Bizə yazın

Baku

-°C

USD

-

Ordubad rayonuna təbii qazın verilişi bərpa olunub

Cəmiyyət 03 İyul 2026, 09:30

482

Culfa rayonunun Yaycı kəndi ərazisində minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində Ordubad rayonunu təbii qazla təmin edən magistral xətdə yaranmış qəza aradan qaldırılıb.

Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə səbəbindən bu gün saat 16:55-dən etibarən Ordubad rayonunun qaz təchizatı müvəqqəti dayandırılmışdı. Aidiyyəti qurumun əməkdaşları tərəfindən aparılan operativ təmir-bərpa işləri uğurla yekunlaşdırılıb və rayona təbii qazın verilişi tam şəkildə bərpa olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xankəndi və Ağdərədə 110 kV-luq yarımstansiyalar tikilir 

“AzərEnerji” ASC tərəfindən Xankəndi şəhərində 110/35/10 kV-luq “Xankəndi-2” və Ağdərə rayonunda 110/35/10 kV-luq “Həsənriz” yarımstansiyaları sökülərək ən müasir rəqəmsal texnologiyalar əsasında yenidən inşa edilir.“AzərEnerji”dən Citypost.az-a verilən məlumata görə, “Xankəndi-2” yarımstansiyasının tikintisi Xankəndi şəhərinin, ətraf yaşayış məntəqələrinin və bütün mühüm infrastruktur obyektlərinin daha etibarlı, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatına imkan verəcək.Ağdərə rayonunda tikilən “Həsənriz” yarımstansiyası isə rayonun istehlakçılarının, o cümlədən sənaye müəssisələrinin enerji təchizatının etibarlılığını artırmaqla yanaşı, “Sərsəng” və bölgədə fəaliyyət göstərən digər su elektrik stansiyalarında istehsal olunan enerjinin ölkənin enerji sisteminə təhlükəsiz və fasiləsiz ötürülməsini təmin edəcək.Məlumata görə, “Xankəndi-2” və “Həsənriz” yarımstansiyalarında kommutasiya avadanlıqlarının məsafədən idarə olunması və...

03 İyul 2026, 11:08

Azər Həsrət: Azərbaycan öz ənənələrini qorumalıdır

Siyasi şərhçi Azər Həsrət Qazaxıstanda niqab geyiminə tətbiq olunan məhdudiyyətlərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, siyasətçi  sosial şəbəkədə etdiyi paylaşımda qardaş Qazaxıstanın bu məsələdə qətiyyət nümayiş etdirdiyini və təhlükələrin qarşısını aldığını bildirib. Azər Həsrət hesab edir ki, Azərbaycan da bu istiqamətdə prinsipial addımlar atmalıdır.Siyasi şərhçinin sözlərinə görə, din adı altında xarici ideoloji təsirlərin cəmiyyətə nüfuz etməsinə yol verilməməlidir. O vurğulayıb ki, məsələ insanların dini inancı və ya məzhəbi ilə bağlı deyil, milli-mədəni dəyərlərin və ictimai təhlükəsizliyin qorunması ilə əlaqədardır.Azər Həsrət qeyd edib ki, Azərbaycan cəmiyyətinin özünəməxsus ənənələri və həyat tərzi mövcuddur və bu xüsusiyyətlərin qorunması dövlətin və cəmiyyətin əsas...

03 İyul 2026, 11:04

Elnur Allahverdiyev: Leyla Əliyeva nəcibliyin və xeyirxahlığın nümunəsidir

Sabiq deputat Elnur Allahverdiyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günü münasibətilə paylaşım edib.Citypost.az xəbər verir ki, O, paylaşımında Leyla Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, ekoloji maarifləndirmə və sosial layihələrin həyata keçirilməsində mühüm xidmətlər göstərdiyini vurğulayıb.Elnur Allahverdiyev qeyd edib ki, Leyla Əliyeva fəaliyyəti ilə cəmiyyətə xeyirxahlıq, zəriflik və yüksək mənəvi dəyərlər aşılayır, həyata keçirdiyi layihələrdə nəciblik və humanizm prinsiplərini ön plana çıxarır.Sabiq deputatın sözlərinə görə, onun rəhbərliyi ilə reallaşdırılan təşəbbüslər ölkənin sosial və mədəni həyatının zənginləşməsinə töhfə verməklə yanaşı, cəmiyyətdə mərhəmət və həmrəylik dəyərlərinin möhkəmlənməsinə də xidmət edir....

03 İyul 2026, 10:56

Kənd təsərrüfatı torpaqlarını satan şəxslər məsuliyyətə cəlb olundu

Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını qanunsuz zəbt edib satan şəxslər cinayət məsuliyyətinə cəlb olunub.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.Cinayət işi həmin nazirliyin tabeliyində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin istifadəsində olan, Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən dövlət mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz zəbt edilərək ayrı-ayrı şəxslərə satılması faktları üzrə istintaq olunub.İbtidai istintaqla 11 nəfərin – Əliyev Qalib Mirzə oğlu, Hüseynov Anar Rafiq oğlu, Əşrəfov Ceyhun Adil...

03 İyul 2026, 10:40

Xarkovda həlak olan azərbaycanlı tələbə Kürdəmirdə dəfn edildi

Rusiyanın Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində həlak olan 23 yaşlı azərbaycanlı tələbə Fatimə Hüseynova Kürdəmirdə dəfn olunub."Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, ötən gün Azərbaycana gətirilən mərhumun nəşi bu gün səhər saatlarında ata ocağı olan Kürdəmirin Ərəbqubalı kəndində ailəsinə təhvil verilib.Kənddə mərhumla vida mərasimi keçrilib və cənazə namazı qılınıb.Daha sonra F.Hüseynova Ərəbqubalı kənd qəbiristanlığında torpağa tapşırılıb.Qeyd edək ki, 23 yaşlı Azərbaycan vətəndaşı Hüseynova Fatimə İlyas qızı iyunun 29-da Rusiya hərbi qüvvələrinin Ukraynanın Xarkov şəhərinin Xolodnohirsk rayonuna endirdiyi idarəolunan aviasiya bombası zərbəsi nəticəsində həlak olub. O, Xarkov Milli Tibb Universitetinin tələbəsi idi.F.Hüseynova iyunun 30-u Xarkov şəhərində keçiriləcək diplom təqdimetmə...

03 İyul 2026, 10:24

Dövlət Xidməti: Korrupsiya ilə bağlı 88 nəfərin işi prokurorluğa göndərildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiya halları ilə bağlı 88 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.Bu barədə Citypost.az-a xidmətdən məlumat verilib.Bildirilib ki, cari ilin 6 ayı ərzində də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilib.Belə ki, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin müvafiq dövründə 75 əməkdaş (onlardan 42-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 2 əməkdaş mənfi əsaslarla ehtiyata...

03 İyul 2026, 10:22