Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan rəsmləri Xameneinin dəfnində iştirak edəcəklər

Cəmiyyət 03 İyul 2026, 09:08

433

İranın sabiq Ali rəhbəri Seyid Əli Xameneinin dəfn mərasimində Azərbaycandan nümayəndə heyəti iştirak edəcək.

Citypost.az xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.

Qeyd edək ki, Əli Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.

Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb.

Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

Əlavə edək ki, İranın Ali Rəhbərinin nümayəndəsi Ayətullah Həkim Elahi Müctəba Xameneinin atasının dəfnində iştirak etməyəcəyini açıqlayıb.

O bunu təhlükəsizlik məsələləri ilə əsaslandırıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Elnur Allahverdiyev: Leyla Əliyeva nəcibliyin və xeyirxahlığın nümunəsidir

Sabiq deputat Elnur Allahverdiyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günü münasibətilə paylaşım edib.Citypost.az xəbər verir ki, O, paylaşımında Leyla Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, ekoloji maarifləndirmə və sosial layihələrin həyata keçirilməsində mühüm xidmətlər göstərdiyini vurğulayıb.Elnur Allahverdiyev qeyd edib ki, Leyla Əliyeva fəaliyyəti ilə cəmiyyətə xeyirxahlıq, zəriflik və yüksək mənəvi dəyərlər aşılayır, həyata keçirdiyi layihələrdə nəciblik və humanizm prinsiplərini ön plana çıxarır.Sabiq deputatın sözlərinə görə, onun rəhbərliyi ilə reallaşdırılan təşəbbüslər ölkənin sosial və mədəni həyatının zənginləşməsinə töhfə verməklə yanaşı, cəmiyyətdə mərhəmət və həmrəylik dəyərlərinin möhkəmlənməsinə də xidmət edir....

03 İyul 2026, 10:56

Kənd təsərrüfatı torpaqlarını satan şəxslər məsuliyyətə cəlb olundu

Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını qanunsuz zəbt edib satan şəxslər cinayət məsuliyyətinə cəlb olunub.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.Cinayət işi həmin nazirliyin tabeliyində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin istifadəsində olan, Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən dövlət mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz zəbt edilərək ayrı-ayrı şəxslərə satılması faktları üzrə istintaq olunub.İbtidai istintaqla 11 nəfərin – Əliyev Qalib Mirzə oğlu, Hüseynov Anar Rafiq oğlu, Əşrəfov Ceyhun Adil...

03 İyul 2026, 10:40

Xarkovda həlak olan azərbaycanlı tələbə Kürdəmirdə dəfn edildi

Rusiyanın Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində həlak olan 23 yaşlı azərbaycanlı tələbə Fatimə Hüseynova Kürdəmirdə dəfn olunub."Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, ötən gün Azərbaycana gətirilən mərhumun nəşi bu gün səhər saatlarında ata ocağı olan Kürdəmirin Ərəbqubalı kəndində ailəsinə təhvil verilib.Kənddə mərhumla vida mərasimi keçrilib və cənazə namazı qılınıb.Daha sonra F.Hüseynova Ərəbqubalı kənd qəbiristanlığında torpağa tapşırılıb.Qeyd edək ki, 23 yaşlı Azərbaycan vətəndaşı Hüseynova Fatimə İlyas qızı iyunun 29-da Rusiya hərbi qüvvələrinin Ukraynanın Xarkov şəhərinin Xolodnohirsk rayonuna endirdiyi idarəolunan aviasiya bombası zərbəsi nəticəsində həlak olub. O, Xarkov Milli Tibb Universitetinin tələbəsi idi.F.Hüseynova iyunun 30-u Xarkov şəhərində keçiriləcək diplom təqdimetmə...

03 İyul 2026, 10:24

Dövlət Xidməti: Korrupsiya ilə bağlı 88 nəfərin işi prokurorluğa göndərildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiya halları ilə bağlı 88 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.Bu barədə Citypost.az-a xidmətdən məlumat verilib.Bildirilib ki, cari ilin 6 ayı ərzində də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilib.Belə ki, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin müvafiq dövründə 75 əməkdaş (onlardan 42-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 2 əməkdaş mənfi əsaslarla ehtiyata...

03 İyul 2026, 10:22

Ramin Məmmədov Özbəkistanda keçiriləcək I Beynəlxalq İslam Forumunda iştirak edəcək 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Özbəkistanda "İslam sivilizasiyası: sülh, tolerantlıq və maarifləndirmə yolu" adlı I Beynəlxalq Forumda iştirak edəcək.Bu barədə Citypost.az-a komitədən məlumat verilib.Qeyd edilib ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək forum iyulun 6-dan 8-nə qədər davam edəcək.Tədbir çərçivəsində dövlət rəsmiləri, tanınmış din xadimləri, transmilli təşkilatların, aparıcı elm-təhsil müəssisələrinin və media platformalarının rəhbərlərinin iştirakı ilə plenar iclaslar, elmi konfranslar, strateji müzakirələr və təqdimatlar baş tutacaq.Bildirilib ki, ilk dəfə təşkil olunan Forum XXI əsrdə müsəlman coğrafiyasında sülh mühitinin, qarşılıqlı hörmətin, sivilizasiyalararası dialoqun və qlobal humanitar...

03 İyul 2026, 10:03

Nigar Sabirqızı: Acınacaqlı vəziyyətdir

Jurnalist Nigar Sabirqızı sosial şəbəkədə paylaşdığı fikirlərlə son günlərin ən çox müzakirə olunan hadisələrindən birinə münasibət bildirib.Citypost.az xəbər verir ki, aparıcı qeyd edib ki, haqqında danışılan şəxsin günahkar və ya günahsız olması barədə hökm vermək onun işi deyil. Lakin onu düşündürən əsas məsələ hadisənin niyə bu qədər böyük ictimai rezonans doğurmasıdır.Nigar Sabirqızının fikrincə, ölkədə hər gün məhkəmə prosesləri keçirilir, insanlar müxtəlif səbəblərlə həbs olunur və ailələrin taleyi dəyişir. Buna baxmayaraq, həmin hadisələr bu qədər geniş müzakirə mövzusuna çevrilmir. O hesab edir ki, sözügedən şəxsin fərqi yalnız TikTok fenomeni olmasıdır.Jurnalist bildirib ki, bu gün həmin şəxsi sərt şəkildə tənqid edənlərin əhəmiyyətli...

03 İyul 2026, 09:39