Bizə yazın

Baku

-°C

USD

-

Bu əlamətlər varsa, mütləq qastroenteroloqa müraciət edin – Mütəxəssis xəbərdarlığı

Tibb 03 İyul 2026, 08:58

455

Mədə-bağırsaq sistemi ilə bağlı problemlər insanların gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərən ən geniş yayılmış sağlamlıq problemlərindən biridir. Lakin bir çox hallarda insanlar bu əlamətləri adi hal kimi qəbul edir, həkimə müraciəti gecikdirir və nəticədə xəstəliklər daha ağır mərhələyə keçir.

Citypost.az xəbər verir ki, qastroenteroloq Dr. Aynur Qurbanovanın  sözlərinə görə, pasiyentlərin ən çox ünvanladıqları suallardan biri məhz “Mədə-bağırsaq həkiminə hansı hallarda müraciət etmək lazımdır?” sualıdır.

Mütəxəssis bildirir ki, davamlı köp və qarında şişkinlik hissi yaşayan insanlar bu şikayətləri diqqətdən kənarda qoymamalıdırlar. Çünki köp bəzən sadə qidalanma pozğunluğundan qaynaqlansa da, bəzi hallarda mədə, bağırsaq, qaraciyər və ya öd sistemi xəstəliklərinin ilkin əlaməti ola bilər.

Ağızda davamlı turş və ya acı dadın hiss olunması da qastroenteroloqa müraciət üçün vacib səbəblərdən hesab olunur. Bu əlamətlər əksər hallarda qastroezofageal reflüks xəstəliyi, mədə turşuluğunun artması və ya öd yolları ilə bağlı problemlərlə əlaqəli ola bilər.

Qıcqırma və tez-tez gəyirmə halları da diqqətdən kənarda qalmamalıdır. Xüsusilə yeməkdən sonra yaranan yanğı hissi, döş qəfəsində narahatlıq və boğaza doğru turş mayenin gəlməsi reflüks xəstəliyinin göstəricisi ola bilər.

Mütəxəssislər ishal və qəbizliyin uzun müddət davam etməsinin də ciddi araşdırılmalı olduğunu bildirirlər. Bir neçə gündən artıq davam edən ishal, xüsusilə halsızlıq, çəki itkisi və qarın ağrıları ilə müşayiət olunursa, mütləq həkim müayinəsi tələb olunur.

Eyni zamanda, davamlı qəbizlik də sadəcə həyat tərzi ilə əlaqədar problem kimi qiymətləndirilməməlidir. Çünki bəzi hallarda bu vəziyyət bağırsaq xəstəliklərinin, hormonal pozğunluqların və hətta onkoloji proseslərin əlaməti ola bilər.

Qastroenteroloqların diqqət çəkdiyi ən vacib məqamlardan biri isə böyük bayıra gedərkən qan müşahidə olunmasıdır. İstər açıq qırmızı rəngdə, istərsə də tünd rəngdə olan qanaxmalar mütləq şəkildə araşdırılmalıdır. Bu hallar babasil, anal çatlar və ya iltihabi proseslərlə əlaqəli olsa da, bəzi hallarda bağırsaq şişlərinin və digər ciddi xəstəliklərin ilk əlaməti ola bilər.

Səbəbi bilinməyən qanazlığı da mədə-bağırsaq sistemi xəstəliklərinin xəbərçisi ola bilər. Həkimlər qeyd edirlər ki, xüsusilə dəmir çatışmazlığı anemiyası olan şəxslərdə daxili qanaxma ehtimalı araşdırılmalı və mədə-bağırsaq sistemi müayinədən keçirilməlidir.

Mütəxəssislər ailəsində və yaxın qohumlarında mədə, bağırsaq və digər həzm sistemi onkoloji xəstəlikləri aşkarlanan insanların daha diqqətli olmalarını tövsiyə edirlər. Belə şəxslər risk qrupuna daxil olduqları üçün profilaktik müayinələrdən vaxtında keçməli, hər hansı şikayət olmasa belə, mütəmadi olaraq qastroenteroloqun nəzarətində olmalıdırlar.

