Bizə yazın

Baku

-°C

USD

-

İqbal Ağazadə: Xarici təsirlərə qarşı milli həmrəylik vacibdir

Siyasət 17 İyul 2026, 10:41

389

Milli məsələ həmişə həssas mövzu hesab olunur. Elə Azərbaycan vətəndaşları da adətən, belə məsələlərin üstündən sükutla keçməyə çalışır. 

Biz çoxmillətli ölkəyik. Ərazimizdə onlarla millət yaşayır.

Ermənilər xaric, hamı qaynayıb-qarışıb, qız alıb, qız verib, qohum olub, bir tiyanda yoğrulub,  vahid, bölünməz xalq kimi formalaşmışıq.

Bəlkə Rusiyanın bölücülük siyasəti və erməni xisləti olmasaydı, onlarla da dil tapa bilərdik.

Təbii ki, digər millətlərlə müqayisədə erməni bizdən hər anlamda çox uzaqdır.

Biz talışlarla eyni dinə, çoxsaylı adətlərə, ənənəyə məxsusuq. Mədəniyyətimiz, məişətimiz, mətbəximiz, yaşam vərdişlərimiz böyük mənada eynidir. Bəlkə yaranışda ayrı millət olsaq da, tarixən bir yerdə yaşamağımız, sevinc və kədərimizi birgə bölüşməyimiz, eyni amal uğrunda bir səngərdə kürək kürəyə dayanmağımız millət fərqini də aradan qaldırıb.

Bu eyniliyi ləzgi, tat, avar, qırız, kürd, saxur, ingiloy və s. millətdən olan vətəndaşlarımıza da olduğu kimi şamil etmək olar.

Bəs niyə dünən sosial şəbəkədə Azərbaycanın milli tərkibi haqqında Dövlət Statistika Komitəsinin rəsmi məlumatını paylaşdım?

Əgər qardaşıqsa, kimin  sayının nə qədər olmasının anlamı varmı?

Məncə yoxdur... (Yeri gəlmişkən, o statistikanın tam doğru olduğunu da iddia etmirəm...)

Amma...

Biz qardaşıq deyiriksə, hətta "türk" adımızı belə bəzən sayca az olan millətlərə görə ümumi "azərbaycanlı" adı altında gizləyiriksə, lütfən, qardaşlığı layiqincə aparaq.

Mən bir daha altından xətt çəkərək, qeyd edirəm:

Azərbaycan türkün, talışın, ləzginin, tatın, kürdün, avarın, ingiloyun, saxurun, rusun, yəhudinin, qırızın, xınalığın, rutulun, udinin, qaraçının, gürcünün, ukraynalının, bir sözlə, buranı özünə Vətən bilən, onu sevən, acısına kədərlənən, sevincinə xoşbəxt olan, müdafiə etmək lazım gələndə canını əsirgəməyən, ölkənin bütövlüyünü, bölünməzliyini şərəf, namus məsələsi bilən hər kəsin eyni dərəcədə sahib olduğu bir ölkədir. Hamımızındır, kimsə kimsədən üstün və ya aşağı deyildir. 

Bizim üstünlüyümüzü bu Vətən üçün şəhidliyimiz, aşağılığımızı isə ölkəni parçalamaq istəyimiz müəyyən edir...

Bəs niyə 1995-ci il konstitusiyasında ölkə əhalisinin əsas hissəsinin adı türk deyil, azərbaycanlı yazıldı?

Kimsə inkar etməz ki, bunun tək səbəbi xarici qüvvələrin ölkə içərisində apardığı separatçılıqla bağlı idi. Türk faktoru nədənsə daha çox parçalayıcı amilə çevrilmişdi. ( Səbəbləri barədə yazıb sizləri yormaq istəmirəm)

Axı hər kəsə bəllidir ki, 1936-cı ilə kimi bu gün  "azərbaycanlı" adı ilə  qeyd olunan hər kəsin ata-babasının milliyyəti türk idi. (Mən digər millətlərin nəzərdə tutmuram)

Elə 1995-ci il konstitusiyasına kimi də rəsmi dövlət dili türk dili idi. (1918-ci ildə də belə olmuşdu)

Olmadı, dəyişildi, türklər yenidən azərbaycanlı kimi qeyd olundular.

Çox təəssüf ki, hamının bildiyi bu həqiqət yenə də kimlərisə qıcıqlandırır.

Hətta əsli-nəsli türk olan belə, azərbaycanlı adının kölgəsində özünü daha "rahat" hiss edir.

Şəkilçili millət yoxdur, "azərbaycanlı" sözü düzəltmə sözdür və bu bir millətin adı ola bilməz!!! Dünyada bunun analoqu yoxdur. 

Amma və lakin konstitusiyada belə qəbul olunub, çoxluq da razılaşmış kimi görünür.

Baxmayaraq ki, Güney Azərbaycanda soydaşlarımız özünə türk deyir, hətta ermənilər belə bizə həmişə "türk" deyə müraciət edib.

