OTP kodu gəlmədən kartdan pul çıxılıbsa, nə etməlisiniz?
Hüquq 17 İyul 2026, 10:18
419
Son illər bank kartlarından icazəsiz vəsait çıxılması ilə bağlı müraciətlərin sayı artmaqdadır. Xüsusilə də vətəndaşların təsdiqləmə (OTP) kodu almadan hesablarından pulun silinməsi ciddi narahatlıq doğurur. Hüquqşünas bildirir ki, belə hallarda vətəndaşın hüquqları qanunla qorunur və bank müəyyən öhdəliklər daşıyır.
Citypost.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, əgər bank kartı ilə ödəniş zamanı mobil telefona təsdiqləmə kodu gəlməyibsə və vətəndaş əməliyyatı özü təsdiqləməyibsə, buna baxmayaraq hesabdan vəsait çıxılıbsa, bu, avtorizə edilməmiş ödəniş əməliyyatı hesab olunur. Belə vəziyyətdə ilk növbədə kart sahibi dərhal bankla əlaqə saxlamalı, kartı bloklatdırmalı və hadisə barədə rəsmi müraciət etməlidir.
Hüquqşünas qeyd edir ki, qüvvədə olan qanunvericiliyə əsasən, kart sahibi belə əməliyyatla bağlı 6 ay müddətində banka müraciət etmək hüququna malikdir. Müraciətdə əməliyyatın onun tərəfindən təsdiqlənmədiyi, OTP kodu almadığı və vəsaitin icazəsiz çıxıldığı göstərilməlidir.
Mütəxəssis vurğulayır ki, bəzi hallarda banklar məsuliyyəti müştərinin üzərinə qoymağa çalışır və problemin kart sahibindən qaynaqlandığını bildirirlər. Lakin bu yanaşma hər zaman qanuni hesab edilmir. Qanunvericiliyə əsasən, bank müraciəti qəbul etdikdən sonra onu araşdırmağa borcludur və müəyyən olunmuş müddət ərzində məsələyə hüquqi qiymət verməlidir.Əgər bank sübut edə bilməzsə ki, əməliyyat qanunvericiliyin tələblərinə uyğun şəkildə, kart sahibinin razılığı və təsdiqi ilə həyata keçirilib, o zaman çıxılmış vəsait müştəriyə geri qaytarılmalıdır. Başqa sözlə, sübutetmə yükü yalnız müştərinin deyil, eyni zamanda bankın da üzərinə düşür.
Həmçinin oxuyun
Hüquqşünas vətəndaşlara tövsiyə edir ki, belə hallarla qarşılaşdıqda yalnız telefon zəngi ilə kifayətlənməsinlər. Müraciətlərini yazılı şəkildə və ya bankın rəsmi elektron platformaları vasitəsilə təqdim etsinlər, müraciətin qeydiyyat nömrəsini saxlasınlar və zərurət yaranarsa, məsələ ilə bağlı maliyyə ombudsmanına və ya məhkəməyə müraciət etsinlər.
Mütəxəssis hesab edir ki, elektron ödənişlərin geniş yayıldığı dövrdə vətəndaşların kart təhlükəsizliyi ilə bağlı hüquqlarını bilməsi olduqca vacibdir. OTP kodu almadan hesabdan vəsait çıxılması adi hal kimi qəbul edilməməli, hər bir belə hadisə dərhal araşdırılmalı və qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməlidir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nikah pozulduqda sənədsiz və ya bələdiyyə sənədli ev necə bölünür?
Azərbaycanda ailə mübahisələri zamanı ən çox verilən suallardan biri də sənədi olmayan və ya yalnız bələdiyyə sənədi ilə istifadə edilən evlərin boşanma zamanı necə bölünməsi ilə bağlıdır. Bir çox vətəndaş hesab edir ki, nikah dövründə tikilən və ya əldə olunan evin rəsmi çıxarışı yoxdursa, həmin əmlak avtomatik olaraq tərəflər arasında bölünəcək. Hüquqşünasların sözlərinə görə isə məsələ bu qədər sadə deyil və hər bir hal ayrıca qiymətləndirilir.Citypost.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması üçün ilk növbədə həmin əmlakın hüquqi statusu müəyyən edilməlidir. Əgər evin dövlət reyestrindən verilmiş çıxarışı və ya mülkiyyət hüququnu təsdiq edən sənədi...
17 İyul 2026, 11:27
Yerdən tapılan əşya kimə məxsus olur?
Bəzən insanlar yaşadıqları evdə, həyətdə və ya hər hansı başqa ərazidə qızıl üzük, sırğa, pul və ya digər qiymətli əşyalar tapırlar. İlk ağla gələn sual isə belə olur: “Tapdığım əşya artıq mənim sayılırmı?”Citypsot.az xəbər verir ki, hüquq mütəxəssislərinin sözlərinə görə, Azərbaycan qanunvericiliyi bu məsələyə kifayət qədər aydın yanaşır və tapılmış əşyanın taleyi Mülki Məcəllə ilə tənzimlənir.Mütəxəssislər bildirirlər ki, əgər tapılan əşyanın sahibi və ya onu itirən şəxs məlumdursa, həmin əşya mütləq sahibinə qaytarılmalıdır. Sahibini müəyyən etmək mümkün olmadıqda isə əşyanı tapan şəxsin üzərinə müəyyən hüquqi öhdəliklər düşür.Qanunvericiliyə əsasən, əşyanı itirmiş şəxs və ya onun mülkiyyətçisi məlum deyildikdə, tapılmış əşya dərhal...