Həkimlərin sözlərinə görə, erkən diaqnostika bir çox mədə-bağırsaq xəstəliklərinin uğurlu müalicəsində əsas rol oynayır. Xəstəlik ilkin mərhələdə müəyyən edildikdə həm müalicə daha asan olur, həm də ağırlaşmaların qarşısını almaq mümkünləşir.

Mütəxəssislər vurğulayırlar ki, insanların ən böyük səhvlərindən biri uzun müddət özbaşına dərman qəbul etmələri və ya müxtəlif xalq təbabəti üsullarına üstünlük vermələridir. Halbuki hər bir əlamətin arxasında fərqli səbəblər dayana bilər və düzgün diaqnoz yalnız tibbi müayinələr nəticəsində qoyulur.

Bu səbəbdən davamlı köp, qıcqırma, ağızda turş və acı dad, ishal, qəbizlik, qanazlığı və ya nəcisdə qan müşahidə edilərsə, vaxt itirmədən mütəxəssisə müraciət etmək tövsiyə olunur. Erkən diaqnostika və düzgün müalicə bir çox ciddi xəstəliklərin qarşısını almağın ən effektiv yoludur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Həddindən artıq tərləmə hansı xəstəliklərin xəbərçisi ola bilər? – Mütəxəssisdən açıqlama

Həddindən artıq tərləmə bir çox hallarda adi fizioloji proses kimi qəbul edilsə də, mütəxəssislər bunun bəzi xəstəliklərin ilkin əlaməti ola biləcəyini bildirirlər.Mütəxəssislərin sözlərinə görə, tərləmə orqanizmin ən vacib müdafiə mexanizmlərindən biridir. Bu proses bədən temperaturunun normada saxlanılmasına kömək edir, maddələr mübadiləsi zamanı yaranan bəzi artıq məhsulların xaric olunmasını təmin edir və insan sağlamlığının qorunmasında mühüm rol oynayır.Lakin həddindən artıq tərləmə hər zaman normal hal kimi qiymətləndirilməməlidir.Mütəxəssislər qeyd edirlər ki, cəmiyyətdə çox tərləmənin orqanizmin zəifliyi ilə əlaqəli olması barədə yanlış fikirlər mövcuddur. Halbuki insan tərlədikdə bədən mühüm minerallar itirir və orqanizm bu prosesi ciddi şəkildə tənzimləyir. Buna görə də həddindən artıq...

03 İyul 2026, 10:52

Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşüb

Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, türkiyəli qonaqları salamlayan general-mayor G.Əbdülov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, Azərbaycan-Türkiyə münasibətlərinin qarşılıqlı inam, etimad və dostluq münasibətlərinə əsaslandığını qeyd edib. O, Azərbaycanda hərbi təhsil sistemində həyata keçirilən islahatlar və onun müsbət nəticələrindən danışıb, beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiq edilən yeniliklər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.General-leytenant B.Aktaş səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, uzun müddətdən sonra ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib, 26 İyun - Silahlı...

02 İyul 2026, 15:36

Həkim xəbərdarlıq edir: Qarında köp sadə narahatlıq deyil, ciddi xəstəliklərin əlaməti ola bilər

Qarında köp və şişkinlik insanların ən çox rastlaşdığı həzm sistemi problemlərindən biridir. Bir çox insan bu vəziyyəti adi hal hesab etsə də, mütəxəssislər xəbərdarlıq edirlər ki, davamlı və təkrarlanan köp bəzən ciddi xəstəliklərin ilk əlaməti ola bilər və diqqətdən kənarda qalmamalıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, köp adətən qarında gərginlik hissi, həddindən artıq qaz yığılması, tez-tez qəyirmə, qarın nahiyəsində ağrı və narahatlıqla müşayiət olunur. Bəzi xəstələrdə gün ərzində çoxlu qaz ifrazı, qarının həddindən artıq şişməsi və hətta gündəlik fəaliyyətə mane olan ağırlıq hissi də müşahidə edilir.Həkimlər bildirirlər ki, qarında köpün yaranmasının səbəbləri olduqca müxtəlifdir. Ən sadə səbəblərdən biri gündəlik...

