Mirzə Əsgərovun 70 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
Cəmiyyət 07 İyul 2026, 17:13
386
Mətbuat Şurasında (MŞ) tanınmış jurnalist, publisist və ictimai xadim Mirzə Əsgərovun anadan olmasının 70 illiyinə həsr olunmuş "Həqiqətin keşiyində bir ömür" adlı dəyirmi masa keçirilib.
Citypost.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, media rəhbərləri, tanınmış jurnalistlər, ictimai xadimlər, Mirzə Əsgərovun ailə üzvləri, yaxınları və media ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
MŞ-nın sədri Rəşad Məcid Mirzə Əsgərovun Azərbaycan jurnalistikasında özünəməxsus yeri olduğunu vurğulayaraq bildirib ki, o, uzun illər peşə fəaliyyətində obyektivlik, vicdanlı mövqe, peşəkarlıq və həqiqətə sədaqət prinsiplərinə sadiq qalıb:
"Mirzə Əsgərovun həyat və fəaliyyət yolu gənc jurnalistlər üçün örnəkdir, onun irsinin yaşadılması isə milli mətbuatın mənəvi dəyərlərinin qorunmasına xidmət edir".
"Tusi" Xeyriyyə Cəmiyyətinin sədri, professor Yəhya Babanlı çıxışında Mirzə Əsgərovun ömrünü sözə, həqiqətə və cəmiyyətin maariflənməsinə həsr etdiyini bildirib:
"Mirzə Əsgərov qısa ömründə çox işlər görüb və iz qoyub gedib. Bu səbəbdən belə yubiley tədbirləri görkəmli media nümayəndələrinin irsinin yaşadılması və gələcək nəsillərə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır".
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Mirzə Əsgərovun Azərbaycan jurnalistikasının inkişafına mühüm töhfələr verdiyini, cəsarətli mövqeyi, milli maraqlara sadiqliyi və peşəsinə bağlılığı ilə seçildiyini diqqətə çatdırıb:
"Mirzə Əsgərovu təkcə jurnalist kimi yox həm də vətənpərvər vətəndaş kimi xatırlayıram. Onun vətənə sonsuz bağlılığı var idi. Bundan başqa onun cəsarəti də örnək olacaq qədər çox idi. O dövrdə qəzet nəşr etdirmək heç də asan deyil idi. Amma Mirzə Əsgərov bunu da bacarmışdı".
"Xalq qəzeti"nin baş redaktorunun müavini Hümbət Musayev Mirzə Əsgərovun həm peşəkar jurnalist, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı kimi böyük nüfuz qazandığını bildirib:
"Mirzə Əsgərov daim həmkarlarına dəstək göstərən, sözün məsuliyyətini dərindən dərk edən media nümayəndələrindən biri olub. O uzun ömür yaşasaydı davamçıları mütləq olacaqdı".
Həmçinin oxuyun
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında Mirzə Əsgərovun ictimai fəaliyyəti, yüksək mənəvi keyfiyyətləri, vətəndaş mövqeyi və xalqa bağlılığından bəhs edib:
"O qısa ömür yaşasa da Naxçıvan da daxil olmaqla bütün Azərbaycanda tanınmağı, iz qoymağı bacarıb. Çox şadıq ki, Azərbaycan tarixindən Mirzə Əsgərov kimi şəxsiyyət keçib".
Milli Məclisin deputatı Eldar İbrahimov Mirzə Əsgərovun ölkənin taleyüklü dövrlərində dövlətçilik maraqlarına sadiqliyi, prinsipial mövqeyi və cəsarətli publisistik fəaliyyəti ilə seçildiyini bildirib.
Mirzə Əsgərovun uzunillik dostu və həmkarı Namiq Əhmədov isə xatirələrini bölüşərək onun peşəkarlığından, səmimiyyətindən, dostluğa sədaqətindən və yüksək insani keyfiyyətlərindən danışıb.
Çıxış edənlər Mirzə Əsgərovun ömrünü həqiqətin, obyektiv sözün və milli mətbuatın inkişafına həsr etdiyini, ən mürəkkəb dövrlərdə belə peşə prinsiplərinə sadiq qaldığını bildirərək onun zəngin irsinin gələcək jurnalist nəsilləri üçün dəyərli məktəb olduğunu vurğulayıblar.
Tədbirin sonunda Mirzə Əsgərovun ailəsi adından oğlu Araz Əsgərov çıxış edərək yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə MŞ-a, "Tusi" Xeyriyyə Cəmiyyətinə, eləcə də tədbirdə iştirak edən bütün qonaqlara ailə adından səmimi minnətdarlığını ifadə edib.
