Nigar Sabirqızı: Acınacaqlı vəziyyətdir
Cəmiyyət 03 İyul 2026, 09:39
556
Jurnalist Nigar Sabirqızı sosial şəbəkədə paylaşdığı fikirlərlə son günlərin ən çox müzakirə olunan hadisələrindən birinə münasibət bildirib.
Citypost.az xəbər verir ki, aparıcı qeyd edib ki, haqqında danışılan şəxsin günahkar və ya günahsız olması barədə hökm vermək onun işi deyil. Lakin onu düşündürən əsas məsələ hadisənin niyə bu qədər böyük ictimai rezonans doğurmasıdır.
Nigar Sabirqızının fikrincə, ölkədə hər gün məhkəmə prosesləri keçirilir, insanlar müxtəlif səbəblərlə həbs olunur və ailələrin taleyi dəyişir. Buna baxmayaraq, həmin hadisələr bu qədər geniş müzakirə mövzusuna çevrilmir. O hesab edir ki, sözügedən şəxsin fərqi yalnız TikTok fenomeni olmasıdır.
Jurnalist bildirib ki, bu gün həmin şəxsi sərt şəkildə tənqid edənlərin əhəmiyyətli hissəsi vaxtilə onu izləyərək, müzakirə edərək və məşhurlaşdıraraq “ulduz” statusuna yüksəldən insanlardır. Onun sözlərinə görə, ciddi uğuru və ya cəmiyyətə töhfəsi olmayan şəxslərin sosial şəbəkələr vasitəsilə sürətlə populyarlaşması, daha sonra isə eyni sürətlə tənqid hədəfinə çevrilməsi artıq adi hala çevrilib.
Həmçinin oxuyun
Nigar Sabirqızı vurğulayıb ki, problem təkcə bir TikTokerlə bağlı deyil. Əsas məsələ cəmiyyətin kimləri məşhurlaşdırması və diqqətini hansı insanlara yönəltməsidir. O, insanların bir şəxsin həbsindən sonra rahatlıq tapdığını, lakin qısa müddət sonra eyni maraqla başqa bir “ulduz”un həyatını izləməyə davam etdiyini qeyd edib.
Jurnalistin fikrincə, dəyişən yalnız adlardır, dəyişməyən isə cəmiyyətin diqqət və maraq istiqamətidir. O, bu mənzərəni acınacaqlı vəziyyət kimi dəyərləndirib.
Qeyd edək ki, ötən gün tiktoker İlduzə Hacıyevaya (Arzum) hökm oxunub. O, ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 2 ay azadlıqdan məhrum edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gürcüstanda axtarışda olan həmyerlimiz tutuldu
Batumidə (Gürcüstan) İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.Bu barədə "Report" Gürcüstanın Daxili İşlər Naziriliyinə istinadən xəbər verir.Nazirlikdən qeyd edilib ki, hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş verilmə prosedurları həyata keçirilir."Acarıstan Kriminal Polisi Mərkəzi İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Azərbaycan Respublikası vətəndaşını həbs ediblər. Saxlanılan şəxs bir sıra ağır cinayətlər törətdiyinə görə Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğusu əsasında İnterpol xətti ilə axtarışa verilmişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq hərəkətlərinin yekunlarına əsasən axtarışda olan şəxsi Batumidə saxlayıblar", - bildirilib....
03 İyul 2026, 11:23
Rumiyyə Miraslan: Bu qədər həssaslıq haradan yarandı?
Jurnalist Rumiyyə Miraslan sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə son günlər müzakirə olunan məsələ ilə bağlı münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist yazıb:“Türkiyə Galatasaraylılar və Fənərbaxçalılar olaraq ikiyə bölünən kimi Azərbaycan da günlərdir Arzumçular və Arzumçuolmayanlar dəstələrinə bölünüb. Maşallah, ağzına su alıb bir kəlmə kəsməyən dovşanlar belə, şirə dönüblər bu məsələdə, kimisi hakimlik edir, kimisi vəkillik, kimisi də ekspertlik. Xub, bura qədər başa düşdük, vicdanınız imkan vermir səssiz qalasız. Amma… amması odur ki, indiyə qədər neçə-neçə günahsız insan həbs olunanda, neçə-neçə harın məmur və onların harın balalarının törətdiyi cinayətlərə görə başqaları içəri atılanda, neçə-neçə qeyrətli oğullar heç nədən zindanda çürüdüləndə nöş...
