Bizə yazın

Baku

-°C

USD

-

Polşanın müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Siyasət 28 Noyabr 2024, 12:00

5380

28 noyabr 2024-cü il tarixində Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb.

Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib.


Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb.

Bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

TDT hökumət başçılarının görüşünün birgə bəyanatı - TAM MƏTN 

Bakıda, "Gülüstan" sarayında keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünun sonunda birgə bəyanat qəbul edib."Report" bəyanatın mətnini təqdim edir:Türk Dövlətləri Təşkilatının Hökumət Başçıları/Vitse-Prezidentinin İkinci Görüşü 2 aprel 2026-cı il tarixində Bakıda keçirilib. Görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev, Özbəkistanın Baş naziri Abdulla Aripov, Şimali Kiprin Baş naziri Ünal Üstel, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərgulu Ataguliyev, həmçinin TDT-nin Baş katibi Kubanıçbek Ömürəliyev iştirak ediblər.TDT-yə üzv dövlətlərin Hökumət Başçıları/Vitse-prezidenti, 2025-ci il 18 sentyabr tarixində Bişkekdə Qırğız Respublikasının sədrliyi...

02 Aprel 2026, 14:15

Qulu Məhərrəmli : “Ermənistanda seçkilər ərəfəsində Rusiya-Ermənistan gərginliyi artır”  

Ermənistanda parlament seçkilərinin yaxınlaşması fonunda Rusiya ilə münasibətlərdə gərginlik müşahidə olunur. Citypost.az xəbər verir ki, bu barədə professor Qulu Məhərrəmli açıqlama yayıb.O bildirib ki, Moskva ilə İrəvan arasında son dövrlərdə müşahidə edilən siyasi dinamika Rusiyanın Ermənistan daxilində təsir imkanlarını qorumaq cəhdləri ilə izah olunur.Professorun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Moskvada baş tutan görüşdə tərəflər arasında müəyyən fikir ayrılıqları özünü göstərib.Q. Məhərrəmli qeyd edib ki, dialoq zamanı Rusiya tərəfi Ermənistan daxilində Rusiya pasportu olan şəxslərin seçkilərdə iştirakı ilə bağlı məsələ qaldırsa da, Paşinyan bunu ölkə konstitusiyası ilə əsaslandıraraq rədd edib.“Görüş tərəflər arasında açıq...

02 Aprel 2026, 11:36

Ekspert: “İran psixoloji üstünlüyü qoruyarsa, özünü qalib kimi təqdim edə bilər”  

İran psixoloji üstünlüyü qoruyarsa, özünü qalib kimi təqdim edə bilər”Citypost.az xəbər verir ki,təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, hazırkı mərhələdə İran ciddi itkilərə baxmayaraq psixoloji üstünlüyünü qoruyub saxlamağa nail ola bilər.Ekspertin sözlərinə görə, İranın hücumlara tab gətirməsi, ballistik raketlərlə İsrailə və Fars körfəzi ölkələrinə zərbələr endirməsi, eləcə də Hörmüz boğazı kimi strateji əhəmiyyətli bölgələr üzərində nəzarət iddiaları ölkənin “güclü dövlət” obrazını formalaşdırır.İ. İsmayıl qeyd edib ki, əgər İran mövcud psixoloji üstünlüyü müharibənin sonuna qədər qoruyarsa, bu, rəsmi Tehranın özünü “qalib” kimi təqdim etməsinə və daxildə siyasi mövqelərini daha da gücləndirməsinə imkan verə bilər.Onun sözlərinə görə, bu halda İran...

02 Aprel 2026, 11:22

Jurnalist: “İranda hakimiyyət daxilində ziddiyyətlər güclənə bilər”  

ABŞ Prezidenti Donald Trumpın İranla bağlı səsləndirdiyi açıqlamalar və rəsmi Tehran tərəfindən verilən təkziblər yeni müzakirələrə səbəb olub.Citypost.az xəbər verir ki, lurnalist Nigar Sabirqızı paylaşımında bildirib ki, proseslər fonunda “İranın mövqelərində ziddiyyətli görüntü” yaranıb və bu, ölkə daxilində siyasi parçalanma ehtimalını gündəmə gətirir.Onun sözlərinə görə, Donald Trump “İranın yeni Prezidenti atəşkəs istəyir” fikrini səsləndirsə də, İran Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edib.N. Sabirqızı qeyd edib ki, bu fərqli bəyanatlar iki ehtimalı gündəmə gətirir: ya tərəflər arasında kommunikasiya problemi var, ya da İranda daxili siyasi qərarvermə mexanizmlərində parçalanma müşahidə olunur.“Əgər bu iddialar təsdiqlənərsə, bu, İranın idarəetmə sistemində ciddi ziddiyyətlərin yarandığını...

02 Aprel 2026, 10:50

Politoloq: “Yaxın Şərqdə müharibə miqyası genişlənməkdədir”  

İsrail ordusunun İrana qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı açıqlanan rəqəmlər bölgədə gərginliyin daha da artdığını göstərir.Citypost.az xəbər verir ki, politoloq Kənan Rövşənoğlu bildirib ki, İsrail tərəfi fevralın 28-dən bu yana İrana yüzlərlə hava hücumu həyata keçirdiyini, minlərlə hədəfə zərbələr endirdiyini açıqlayıb. Onun sözlərinə görə, bu göstəricilər Yaxın Şərqdə müharibənin miqyasının artıq regional çərçivəni aşdığını nümayiş etdirir.Ekspert qeyd edib ki, İsrail 2023-cü ilin oktyabrından etibarən çoxsaylı cəbhələrdə hərbi əməliyyatlar aparır: “Qəzza zolağı ilə yanaşı, Livan, Suriya, Yəmən, İraq və İran ərazisinə də zərbələr endirilib. Bu isə münaqişənin çoxşaxəli xarakter aldığını göstərir”.K. Rövşənoğlu vurğulayıb ki, bu miqyasda hərbi əməliyyatların davam etməsi ciddi...

02 Aprel 2026, 10:42

Əminə Ağazadə: “Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və qələbə iradəsini göstərdi” 

Aprel döyüşlərinin başlanmasının 10-cu ildönümü ilə əlaqədar Milli Məclisin deputatı Əminə Ağazadə açıqlama ilə çıxış edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, Aprel döyüşləri Azərbaycan dövlətinin və dövlətçiliyinin dönməzliyini, Azərbaycan Ordusunun güc və qüdrətini nümayiş etdirən tarixi hadisə kimi yadda qalıb.Onun sözlərinə görə, bu döyüşlər Azərbaycan Ordusunun düşmənin istənilən miqyaslı təxribatlarının və hərbi əməliyyatlarının qarşısını almağa qadir olduğunu bir daha sübut edib.Ə. Ağazadə qeyd edib ki, Aprel döyüşləri xalqın və dövlətin işğalla heç vaxt barışmayacağını və ərazi bütövlüyünün bərpasının əsas hədəf olduğunu nümayiş etdirib.Deputat həmçinin Kürdəmir rayonunun həmin döyüşlərdə iki şəhid verdiyini xatırladıb. Onun sözlərinə görə, baş leytenant Əbubəkr İsmayılov...

02 Aprel 2026, 10:21