Azərbaycan Danimarkanı milli bayram münasibətilə təbrik edib
Cəmiyyət 05 İyun 2026, 11:15
1695
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Danimarkanı milli bayramı münasibətilə təbrik edib.
Citypost.az xəbər verir ki, bununla bağlı nazirliyin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
"Danimarka Krallığının Milli Günü münasibətilə ölkə hökuməti və xalqını səmimi qəlbdən təbrik edirik", - paylaşımda qeyd olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nazir müəlliməni təltif etdi
Səhiyyə naziri Teymur Musayev 2 nömrəli Bakı Baza Tibb Kollecinin anatomiya fənn müəllimi Yeganə Məmmədovanı təltif edib.Citypost.az xəbər verir ki, Nazirin müvafiq əmrinə əsasən, Yeganə Məmmədova səhiyyə sahəsində uzunmüddətli, səmərəli və qüsursuz fəaliyyətinə görə, Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.Qeyd edək ki, Fəxri Fərman Səhiyyə Nazirliyi tərəfindən səhiyyə sahəsində peşəkar fəaliyyəti ilə fərqlənən tibb işçilərinə təqdim olunur.Əli...
28 İyul 2026, 11:28
Laçında Səyyar ASAN xidmət təşkil olunub
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən növbəti Səyyar ASAN xidmət Laçın şəhərində təşkil edilib.Bu barədə Citypost.az-a agentlikdən məlumat verilib.Bildirilib ki, iyulun 30-na qədər vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilirlər.Qeyd edək ki bu günədək Səyyar ASAN xidmət çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində, Ağdərə rayonunun Talış kəndində, Cəbrayıl və Xankəndidə də vətəndaşlar səyyar xidmətlərdən yararlanıblar....
28 İyul 2026, 11:20
Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüb
Ombudsmanın nümayəndələri Suriyadan repatriasiyası həyata keçirilmiş Azərbaycan vətəndaşları ilə görüşüblər.Bu barədə Citypost.az-a Ombudsman Aparatından məlumat verilib.Bildirilib ki, Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 18 və 19 iyul tarixlərində Suriyadan 7-si qadın və 9-u uşaq olmaqla, ümumilikdə 16 nəfər Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib.Görüşdə repatriantlarla söhbət aparılıb, onların hüquqlarının təmini vəziyyəti və ehtiyacları öyrənilib, qadın və uşaqlar hüquq və azadlıqlarının müdafiəsi, eləcə də Ombudsmanın mandatı barədə ətraflı məlumatlandırılıb.Bununla yanaşı, müəssisə rəhbəri tərəfindən təsisatın...
28 İyul 2026, 10:55
Deputat: Ana dilinə hörmət milli kimliyə hörmətdir
Hər bir xalqın milli kimliyini yaşadan ən böyük mənəvi sərvət onun ana dilidir. Dil xalqın tarixini, mədəniyyətini, düşüncə tərzini, adət-ənənələrini və milli yaddaşını nəsildən-nəslə ötürən müqəddəs körpüdür. Məhz buna görə də Azərbaycan xalqı əsrlər boyu ana dilini qorumağı öz varlığını qorumaq qədər vacib hesab etmişdir. Bu gün ölkəmizdə hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü də ana dilimizə dövlət və xalq səviyyəsində göstərilən yüksək ehtiramın təzahürüdür.Azərbaycan dili zəngin tarixi inkişaf yolu keçmiş, türk dilləri ailəsinin ən qədim və ən inkişaf etmiş dillərindən biri kimi formalaşmışdır. Zəngin lüğət tərkibi, ahəngdarlığı və ifadə imkanları Azərbaycan xalqının minilliklər...
28 İyul 2026, 10:33
Güclü külək Bakıda 48 ağacı aşırdı
Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər 48 ağac aşıb, 63 budaq sınıb.Bu barədə Citypost.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.Bildirilib ki, birliyin briqadaları sınan ağacların kəsilməsini, budaqların budanmasını təmin ediblər.
28 İyul 2026, 10:30
Nazirlər Kabineti hərbi çağırış komissiyasının tərkibini yenilədi
Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvlərindən biri dəyişib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi"nin və "2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü"nün təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli Qərarında dəyişiklik edib.Dəyişikliklə komissiyanın üzvləri sırasında TƏBİB-i İcraçı direktor yox, direktor müavini təmsil edəcək....
28 İyul 2026, 10:15