Qabiliyyət imtahanlarına qeydiyyat başlayır
Cəmiyyət 21 May 2026, 11:43
255
2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 21-dən iyun ayının 1-dək abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaqdır.
Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.
Qabiliyyət imtahanı idman, təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti üzrə keçiriləcək.
Qeyd edilib ki, abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.
Həmçinin oxuyun
"Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları yaxın günlərdə nəşr olunacaq. Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir.
Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ilk cəhdinin nəticəsi “qeyri-məqbul” olsa belə, qeydiyyatdan keçə bilərlər. Lakin bu abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 21 iyun tarixində keçiriləcək Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ikinci cəhdində “məqbul” aldıqları təqdirdə müsabiqəyə buraxılacaqlar.
Subbakalavrlar aldıqları orta ixtisas təhsilinə uyğun olan qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçə bilərlər. Xatırladaq ki, qeydiyyatdan keçən zaman ixtisaslar üzrə uyğun komissiyalar proqram təminatı vasitəsilə subbakalavra təqdim edilir. Subbakalavrlar iyun ayının 1-dək ərizələrini təsdiq etməlidirlər. Belə ki, ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin elektron ərizələrinin qeydiyyatı 1 iyun saat 23:59-dək davam edəcəkdir. Subbakalavrlar qabiliyyət imtahanında iştirak üçün qeyd olunan tarixədək müvafiq qabiliyyət komissiyası üzrə qeydiyyatdan da keçməlidirlər. Təhsil məlumatları tam olmayan, XQTİ-lər üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən subbakalavrlara tələb olunan məlumatların 31 may tarixindən gec olmayaraq orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməsini diqqətdə saxlamaları tövsiyə olunur. Orta ixtisas təhsili müəssisəsini cari ildə bitirəcək subbakalavrlar elektron ərizəni yadda saxladıqdan sonra qabiliyyət imtahanı üçün qeydiyyatdan keçə bilirlər. Ancaq həmin subbakalavrlar da orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən tələb olunan məlumatlar sistemə yerləşdirildikdən sonra avqust ayının 2-dək öz ərizələrini təsdiq etməlidirlər", - məlumatda qeyd olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"AzerGold" QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib
Mayın 20-də ölkəmizdə səfərdə olan Esvati Kralı Əlahəzrət III Msvatini ilə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında görüş keçirilib.Citypost.az xəbər verir ki,Görüş çərçivəsində Azərbaycan ilə Esvatini Krallığı arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Xüsusilə dağ-mədən sənayesində əməkdaşlıq imkanları, geoloji kəşfiyyat və qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin tətbiqi, həmçinin potensial birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.Nümayəndə heyətləri mineral ehtiyatların kəşfiyyatı, mədənlərin işlənməsi və emal zənciri üzrə əlavə dəyərin yaradılması, eləcə də mineral ehtiyatların xəritələşdirilməsi istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Görüşdə dağ-mədən sahəsi üzrə əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsinin hər iki ölkə üçün faydalı olacağı qeyd edilib....
21 May 2026, 12:28
WUF13-ə 175 ölkədən 38 mindən çox iştirakçı qatılıb
WUF13-ə 175 ölkədən 38 mindən çox iştirakçı qatılıb.“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən gündəlik media brifinqində UN-Habitat-ın Kommunikasiyalar şöbəsinin rəhbəri Yekaterina Mizqaçina deyib.O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ilk dörd günü ərzində tədbirdə 175-dən çox ölkədən 38 mindən artıq iştirakçı iştirak edib.Yekaterina Mizqaçinanın sözlərinə görə, forumu işıqlandırmaq üçün 800-dən çox media nümayəndəsi akkreditasiyadan keçib.UN-Habitat rəsmisi qeyd edib ki, forumun dördüncü günü mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv şəhər inkişafı mövzularına həsr olunub.O vurğulayıb ki, sessiyalarda şəhərlərin iqlim risklərinə uyğunlaşması, qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası və heç kimin kənarda qalmadığı mənzil həlləri müzakirə edilib.Yekaterina Mizqaçina əlavə edib ki, müzakirələr...