Qeyd olunub ki, "Həqiqətin keşiyində bir ömür" adlı dəyirmi masa Mirzə Əsgərovun zəngin həyat və fəaliyyət yoluna, Azərbaycan jurnalistikasının inkişafına verdiyi mühüm töhfələrə göstərilən ehtiramın ifadəsi olmaqla yanaşı, milli mətbuatın şərəfli ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Tədbir iştirakçıları sonda Mirzə Əsgərovun əziz xatirəsini ehtiramla yad edərək onun zəngin irsinin Azərbaycan jurnalistikasında daim yaşayacağını və gələcək nəsillər üçün örnək olaraq qalacağını bildiriblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
SOCAR "Baleine" yatağında görülən işləri nəzərdən keçirib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "PETROCI Holding" arasında "Baleine" neft-qaz yatağı layihəsi çərçivəsində görülən işlər nəzərdən keçirilib.Bu barədə Citypost.az-a SOCAR-dan məlumat verilib.Bildirilib ki, bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəf "PETROCI Holding"in baş direktoru Fatoumata Sanoqo ilə görüşüb.Görüşdə iki şirkət arasında "Baleine" neft-qaz yatağının işlənməsi layihəsi üzrə əməkdaşlıqdan məmnunluq ifadə olunub, layihə çərçivəsində görülən işlər nəzərdən keçirilib.Söhbət zamanı tərəflər qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıb, o cümlədən işlənmə, hasilat, neft və neft məhsullarının ticarəti, emal, rəqəmsallaşma, süni intellektin tətbiqi, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.Xatırladaq ki, "Baleine" yatağı Kot-d'İvuar (Fil...
07 İyul 2026, 18:30
İyulda pensiyalar və sosial yardımların ödəniləcəyi tarix məlum olub
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 22-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.Bu barədə Citypost.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Qeyd olunub ki, ünvanlı sosial yardımların da bu ayın 24-dən gec olmayaraq ödənilməsi planlaşdırılır.
07 İyul 2026, 18:16
AZAL Qars şəhərinə uçuşlara başlayır
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) Türkiyənin Qarş şəhərinə uçuşlara başlayır. Qarsın Azərbaycan Hava Yollarının qardaş ölkədəki 9-cu istiqaməti kimi marşrut şəbəkəsinə əlavə olunması ilə Türkiyə aviaşirkətin ən çox istiqamətlə təmsil olunduğu ölkəyə çevrilir. Qars şəhərinə açılan reyslər Azərbaycan ilə Türkiyə arasında artan sərnişin tələbatına cavab verməklə yanaşı, iki ölkə arasında hava əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək.AZAL-dan Citypost.az-a verilən məlumata görə, yeni istiqamət üzrə ilk reys 30 iyul tarixində həyata keçiriləcək. Bakı–Qars–Bakı marşrutu üzrə uçuşlar həftədə 2 dəfə, cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamət üzrə biletlər artıq satışdadır."Türkiyənin tarixi və turizm baxımından əhəmiyyətli şəhərlərindən...
07 İyul 2026, 18:05
Gömrükdən külli miqdarda bəyan edilməyən tibbi məhsul çıxarıldı
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarəti tədbirləri nəticəsində 2 fakt üzrə gömrük orqanına bəyan edilməyən tibbi ləvazimatların və dərman preparatlarının gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.Bu barədə Citypost.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusu da tətbiq edilməklə aparılan gömrük yoxlamaları zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük orqanına bəyan edilməyən qan şəkərinin ölçülməsində istifadə olunan 10 750 ədəd test aşkar olunub.Daha bir nəqliyyat vasitəsində isə gömrük orqanına bəyan edilməyən 55 ədəd üzərində “Zoladex 3.6 mg” yazısı olan dərman vasitəsi aşkar edilib.Faktlarla bağlı araşdırma aparılır....
07 İyul 2026, 17:53
Böyük Qayıdışla bağlı məcburi köçkünlər arasında sorğuya başlanılıb
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDD) məcburi köçkünlər arasında genişmiqyaslı sorğu layihəsinin icrasına başlayıb.Modern.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir.Layihənin məqsədi məcburi köçkünlərin sosial-iqtisadi və demoqrafik vəziyyətinə dair geniş məlumat bazasının formalaşdırılması, həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin planlaşdırılması və qərarqəbuletmə prosesinin etibarlı məlumatlarla təmin edilməsinə töhfə verməkdir.Sorğu zamanı məcburi köçkünlərin məşğulluq vəziyyəti, peşə bacarıqları, təhsil səviyyəsi, rəqəmsal savadlılığı və elektron xidmətlərdən istifadə imkanları da qiymətləndiriləcək.Layihə çərçivəsində iyunun 30-dan...
07 İyul 2026, 17:38
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub....
07 İyul 2026, 17:00