02 İyul 2026, 10:33

Diqqət və yaddaş problemləri nəyin əlamətidir?

Son zamanlar nevroloqlara müraciət edən insanların əksəriyyəti eyni şikayətləri səsləndirirlər: “Başımda sanki duman var”, “fikrimi cəmləyə bilmirəm”, “tez-tez unutqan oluram”, “özümü həmişə yorğun hiss edirəm”, “başım keyiyir”. Mütəxəssislər bildirirlər ki, bu hallar çox vaxt “beyin dumanı” və ya beynəlxalq tibbi terminologiyada istifadə edilən adı ilə brain fog adlandırılan vəziyyətlə əlaqədardır.Citypost.az xəbər verir ki, beyin dumanı ayrıca bir xəstəlik olmasa da, bir çox nevroloji, metabolik və psixoloji problemlərin özünü göstərdiyi əlamətlər toplusu hesab olunur. İnsan sanki düşüncələrinin ləngidiyini, diqqətini toplamaqda çətinlik çəkdiyini və əvvəlki zehni fəaliyyətini tam şəkildə yerinə yetirə bilmədiyini hiss edir. Bu vəziyyət gündəlik həyat keyfiyyətini aşağı salmaqla yanaşı,...

02 İyul 2026, 09:45

Nevroloqlar xəbərdar edir: Düşməyən qızdırmanı gözardı etməyin

Ensefalit, yəni beyin toxumasının iltihabı, vaxtında diaqnoz qoyulmadıqda həyati təhlükə yarada bilən ciddi xəstəliklərdən biridir. Mütəxəssislər bildirirlər ki, bu xəstəliyin ilkin əlamətlərini digər infeksion xəstəliklərlə qarışdırmaq mümkün olsa da, bəzi simptomlar xüsusi diqqət tələb edir və təcili tibbi müdaxiləni zəruri edir.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, ensefalitin ən mühüm əlamətlərindən biri adi qızdırmasalıcı dərmanlarla aşağı düşməyən yüksək hərarətdir. Xəstəyə parasetamol və ya digər qızdırmasalıcı preparatlar verilməsinə baxmayaraq, temperatur normallaşmır və uzun müddət yüksək olaraq qalırsa, bu vəziyyət ciddi araşdırılmalıdır.Bununla yanaşı, xəstədə kognitiv funksiyaların pozulması, yəni düşünmə, yaddaş və diqqət qabiliyyətinin zəifləməsi müşahidə olunur. İnsan yaxınlarını tanımaya, məntiqli danışa bilməməyə,...

02 İyul 2026, 08:57

Qıcıqlanmış bağırsaq sindromu nədir və hansı əlamətlərlə özünü göstərir?

Qıcıqlanmış bağırsaq sindromu müasir dövrdə ən çox rast gəlinən həzm sistemi problemlərindən biridir. Bu xəstəlik bağırsağın funksional pozğunluğu hesab olunur və bir çox insanın gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərə bilir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qıcıqlanmış bağırsaq sindromunda bağırsaq daxilində hər hansı üzvi dəyişiklik müşahidə edilmir. Müayinələr zamanı şiş, iltihab, xora və ya digər struktur pozğunluqlar aşkar olunmur. Buna baxmayaraq, xəstələr müxtəlif narahatlıq və şikayətlərlə üzləşirlər.Bu səbəbdən qıcıqlanmış bağırsaq sindromu funksional xəstəliklər qrupuna aid edilir. Yəni problem bağırsağın quruluşunda deyil, onun fəaliyyətində və işləmə mexanizmində yaranır.Xəstəliyin ən geniş yayılmış əlamətləri arasında ishal, qəbizlik, qarında köp, şişkinlik, sancı və...

01 İyul 2026, 10:47