03 İyul 2026, 11:17
Xankəndi və Ağdərədə 110 kV-luq yarımstansiyalar tikilir
“AzərEnerji” ASC tərəfindən Xankəndi şəhərində 110/35/10 kV-luq “Xankəndi-2” və Ağdərə rayonunda 110/35/10 kV-luq “Həsənriz” yarımstansiyaları sökülərək ən müasir rəqəmsal texnologiyalar əsasında yenidən inşa edilir.“AzərEnerji”dən Citypost.az-a verilən məlumata görə, “Xankəndi-2” yarımstansiyasının tikintisi Xankəndi şəhərinin, ətraf yaşayış məntəqələrinin və bütün mühüm infrastruktur obyektlərinin daha etibarlı, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatına imkan verəcək.Ağdərə rayonunda tikilən “Həsənriz” yarımstansiyası isə rayonun istehlakçılarının, o cümlədən sənaye müəssisələrinin enerji təchizatının etibarlılığını artırmaqla yanaşı, “Sərsəng” və bölgədə fəaliyyət göstərən digər su elektrik stansiyalarında istehsal olunan enerjinin ölkənin enerji sisteminə təhlükəsiz və fasiləsiz ötürülməsini təmin edəcək.Məlumata görə, “Xankəndi-2” və “Həsənriz” yarımstansiyalarında kommutasiya avadanlıqlarının məsafədən idarə olunması və...
03 İyul 2026, 11:08
Azər Həsrət: Azərbaycan öz ənənələrini qorumalıdır
Siyasi şərhçi Azər Həsrət Qazaxıstanda niqab geyiminə tətbiq olunan məhdudiyyətlərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, siyasətçi sosial şəbəkədə etdiyi paylaşımda qardaş Qazaxıstanın bu məsələdə qətiyyət nümayiş etdirdiyini və təhlükələrin qarşısını aldığını bildirib. Azər Həsrət hesab edir ki, Azərbaycan da bu istiqamətdə prinsipial addımlar atmalıdır.Siyasi şərhçinin sözlərinə görə, din adı altında xarici ideoloji təsirlərin cəmiyyətə nüfuz etməsinə yol verilməməlidir. O vurğulayıb ki, məsələ insanların dini inancı və ya məzhəbi ilə bağlı deyil, milli-mədəni dəyərlərin və ictimai təhlükəsizliyin qorunması ilə əlaqədardır.Azər Həsrət qeyd edib ki, Azərbaycan cəmiyyətinin özünəməxsus ənənələri və həyat tərzi mövcuddur və bu xüsusiyyətlərin qorunması dövlətin və cəmiyyətin əsas...
03 İyul 2026, 11:04
Elnur Allahverdiyev: Leyla Əliyeva nəcibliyin və xeyirxahlığın nümunəsidir
Sabiq deputat Elnur Allahverdiyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günü münasibətilə paylaşım edib.Citypost.az xəbər verir ki, O, paylaşımında Leyla Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, ekoloji maarifləndirmə və sosial layihələrin həyata keçirilməsində mühüm xidmətlər göstərdiyini vurğulayıb.Elnur Allahverdiyev qeyd edib ki, Leyla Əliyeva fəaliyyəti ilə cəmiyyətə xeyirxahlıq, zəriflik və yüksək mənəvi dəyərlər aşılayır, həyata keçirdiyi layihələrdə nəciblik və humanizm prinsiplərini ön plana çıxarır.Sabiq deputatın sözlərinə görə, onun rəhbərliyi ilə reallaşdırılan təşəbbüslər ölkənin sosial və mədəni həyatının zənginləşməsinə töhfə verməklə yanaşı, cəmiyyətdə mərhəmət və həmrəylik dəyərlərinin möhkəmlənməsinə də xidmət edir....
03 İyul 2026, 10:56
Kənd təsərrüfatı torpaqlarını satan şəxslər məsuliyyətə cəlb olundu
Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını qanunsuz zəbt edib satan şəxslər cinayət məsuliyyətinə cəlb olunub.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.Cinayət işi həmin nazirliyin tabeliyində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin istifadəsində olan, Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən dövlət mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz zəbt edilərək ayrı-ayrı şəxslərə satılması faktları üzrə istintaq olunub.İbtidai istintaqla 11 nəfərin – Əliyev Qalib Mirzə oğlu, Hüseynov Anar Rafiq oğlu, Əşrəfov Ceyhun Adil...
03 İyul 2026, 10:40