Bizə yazın

Baku

-°C

USD

-

İqtisadçı: Peşəkar futbol artıq qlobal biznes modelinə çevrilib  

Cəmiyyət 17 İyul 2026, 10:49

268

Peşəkar futbolun müasir dövrdə böyük iqtisadi sektora çevrildiyini bildirən iqtisadçı Eldəniz Əmirov hesab edir ki, dünya futbolunda qəbul edilən bir çox qərarların arxasında məhz iqtisadi maraqlar dayanır.

Citypost.az-a açıqlamasında Eldəniz Əmirov bildirib ki, 2026-cı il FIFA Dünya Çempionatı təkcə idman tədbiri deyil, həm də qlobal iqtisadi layihədir. Onun sözlərinə görə, FIFA və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hesablamalarına əsasən, turnir dünya iqtisadiyyatında 80,1 milyard dollarlıq ümumi istehsal, 40,9 milyard dollara qədər əlavə ÜDM və təxminən 824 min tam ştat ekvivalentində məşğulluq yaradacaq. FIFA-nın isə bu mundialdan təxminən 11 milyard dollar gəlir əldə edəcəyi gözlənilir.

İqtisadçı qeyd edib ki, dünya çempionatında komanda sayının 32-dən 48-ə çatdırılması, oyunlarda su fasilələrinin tətbiqi və final matçındakı fasilənin uzadılması kimi dəyişikliklər daha çox yayım hüquqları, reklam və sponsorluq gəlirlərinin artırılmasına xidmət edir.

Eldəniz Əmirovun sözlərinə görə, futbol iqtisadiyyatının miqyası transfer bazarında da özünü göstərir. O bildirib ki, 2025-ci ildə kişi futbolunda beynəlxalq transfer ödənişləri 13,08 milyard dollara yüksəlib, Avropa futbol bazarının gəlirləri isə 2024–2025 mövsümündə 40,2 milyard avroya çatıb. Onun fikrincə, bu gün futbolçular artıq yalnız idmançı deyil, həm də klubların balansında iqtisadi aktiv kimi qiymətləndirilən resurslardır.

İqtisadçı vurğulayıb ki, müasir dünyada ailə, sevgi və bəzi insanlar üçün Vətən istisna olmaqla, demək olar ki, hər sahə biznes prinsipləri ilə idarə olunur və peşəkar futbol da bunun ən parlaq nümunələrindən biridir.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saif Raşid Saif Al Cahvarini qəbul edib.Citypost.az  xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Dövlətimizin başçısı dost ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirərək, bir çox sahədə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini dedi və tərəfdaşlığın möhkəmləndirməsi üçün yaxşı imkanların olduğunu vurğuladı.Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev onun ikitərəfli gündəliyin müxtəlif sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə ümidvarlığını bildirdi.Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Saif Raşid Saif Al Cahvari Oman Sultanı Heytəm...

17 İyul 2026, 11:31

Prezident Kambocanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edib.Citypost.az  xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Dövlətimizin başçısı ölkəmizin Kamboca ilə ikitərəfli münasibətlərə və qarşılıqlı dəstəyə, həmçinin hökumətlərimiz və hakim partiyalar səviyyələrində təmaslara böyük önəm verdiyini deyərək, yalnız siyasi deyil, eyni zamanda, iqtisadiyyat, investisiyalar sahələrində əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmağın önəminə toxundu, Azərbaycanla Kambocanın dost ölkələr olduğunu bildirdi.Qəbula görə dövlətimizin başçısına təşəkkürünü ifadə edən səfir Kambocanın Kralı Norodom Sihamoninin və Baş naziri Hun Manetin salamlarını Prezident İlham Əliyevə çatdırdı.Dövlətimizin başçısı salamlara görə...

17 İyul 2026, 11:28

Prezident İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli qəbul edib.Citypost.az  xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin inkişafından məmnunluğunu bildirərək, siyasi, iqtisadi-ticari, sərmayələr, turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin və müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətini vurğuladı.Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı, onun fəaliyyətinin Azərbaycan-Braziliya əlaqələrinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirdi.Ölkəmizə səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu deyən Bernard Jorj Leopold de Qarsia Klinql diplomatik əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd etdi.Səfir...

17 İyul 2026, 11:21

Qazaxın azad olunmuş ərazilərində 357 hektar minalardan təmizlənib 

Qazaxın azad olunmuş ərazilərində 357 hektar minalardan təmizlənib.Citypost.az xəbər verir ki, bunu ANAMA sədri Vüqar Süleymanov qurumun yaranmasının 28-ci ildönümü ilə əlaqədar brifinqdə deyib.Onun sözlərinə görə, Qazaxın azad olunan bir neçə kəndində də minatəmizləmə fəaliyyəti həyata keçirilir:"Həmin ərazidə minatəmizləmə fəaliyyəti davam edir. Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən sərhəd mühafizəsinin təşkili məqsədilə minatəmizləmə əməliyyatları icra olunub. 2025-ci ildən etibarən isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan plana uyğun olaraq yaşayış məntəqələrinin mina və digər partlayıcı sursatlardan təmizlənməsi fəaliyyəti icra edilir. İcra edilən əməliyyatlar zamanı 357.4 ha ərazi təmizlənib, 1 154 ədəd piyada əleyhinə mina,...

17 İyul 2026, 11:11

Bakıda vəkillərin birinci beynəlxalq konfransı keçiriləcək 

Bakıda bu ilin dekabr ayında vəkillərin birinci beynəlxalq konfransı keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimində məlumat verib.Onun sözlərinə görə, konfransa dost ölkələrin vəkilləri dəvət edilib:"Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatlar gedir. Hər ilin sonunda Bakıda belə bir beynəlxalq konfrans təşkil ediləcək".A.Bağırov onu da əlavə edib ki, oktyabr ayında isə Avropa Gənc Vəkillər Assosiasiyasının sessiyası keçiriləcək....

17 İyul 2026, 11:00

Son günlər Samux və Gəncədə yas mərasimlərində 48 nəfər qidadan zəhərlənib 

Son günlər Samux və Gəncədə yas mərasimlərində qida zəhərlənmələri hadisələrində 48 nəfər zərər çəkib.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.Onun sözlərinə görə, həmin zəhərlənmə hadisələrinin səbəbinin lavaş olduğu müəyyənləşib:"İlk hadisə ilə bağlı istehlak edilən bütün qida məhsullarından laborator müayinələr üçün nümunələr götürülüb. Ardıcıl zəhərlənmə faktları hadisələrin daha ətraflı araşdırılmasını zəruri edib. Aparılan araşdırmalar zamanı hər iki hadisədə ortaq şübhəli qida məhsulunun lavaş olduğu müəyyənləşdirilib. Məlum olub ki, Gəncədə qida təhlükəsizliyi nəzarətindən kənarda, ev şəraitində qanunsuz şəkildə istehsal edilən lavaş satışa çıxarılıb....

17 İyul 2026, 10:56