Azərbaycan nümayəndə heyəti Ərdəbil valisi ilə görüş keçirib
Cəmiyyət 28 İyul 2026, 09:23
359
Milli Məclisin deputatı Ceyhun Məmmədov, mədəniyyət nazirinin müavini Fərid Cəfərli və AMEA-nın prezidenti, akademik İsa HəbibbəyliƏrdəbil Həftəsi çərçivəsində İranın Ərdəbil əyalətinin valisi Məsud İmami Yeganə ilə görüşüblər.
Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan–İran münasibətlərinin hazırkı vəziyyəti, regionlararası əməkdaşlığın genişləndirilməsi, iqtisadi, ticarət, mədəni-humanitar və turizm sahələrində əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin Azərbaycan–İran münasibətlərinin inkişafına, qarşılıqlı etimadın möhkəmlənməsinə və yüksək səviyyəli siyasi dialoqun genişlənməsinə mühüm töhfə verdiyi vurğulanıb. Eyni zamanda, iki ölkəni birləşdirən tarixi, dini və mədəni bağların əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd edilib.
Tərəflər regionlar arasında birbaşa əlaqələrin genişləndirilməsinin, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və birgə layihələrin həyata keçirilməsinin iqtisadi münasibətlərin inkişafına, investisiya imkanlarının artmasına, ticarət dövriyyəsinin genişlənməsinə, eləcə də mədəni-humanitar və turizm əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verəcəyini bildiriblər.
Görüşdə gələcək əməkdaşlığın perspektivləri də müzakirə olunub və regionlararası əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Həmçinin oxuyun
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
İyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 23-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq....
28 İyul 2026, 12:37
Dini inanclılarla bağlı paylaşım edən şəxs saxlanılıb
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs tutulub.Citypost.az xəbər verir ki, sosial şəbəkələrdə dini inanclı şəxslərlə bağlı qanunvericiliyə zidd paylaşımlar edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir.
28 İyul 2026, 12:09
XİN Perunu Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Perunu Milli Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bununla bağlı nazirliyin "X" sosial media hesabında paylaşım edilib."Peru Respublikasının Milli Günü münasibətilə Peru xalqına ən səmimi təbriklərimizi çatdırırıq.Peru, Milli Günün mübarək!", - paylaşımda qeyd olunub.
28 İyul 2026, 11:58
Bəzi ərazilərdə iki gün su olmayacaq
Bakı şəhərinin və Abşeron rayonunun bəzi qəsəbələrində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.Bu barədə Citypost.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.Bildirilib ki, buna səbəb Abşeron rayonu, Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələri, Corat bağ massivi, eləcə də Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti başa çatmış qəzalı su xəttinin bir hissəsinin yenisi ilə əvəz olunması işləridir.Məlumata görə, təmir işləri ilə əlaqədar iyulun 28-i səhər saatlarından iyulun 30-u günorta saatlarınaq qədər qeyd olunan ərazilərdə su təchizatında fasilə olacaq....
28 İyul 2026, 11:44
XİN: Zaxarovanın fikirləri reallığı təhrif edir
"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın növbəti dəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır".Citypost.az xəbər verir ki, bunu XİN-in sözçüsü Ayxan Hacızadə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin Qarabağ bölgəsi və KTMT mövzusunda şərhi ilə bağlı sualı cavablayarkən deyib."Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Bu səbəbdən, KTMT mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi...
28 İyul 2026, 11:42
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunmuş Vətən müharibəsi şəhidi Elşən Orucovun məzarının baxımsız vəziyyətdə olması ilə bağlı iddialar yayılıb. Citypost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə onun övladı Ehtiram Orucovun videomüraciəti paylaşılıb. Şəhid övladı deyib ki, atasının məzarının üzlüyü, mərmər hissəsi qopub tökülüb: “Bayraq yerindən çıxıb, tərsinə asılıb. Qəbiristanlıq təmizlənməyib. Məzarın ətrafındakı ot-alağı özümüz təmizləmişik. Həmçinin, bu 6 il ərzində Qazax RİH-dən qapımızı açan olmayıb...”Bu iddialarla bağlı Qafqazinfo Qazax Rayon İcra Hakimiyyətinə müraciət edib. RİH-dən saytın sorğusuna cavab olaraq bildirildi ki, rayonda bütün şəhid ailələri, o cümlədən Vətən müharibəsi şəhidi Orucov Elşən Ehtiram oğlunun ailəsi daim diqqət mərkəzində saxlanılır, onların...
28 İyul 2026, 11:33