidirmi? – Sümüklər arasında nə baş verir?
Barmaqları çırtlatmaq bir çox insanın fərqinə varmadan etdiyi vərdişlərdən biridir. Kimisi bunu gərginliyi azaltmaq üçün edir, kimisi isə sadəcə səsindən zövq alır. Ancaq illərdir cəmiyyətdə bu vərdişlə bağlı müxtəlif fikirlər dolaşır. Xüsusilə uşaqlara “barmaqlarını çırtlatma, yoxsa oynaqlarında kalsium yığılacaq”, “sonra artrit olacaqsan” və ya “sümüklərin bir-birinə sürtünəcək” kimi xəbərdarlıqlar edilir.Bəs həqiqətən barmaqlarımızı çırtlatdıqda oynaqlarda nə baş verir? Eşitdiyimiz həmin kəskin səs sümüyün sınması, qırılması və ya sümüklərin bir-birinə sürtünməsi ilə bağlıdırmı?Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, adi barmaq çırtlaması zamanı baş verən proses insanların təsəvvür etdiyi qədər qorxulu deyil. Barmaq oynaqlarında sümüklərin ucları birbaşa bir-birinə toxunmur. Onların arasında sinovial maye...
03 Sentyabr 2026, 11:28