Bizə yazın

Baku

-°C

USD

-

Rusiyada yanacaq qıtlığı fonunda il sonunadək "Avro-3" benzininin dövriyyəsinə icazə verilib

Dünya 03 İyul 2026, 08:38

421

Rusiyanın Baş naziri Mixail Mişustin 2026-cı ilin sonuna qədər "Avro-3" standartları üzrə benzinin dövriyyəsinə icazə verən qərar imzalayıb.

Citypost.az "Report"a istinadən xəbər verir ki, sənəd ölkənin rəsmi internet portalında dərc olunub.

Qərara əsasən, bəzi neft emalı zavodlarına tərkibində kükürdün miqdarına dair aşağı salınmış tələblərlə (hər kiloqram üçün 150 milliqramdan çox olmamaqla) avtomobil benzini dövriyyəyə buraxmağa icazə verilir.

"Qəbul edilən qərar mövcud tələbatı ödəmək üçün daxili bazara əlavə yanacaq həcmlərini yönəltməyə imkan verəcək", - Energetika Nazirliyindən bildirilib.

İyunun 28-də Rusiya Prezidenti Vladimir Putin ölkədə yanacaq qıtlığı barədə açıqlama verib, bununla belə, Rusiya lideri yanacaq çatışmazlığını "qeyri-kritik" adlandırıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tramp: Hazırda biz qızıl dövrümüzü yaşayırıq

Hazırda biz qızıl dövrümüzü yaşayırıq.AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp CNBC-yə müsahibəsində deyib."Bu gün əvvəlkindən daha çox fabrik tikilir. Bu gün ölkəmizin tarixində heç vaxt olmadığı qədər çox insan işləyir və indiyə qədər qazandıqlarından daha çox pul qazanan insanlar var. Mən varlı deyil, orta təbəqədən danışıram” - deyə Tramp əlavə edib.

03 İyul 2026, 09:45

Münxendə isti havaya görə fövqəladə vəziyyət elan edilib

Almaniyanın cənubunda, Bavariyanın paytaxtı Münxendə rekord istilər, quraqlıq və yeraltı suların səviyyəsinin aşağı düşməsi səbəbindən su təchizatı ilə əlaqədar fövqəladə vəziyyət elan edilib."Report" "Bild"ə istinadən xəbər verir ki, bunu şəhərin meri Dominik Krauze bildirib."Biz 1970-ci illərin əvvəllərindən bəri görünməyən müstəsna vəziyyətlə üz-üzəyik. Davamlı istilər səbəbindən suya olan tələbatın əhəmiyyətli dərəcədə artması Münxenin bələdiyyə su təchizatı sistemini son həddə çatdırır. Buna görə də biz şəhər olaraq suya qənaət etmək üçün dərhal tədbirlər görəcəyik", - o vurğulayıb.Şəhər meri həmçinin vəzifəsi qalan ehtiyatları qoruyub saxlamaq üçün tədbirlər işləyib hazırlamaq olan işçi qrupu yaradıb.Nəşr dəqiqləşdirib ki, hazırda içməli su təchizatı sabit olaraq qalır. Bununla...

03 İyul 2026, 08:27

Tramp sərvətinin trilyon dollara çatması münasibətilə Maskı təbrik edib

ABŞ Prezidenti Donald Tramp, “SpaceX”in qurucusu İlon Maskın sərvətinin 1 trilyon dolları keçməsi münasibətilə ona təbrik göndərdiyini açıqlayıb.Citypost.az APA-a istinadən xəbər verir ki, Tramp bu barədə “CNBC“yə müsahibəsi zamanı danışıb."Mən ona bir məktub yazdım və “Təbrik edirəm, çox yaxşı” - dedim”, - Tramp deyibTramp Maskla çox yaxşı münasibətləri olduğunu da vurğulayıb.

03 İyul 2026, 08:00

Manavazyan Ermənistan parlamentində "Vətəndaş müqaviləsi" fraksiyasının rəhbəri olacaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının parlament fraksiyasının rəhbəri Arusyak Manavazyan olacaq.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.Onun namizədliyini partiyanın İdarə Heyəti növbəti iclasında təsdiqləyib.Daha əvvəl fraksiyanın rəhbəri vəzifəsini Ermənistan parlamentinin sədr müavini vəzifəsinə namizədliyi irəli sürülən Ayk Koncoryan tuturdu.

02 İyul 2026, 21:34

Simonyan Ermənistan prezidenti ilə görüşdü

"Qəbulunuz, birgə fəaliyyətiniz və əməkdaşlığınız üçün təşəkkür edirəm"."Unikal" xəbər verir ki, bunu Milli Assambleyanın sədri Alen Simonyan Ermənistan prezidenti Vaaqn Xaçaturyanla prezident iqamətgahında görüşündə bildirib.Görüş zamanı Simonyan bildirib ki, Milli Assambleya sədri kimi ona gördüyü işə, əməkdaşlığına, həm də səlahiyyət müddətinin sonunda həm dostcasına, həm də praktik məsləhətlərinə və dəstəyinə görə təşəkkür etməsini məqsədəuyğun hesab edib.Öz növbəsində, Xaçaturyan 8-ci Milli Məclisin işinin və Alen Simonyanın 2021-ci ildən 2026-cı ilə qədər parlamentə rəhbərlik etməsindəki rolunun əhəmiyyətini vurğulayıb.Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan parlament mandatından istefa verib. ...

02 İyul 2026, 20:57

26 nəfər həbs olundu - Türkiyədə narkotik əməliyyatı

Türkiyənin İstanbul və digər şəhərlərində keçirilən əməliyyatlar zamanı 1 ton 45 kiloqram narkotik vasitə və 173 min 9 ədəd narkotik tərkibli həb aşkarlanıb, saxlanılan şübhəlilərdən 26-sı həbs edilib.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.Bildirilib ki, iyunun 15-30-u tarixlərində ölkə daxilində və beynəlxalq səviyyədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilən cinayətkar qruplaşmalara, eləcə də şəhərdə fəaliyyət göstərən küçə satıcılarına qarşı əməliyyatlar keçirilib.İstanbul, Tekirdağ, Gümüşhane və Kocaeli vilayətlərində keçirilən əməliyyatlar zamanı 80 nəfər şübhəli saxlanılıb. Əməliyyat zamanı 1 ton 45 kiloqram narkotik vasitə, 173 min 9 ədəd narkotik tərkibli həb və 2 ədəd avtomatik...

02 İyul 2026, 20:34