Bizə yazın

Baku

-°C

USD

-

Təhsil eksperti: Valideynlər övladlarının imtahan nəticələrini mütləq yoxlasınlar  

Cəmiyyət 17 İyul 2026, 10:00

386

Bəzi abituriyentlərin texnologiyadan istifadə edərək imtahan nəticələrini saxtalaşdırıb valideynlərini aldatdıqlarını bildirən təhsil eksperti Elçin Əfəndiyev valideynləri diqqətli olmağa çağırıb.

Citypost.az-a açıqlamasında ekspert bildirib ki, son üç gündə ardıcıl olaraq valideynlərini aldadan, ələ salan və yalan danışan uşaqlarla rastlaşıb.

Ekspertin sözlərinə görə, bəzi abituriyentlər xüsusi texnoloji vasitələrlə imtahan nəticələrini dəyişdirərək onu eynilə Dövlət İmtahan Mərkəzinin rəsmi nəticəsinə bənzər formada valideynlərinə təqdim edir və yüksək bal topladıqlarını bildirirlər. Lakin araşdırma zamanı məlum olur ki, həmin şəxslər yüksək bal toplamaq bir yana, hətta müsabiqə şərtini belə ödəməyiblər.

Elçin Əfəndiyev xatırladıb ki, oxşar hadisə 2019-cu ildə də yaşanıb. Onun sözlərinə görə, həmin vaxt bir abituriyent 596 bal topladığını iddia edib, valideynləri isə Dövlət İmtahan Mərkəzini günahlandırmağa çalışıblar. Sonradan aparılan araşdırma nəticəsində məlum olub ki, İbrahim adlı abituriyent əslində 420 bal toplayıb.

Təhsil eksperti əlavə edib ki, ötən il bölgələrdən birində də analoji hadisə baş verib. Valideyn ona müraciət etdikdən sonra aparılan araşdırma zamanı müəyyən olunub ki, qızın dediyi kimi 645 deyil, 445 bal topladığı üzə çıxıb. O, valideynlərinə Azərbaycan Tibb Universitetinə qəbul olunduğunu bildirib, atası isə bu münasibətlə qəbul məclisi təşkil edərək xeyli xərc çəkib. Portal qeydiyyatı zamanı isə məlum olub ki, abituriyent heç bir ali məktəbə qəbul olmayıb.

Elçin Əfəndiyev hesab edir ki, bu cür hallar övladların valideynlərdən çəkinməsi və qorxması ilə bağlıdır. O, valideynlərə müraciət edərək bildirib ki, texnologiyanın sürətlə inkişaf etdiyi və saxta məlumatların asanlıqla hazırlana bildiyi bir dövrdə övladlarının dediyi nəticələrlə kifayətlənməsinlər, imtahan ballarını mütləq rəsmi qaydada yoxlasınlar ki, sonradan xoşagəlməz hallarla üzləşməsinlər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kambocanın Baş naziri Azərbaycana səfərə gələcək 

Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin iyulun 17-də Kamboca Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edərkən bildirilib.Görüşdə Kambocanın Baş nazirin Azərbaycana gözlənilən səfərinin ikitərəfli əlaqələrin daha da inkişafı üçün yaxşı imkan yaradacağına ümidvarlıq ifadə olunub.Qeyd edək ki, səfərin məqsədi bu ilin oktyabrında Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə iştirak etməkdir....

17 İyul 2026, 12:05

Parlament üzvləri Şimali Kiprdə Sülh və Azadlıq Bayramı tədbirlərində iştirak edəcək 

Azərbaycan nümayəndə heyəti Şimali Kiprdə Sülh və Azadlıq Bayramı tədbirlərində iştirak edəcək.Citypost.az  xəbər verir ki, mMilli Məclisin Şimali Kiprlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, qrupun üzvləri parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, həmçinin Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Ağalar Vəliyev və Heydər Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərinə səfər edəcəklər.Şimali Kipr Məclisinin sədri Ziya Öztürklerin dəvəti əsasında baş tutacaq səfər çərçivəsində deputatlar 19-21 iyulda keçiriləcək Sülh Hərəkatının 52-ci...

17 İyul 2026, 12:04

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 

Prezident İlham Əliyev iyulun 17-də İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kler Brosnanı qəbul edib.Citypost.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.Prezident İlham Əliyev səfirlə söhbət edib.Dövlət başçısı ölkələr arasında münasibətləri genişləndirməyin əhəmiyyətini qeyd edərək, siyasi sahə ilə yanaşı, investisiyalar və digər potensial istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirmək üçün imkanlara toxunub.Bakıda olmaqdan şərəf hissi keçirdiyini deyən səfir paytaxtın gözəlliyinin və burada tarixi ənənələrlə müasirliyin vəhdətinin onlarda zəngin təəssüratlar yaratdığını bildirib, Azərbaycanın gözəl ölkə olduğunu vurğulayıb.Səfir Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlət başçısını bir daha təbrik edib.Kler Brosnan hazırda İrlandiyanın Avropa...

17 İyul 2026, 11:45

Prezident İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saif Raşid Saif Al Cahvarini qəbul edib.Citypost.az  xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Dövlətimizin başçısı dost ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirərək, bir çox sahədə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini dedi və tərəfdaşlığın möhkəmləndirməsi üçün yaxşı imkanların olduğunu vurğuladı.Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev onun ikitərəfli gündəliyin müxtəlif sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə ümidvarlığını bildirdi.Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Saif Raşid Saif Al Cahvari Oman Sultanı Heytəm...

17 İyul 2026, 11:31

Prezident Kambocanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edib.Citypost.az  xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Dövlətimizin başçısı ölkəmizin Kamboca ilə ikitərəfli münasibətlərə və qarşılıqlı dəstəyə, həmçinin hökumətlərimiz və hakim partiyalar səviyyələrində təmaslara böyük önəm verdiyini deyərək, yalnız siyasi deyil, eyni zamanda, iqtisadiyyat, investisiyalar sahələrində əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmağın önəminə toxundu, Azərbaycanla Kambocanın dost ölkələr olduğunu bildirdi.Qəbula görə dövlətimizin başçısına təşəkkürünü ifadə edən səfir Kambocanın Kralı Norodom Sihamoninin və Baş naziri Hun Manetin salamlarını Prezident İlham Əliyevə çatdırdı.Dövlətimizin başçısı salamlara görə...

17 İyul 2026, 11:28

Prezident İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli qəbul edib.Citypost.az  xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin inkişafından məmnunluğunu bildirərək, siyasi, iqtisadi-ticari, sərmayələr, turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin və müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətini vurğuladı.Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı, onun fəaliyyətinin Azərbaycan-Braziliya əlaqələrinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirdi.Ölkəmizə səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu deyən Bernard Jorj Leopold de Qarsia Klinql diplomatik əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd etdi.Səfir...

17 İyul 2026, 11:21