21 May 2026, 12:16
WUF13-də "Şəhərlər üçün izahlı lüğət"in təqdimat mərasimi keçirilib
WUF13 çərçivəsində "Şəhərlər üçün izahlı lüğət"in təqdimat mərasimi keçirilib.APA xəbər verir ki, lüğət “Şəhər planlaşdırması və lahiyələndirmə”, “Urbanizasiya və məskunlaşma nümunələri”, “Mənzil və torpaq fondu”, “İqlim və Ətraf Mühit”, “Yaşıl və mavi infrastruktur, “Mobillik və nəqliyyat”, “İnklüziv və davamlı Şəhərlər”, “Ağıllı Şəhərlər”, “İdarəetmə, siyasət və maliyyə” mövzularını və “BMT Çərçivələri”ni əhatə edir.Kitabın tərtibatçılarından biri Şücaət Əhmədzadə deyib ki, bu kitabın əsas auditoriyası vətəndaşlardır: “Yəni hər hansı mövzu ilə maraqlanan insanlar bu kitaba baxaraq deyə bilərlər ki, bunlar şəhər mühiti ilə bağlı tətbiq olunan terminlərdir. Biz anlayırıq ki, bu kitab insanlara qanunların daha yaxşı olması üçün təşəbbüs göstərməyə və şəhər mərkəzlərində...
21 May 2026, 12:00
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri mina təhlükəsizliyi ilə bağlı maarifləndiriliblər
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndiriliblər.Citypost.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Ağdam şəhəri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən ailələr üçün bununla bağlı tədbir keçirilib.Tədbirdə keçmiş məcburi köçkünlərə sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan müddətləri barədə məlumat verilib. Bildirilib ki, daimi yaşayış yerinə qayıdan şəxslər üçün müavinətin ödənilməsi üç illik müddət başa çatdıqdan sonra dayandırılır.Görüşdə, həmçinin mina təhlükəsinə dair hazırlanmış videoçarxlar nümayiş etdirilib, sakinlər təhlükəsizlik qaydalarına əməl etməyə çağırılıb.Qeyd olunub ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində...
21 May 2026, 11:26
Magistraturaya qəbul imtahanında təkrar iştirak üçün qeydiyyat elan edilir
14 iyun 2026-cı il tarixində keçiriləcək magistraturaya qəbul imtahanının ikinci cəhdində təkrar iştirak üçün qeydiyyat elan edilir.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bildirilib ki, bakalavrların ərizə qəbulu 23 may saat 23:59-dək internet vasitəsilə aparılır.İmtahan Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçiriləcək. Bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar iştirak edə bilərlər.17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı Bakı, Abşeron və Sumqayıtda imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlərQəbul imtahanında 2 və ya...
21 May 2026, 11:05
Muxtar Babayev: Azərbaycan beynəlxalq iqlim əməkdaşlığına sadiqliyini nümayiş etdirib
Bakıda COP29-un uğurla keçirilməsi Azərbaycanın beynəlxalq iqlim əməkdaşlığına və praktiki iqlim fəaliyyətinə sadiqliyini bir daha nümayiş etdirib.APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Azərbaycanın ilk milli davamlılıq standartının hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" tədbirində çıxışı zamanı deyib.Muxtar Babayev tədbirində çıxışı zamanı hazırda şəhərlərin iqlim riskləri ilə üz-üzə qaldığını bildirib.O qeyd edib ki, iqlim dəyişikliyi nəticəsində şəhərlər daşqınlar, isti hava dalğaları, quraqlıqlar, qasırğalar və infrastruktur problemləri ilə daha çox qarşılaşır:“Bu çağırışlar artıq gələcəyin deyil, bu günün reallığıdır. Dünya miqyasında iqtisadiyyata, ictimai sağlamlığa və milyonlarla insanın gündəlik həyatına birbaşa...
21 May 2026, 11:00