Ceyhun Bayramovla Sinqapur XİN rəhbəri arasında telefon danışığı olub
Cəmiyyət 07 İyul 2026, 16:46
291
İyulun 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Sinqapur Respublikasının xarici işlər naziri Vivian Balakrişnan arasında telefon danışığı aparılıb.
XİN-in Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Sinqapur arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlər, iqtisadiyyat, ticarət, investisiyalar, rəqəmsal transformasiya, innovasiya, nəqliyyat-logistika, təhsil və insan kapitalının inkişafı kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı, ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsi istiqamətində atılan addımların vacibliyini qeyd ediblər.
Çoxtərəfli platformalarda, o cümlədən BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb, beynəlxalq təşkilatların seçkili orqanlarına namizədliklər barədə fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov 1 avqust tarixindən etibarən Azərbaycan tərəfindən Sinqapur vətəndaşları üçün vizasız rejimin tətbiq olunması qərarı barədə məlumat verib, bu addımın xalqlar arasında təmasların genişlənməsinə, işgüzar əlaqələrin və turizmin inkişafına, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Həmçinin oxuyun
Telefon danışığı zamanı regional təhlükəsizlik məsələləri də müzakirə olunub. Nazir Ceyhun Bayramov postmünaqişə dövründə regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində aparılan işlər barədə qarşı tərəfi məlumatlandırıb.
Bununla yanaşı, Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, regionda nəqliyyat və kommunikasiya xətlərinin açılmasının iqtisadi inteqrasiya və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin son illərdə strateji səviyyəyə yüksəldiyini, bu çərçivədə C6 formatı çərçivəsində əməkdaşlığın, habelə Xəzər dənizi, Orta Dəhliz və digər regional bağlantı layihələrinin Avrasiya məkanında dayanıqlı iqtisadi inteqrasiyanın təşviqinə mühüm töhfə verdiyi qeyd olunub.
Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gömrükdən külli miqdarda bəyan edilməyən tibbi məhsul çıxarıldı
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarəti tədbirləri nəticəsində 2 fakt üzrə gömrük orqanına bəyan edilməyən tibbi ləvazimatların və dərman preparatlarının gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.Bu barədə Citypost.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusu da tətbiq edilməklə aparılan gömrük yoxlamaları zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük orqanına bəyan edilməyən qan şəkərinin ölçülməsində istifadə olunan 10 750 ədəd test aşkar olunub.Daha bir nəqliyyat vasitəsində isə gömrük orqanına bəyan edilməyən 55 ədəd üzərində “Zoladex 3.6 mg” yazısı olan dərman vasitəsi aşkar edilib.Faktlarla bağlı araşdırma aparılır....
07 İyul 2026, 17:53
Böyük Qayıdışla bağlı məcburi köçkünlər arasında sorğuya başlanılıb
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDD) məcburi köçkünlər arasında genişmiqyaslı sorğu layihəsinin icrasına başlayıb.Modern.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir.Layihənin məqsədi məcburi köçkünlərin sosial-iqtisadi və demoqrafik vəziyyətinə dair geniş məlumat bazasının formalaşdırılması, həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin planlaşdırılması və qərarqəbuletmə prosesinin etibarlı məlumatlarla təmin edilməsinə töhfə verməkdir.Sorğu zamanı məcburi köçkünlərin məşğulluq vəziyyəti, peşə bacarıqları, təhsil səviyyəsi, rəqəmsal savadlılığı və elektron xidmətlərdən istifadə imkanları da qiymətləndiriləcək.Layihə çərçivəsində iyunun 30-dan...
07 İyul 2026, 17:38
Mirzə Əsgərovun 70 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
Mətbuat Şurasında (MŞ) tanınmış jurnalist, publisist və ictimai xadim Mirzə Əsgərovun anadan olmasının 70 illiyinə həsr olunmuş "Həqiqətin keşiyində bir ömür" adlı dəyirmi masa keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, media rəhbərləri, tanınmış jurnalistlər, ictimai xadimlər, Mirzə Əsgərovun ailə üzvləri, yaxınları və media ictimaiyyətinin nümayəndələri iştirak ediblər.MŞ-nın sədri Rəşad Məcid Mirzə Əsgərovun Azərbaycan jurnalistikasında özünəməxsus yeri olduğunu vurğulayaraq bildirib ki, o, uzun illər peşə fəaliyyətində obyektivlik, vicdanlı mövqe, peşəkarlıq və həqiqətə sədaqət prinsiplərinə sadiq qalıb:"Mirzə Əsgərovun həyat və fəaliyyət yolu gənc jurnalistlər üçün örnəkdir, onun irsinin yaşadılması isə milli mətbuatın mənəvi dəyərlərinin qorunmasına xidmət edir"."Tusi"...
07 İyul 2026, 17:13
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub....
07 İyul 2026, 17:00
Bacısının nişanlısını bıçaqlan şəxsə hökm oxunub
Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını öldürməyə cəhd etməkədə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.O, təqsirləndirilən Araz Səmədovun 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Araz Səmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Əmircan qəsəbəsində baş verib.Babək Uğurlunun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı Suraxanı rayon Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əmliyyatla hadisəni...
07 İyul 2026, 16:18
2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq
2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması həyata keçiriləcək.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Fərmana əsasən, Azərbaycan Respublikasında 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.Fərmana əsasən, əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.Azərbaycan Respublikasının Nazirlər Kabineti 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etməli, əhalinin siyahıyaalınması ilə bağlı zəruri məlumatların inzibati mənbələrdən əldə edilməsi üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında...
07 İyul 2026, 16:07