16 İyul 2026, 11:05
Yol nişanlarına əməl etməməyin cəriməsi var? – Mütəxəssis izah edir
Yol hərəkəti zamanı sürücülərin və digər hərəkət iştirakçılarının yol nişanlarına və yol nişanlanma xətlərinə əməl etməsi qanunvericiliyin əsas tələblərindən biridir. Bəzən sürücülər nişanlara diqqət yetirmədikdə və ya onları nəzərə almadıqda bunun hüquqi məsuliyyət yaradıb-yaratmadığını soruşurlar. Mütəxəssislərin sözlərinə görə, bu cür pozuntular qanunvericilikdə inzibati xəta kimi qiymətləndirilir və cərimə ilə nəticələnə bilər.Citypost.az xəbər verir ki, qanunvericiliyə əsasən, “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsi yol hərəkəti iştirakçılarının əsas vəzifələrini müəyyən edir. Həmin maddəyə görə, bütün sürücülər, piyadalar və digər yol hərəkəti iştirakçıları yol nişanlarının, svetofor siqnallarının və yol nişanlanma xətlərinin tələblərinə mütləq riayət etməlidirlər.Mütəxəssislər bildirirlər ki, yol nişanlarının məqsədi hərəkətin təhlükəsizliyini təmin...
16 İyul 2026, 09:20
Dilənçilərin israrla vətəndaşlardan pul istəməsinin məsuliyyəti varmı?
Son vaxtlar xüsusilə insanların sıx olduğu küçələrdə, park və metro çıxışlarında dilənçilik halları ilə daha çox rastlaşırıq. Bəzən bu şəxslər sadəcə yardım istəməklə kifayətlənmir, vətəndaşın ardınca gedir, israrla pul tələb edir, hətta narahatlıq yaradırlar. Bu isə bir çox insanlarda belə bir sual yaradır: görəsən, bu əməllərə görə qanunvericilikdə hər hansı məsuliyyət nəzərdə tutulubmu?Citypost.az xəbər verir ki, hüquq mütəxəssislərinin sözlərinə görə, Azərbaycan qanunvericiliyində dilənçilik və avaralıqla məşğul olmağa görə inzibati məsuliyyət müəyyən edilib.Belə ki, İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsinə əsasən, dilənçilik və ya avaralıqla məşğul olan şəxslər barədə ilk növbədə xəbərdarlıq tədbiri tətbiq oluna bilər. Əgər xəbərdarlıq kifayət etməzsə və həmin...
16 İyul 2026, 08:55
Həm əlilliyə, həm də yaşa görə pensiya almaq olarmı?
Azərbaycanda həm əlilliyə görə, həm də yaşa görə əmək pensiyası almaq hüququ qazanan şəxsləri maraqlandıran əsas suallardan biri də hər iki pensiyanın eyni vaxtda ödənilib-ödənilməməsidir. Bir çox vətəndaş düşünür ki, bir neçə pensiya hüququ yarandıqda onların hamısını almaq mümkündür. Lakin qanunvericilik bu məsələyə fərqli yanaşır.Citypost.az-ın məlumatına görə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, müxtəlif növ əmək pensiyası almaq hüququ yaranan şəxslərə eyni vaxtda bir neçə əmək pensiyası təyin edilmir.Qanunun 5-ci maddəsinə görə, müxtəlif pensiya hüququ olan şəxs öz arzusu ilə yalnız bir pensiya növünü seçə bilər. Bu o deməkdir ki, vətəndaş həm yaşa görə, həm də əlilliyə görə əmək...
15 İyul 2026, 11:00
42 dərəcə istidə işləmək məcburidirmi?
Yay aylarında havanın temperaturunun kəskin yüksəlməsi xüsusilə açıq havada çalışan insanlar üçün ciddi sağlamlıq riski yaradır. Bir çox işçini maraqlandıran əsas suallardan biri də budur: 42 dərəcə isti hava şəraitində işləməyə davam etmək məcburidirmi, yoxsa qanun fasilə verilməsini tələb edir?Citypost.az xəbər verir ki, Azərbaycan qanunvericiliyində bu məsələ ilə bağlı konkret tələblər mövcuddur. Əmək qanunvericiliyinə əsasən, havanın temperaturu 41 dərəcə Selsidən yuxarı olduqda açıq havada, eləcə də sərinləşdirici qurğularla təmin olunmayan qapalı binalarda, otaqlarda və digər iş yerlərində əmək fəaliyyətinin təşkili xüsusi qaydada həyata keçirilməlidir.Qanuna görə, belə ekstremal isti hava şəraitində işçilərin sağlamlığının qorunması məqsədilə bütün növ işlərin görülməsi dayandırılmalı, işçilərə...
15 İyul 2026, 09:30