Bizə yazın

Baku

-°C

USD

-

Gömrükdən külli miqdarda bəyan edilməyən tibbi məhsul çıxarıldı

Cəmiyyət 07 İyul 2026, 17:53

457

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarəti tədbirləri nəticəsində 2 fakt üzrə gömrük orqanına bəyan edilməyən tibbi ləvazimatların və dərman preparatlarının gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Citypost.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusu da tətbiq edilməklə aparılan gömrük yoxlamaları zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük orqanına bəyan edilməyən qan şəkərinin ölçülməsində istifadə olunan 10 750 ədəd test aşkar olunub.

Daha bir nəqliyyat vasitəsində isə gömrük orqanına bəyan edilməyən 55 ədəd üzərində “Zoladex 3.6 mg” yazısı olan dərman vasitəsi aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Cəlilabadda yırtıcı quş balası tapılıb

Cəlilabadda yırtıcı quş balası tapılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Abdullu kənd sakini Elnur Adıyev səhər saatlarında həyətində naməlum quş balası ilə qarşılaşıb. Quşun adi ev quşlarından fərqləndiyini görən sakin onu təhlükəsiz yerə götürərək aidiyyəti qurumlara məlumat verib. Baxış zamanı onun yırtıcı quş növünə aid olduğu müəyyənləşib.Bioloq Yunus Qulamovun sözlərinə görə, tapılan quş çöl sarının təxminən 3–4 həftəlik balasıdır. Mütəxəssis bildirib ki, bu növ Azərbaycanın yırtıcı quşları sırasında yer alır və əsasən Qobustanda, Bozdağda, Kiçik Qafqazın dağətəyi, qismən də orta dağlıq hissəsində, Naxçıvan Arazboyu düzənliyində və orta dağ yamaclarında, eləcə də, Talış dağ bozqırlarında yayılıb.Yunus Qulamov qeyd edib ki,...

07 İyul 2026, 19:08

Daha 30 ukraynalı uşaq reabilitasiya məqsədilə ölkəmizə gətirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 30 ukraynalı uşaqdan ibarət daha bir qrup sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmələri üçün ölkəmizə gətirilib.Bu barədə Citypost.az-a agentlikdən məlumat verilib.Bildirilib ki, ukraynalı uşaqlar agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində xidmətlərlə təmin ediləcəklər.Bu müddətdə onların emosional vəziyyətinin stabilləşdirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri təşkil olunacaq. Uşaqlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və digər növlərdə reabilitasiya xidmətləri də göstəriləcək.Ukraynalı uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar üçün müxtəlif ekskursiyalar, stolüstü oyunlar, müxtəlif yarışlar və...

07 İyul 2026, 19:00

SOCAR "Baleine" yatağında görülən işləri nəzərdən keçirib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "PETROCI Holding" arasında "Baleine" neft-qaz yatağı layihəsi çərçivəsində görülən işlər nəzərdən keçirilib.Bu barədə  Citypost.az-a SOCAR-dan məlumat verilib.Bildirilib ki, bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəf "PETROCI Holding"in baş direktoru Fatoumata Sanoqo ilə görüşüb.Görüşdə iki şirkət arasında "Baleine" neft-qaz yatağının işlənməsi layihəsi üzrə əməkdaşlıqdan məmnunluq ifadə olunub, layihə çərçivəsində görülən işlər nəzərdən keçirilib.Söhbət zamanı tərəflər qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıb, o cümlədən işlənmə, hasilat, neft və neft məhsullarının ticarəti, emal, rəqəmsallaşma, süni intellektin tətbiqi, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.Xatırladaq ki, "Baleine" yatağı Kot-d'İvuar (Fil...

07 İyul 2026, 18:30

İyulda pensiyalar və sosial yardımların ödəniləcəyi tarix məlum olub

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 22-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.Bu barədə Citypost.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Qeyd olunub ki, ünvanlı sosial yardımların da bu ayın 24-dən gec olmayaraq ödənilməsi planlaşdırılır.

07 İyul 2026, 18:16

AZAL Qars şəhərinə uçuşlara başlayır

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) Türkiyənin Qarş şəhərinə uçuşlara başlayır. Qarsın Azərbaycan Hava Yollarının qardaş ölkədəki 9-cu istiqaməti kimi marşrut şəbəkəsinə əlavə olunması ilə Türkiyə aviaşirkətin ən çox istiqamətlə təmsil olunduğu ölkəyə çevrilir. Qars şəhərinə açılan reyslər Azərbaycan ilə Türkiyə arasında artan sərnişin tələbatına cavab verməklə yanaşı, iki ölkə arasında hava əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək.AZAL-dan Citypost.az-a verilən məlumata görə, yeni istiqamət üzrə ilk reys 30 iyul tarixində həyata keçiriləcək. Bakı–Qars–Bakı marşrutu üzrə uçuşlar həftədə 2 dəfə, cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamət üzrə biletlər artıq satışdadır."Türkiyənin tarixi və turizm baxımından əhəmiyyətli şəhərlərindən...

07 İyul 2026, 18:05

Böyük Qayıdışla bağlı məcburi köçkünlər arasında sorğuya başlanılıb 

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDD) məcburi köçkünlər arasında genişmiqyaslı sorğu layihəsinin icrasına başlayıb.Modern.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir.Layihənin məqsədi məcburi köçkünlərin sosial-iqtisadi və demoqrafik vəziyyətinə dair geniş məlumat bazasının formalaşdırılması, həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin planlaşdırılması və qərarqəbuletmə prosesinin etibarlı məlumatlarla təmin edilməsinə töhfə verməkdir.Sorğu zamanı məcburi köçkünlərin məşğulluq vəziyyəti, peşə bacarıqları, təhsil səviyyəsi, rəqəmsal savadlılığı və elektron xidmətlərdən istifadə imkanları da qiymətləndiriləcək.Layihə çərçivəsində iyunun 30-dan...

07 İyul 2026, 17:38