Yeri gəlmişkən,  talış qardaşlarımız da bizə "azərbaycanlı" deyil, "tırk" (yəni türk) deyirlər.

Azərbaycanlıyıqsa,  hamımız bu adın altında birləşək, yox digər qardaşlarımız öz milli mənsubiyyətlərini qeyd edirlərsə, ( mən buna qətiyyən etiraz etmirəm) bizim türk olmağımız  da kimsəni qıcıqlandırmamalıdır.

Və bizim boyumuza da yalançı tarix biçməməlidirlər.

Guya biz türklər gəlməyik,  bura 10-11-ci əsrlərdə hissə-hissə köç etmişik.

Bu qədər absurd nağılı necə danışmaq olar?

Sadə məntiqə söykənərək danışmaq istəyirəm. 

Bizim gəlmə olduğumuzu iddia edənlər, gərək onda bir şeyi  də "etiraf" edələr- biz bura köç edənə kimi ərazidə kimsə yaşamırmış.  Yoxsa biz necə oldu ki, hamını türkləşdirdik, dili, mədəniyyəti,  adət-ənənələri dəyişdirdik, hamı da türk dilində danışmağa başladı, sonra da dövlət qurduq burda?

Niyə heç bir azərbaycanlı azsaylı millətlərin içində yaşasa belə, onun dilini bilmir, amma hamı türkcə bilir və hətta bəzən öz aralarında da türkcə danışırlar?

Deməyim o ki, biz sizlərə gəlmə demiriksə, bizim də gəlmə olduğumuzu iddia etməyin.

Biz talışı, ləzgini, kürdü, avarı, saxuru, qırızı, ingiloyu, yəhudini və s sevdiyimiz kimi siz də türkü sevin.

Biz "dolma  milli yeməyimizdir" demədiyimiz kimi, siz də mətbəxinizdən bizə keçən yeməyi marginallaşdırmayın, əksinə, bölüşün, "hamımızındır" deyin.

Toylarımızın az qala şah əsəri olan "Vağzalı", "Evimizə gəlin gəlir" musiqilərinin müəllifi azərbaycanlı (oxu:türk) olsa da, "bizimdir" demiriksə, hansısa musiqinin sizə məxsusluğunu xüsusi qabartmağa ehtiyac yoxdur.

Biz Pəncəlini, Valehi, Alberti, Xudayarı, Mübarizi bir-birindən seçmiriksə, Həzi Aslanova ən yaxşı film çəkiriksə, lütfən, onları milliyyətinə görə bölməyin.

Biz "Laçınsız" olmaz deyiriksə, siz də "haman kürdəm" oxuyub bölməyin. (Çünki Laçın nə qədər türkündürsə, o qədər də kürdündür)

Mən kürd, talış, ləzgi və s. dillərdə musiqi ifasının əleyhinə deyiləm, əsla, amma mahnının sözlərində bölücülük elementi olacaqsa, ona qarşıyam.

Həzi Aslanov talışdır,  lakin hər bir azərbaycanlı üçün simvoldursa,  onu qabarıq, bəzən üstünlük kimi təqdim etmək, qəhrəmanı kiçiltməkdən başqa bir şey deyil, həmçinin,  milləti üz-üzə qoymaq elementləri açıq görünür. 

Babək "talışdır" demək, nə tarixi dəyişdirmir, nə gələcək üçün yaxşı heç nə vəd etmir. Bunu anlamaq o qədər çətindir?

Mən bu gün ölkədə sosial-iqtisadi,  siyasi problemlərimizin olduğunun fərqindəyəm. Lakin bunun heç birinin kökündə milli ayrı-seçkilik dayanmır. Hamının problemi eynidir, ha türk olsun, ha talış, ha ləzgi, saxur, kürd, ingiloy və s.

Lakin erməni separatçılarının əl-ayağı kəsiləndən sonra şimaldan və cənubdan yeni küləklər əsir. Fərqində deyilsiniz?

Niyə talış qardaşlarımız Rusiyadan  yayımlanan "Azad Talışıstanın səsi " proqramındakı bölücü xəritəyə münasibət bildirmir? Görmürsünüz ki, Vətənimiz neçə yerə bölünüb o xəritədə?

Görmürsünüz ki, olmayan Artsax belə saxlanılıb orda?

"Azad Talışıstan" nə demək, kimdən azad olur, biz qardaş deyilikmi?

O xəritədə Talışıstan "sərhədi"  Artsaxa dirənib, bunu da görmürsünüz?

Bu günlərdə İqbal Əbilovun hüquqlarını müdafiə edənlər onun məhkəmədə talış dilində çıxış edib tərcüməçi istəməsini az qala milli qələbə hesab edirlər.

Niyə? Kimin üzərində qələbə çalırsınız?

Qardaşınızın, doğmanızın,  Azərbaycanın?

İqbal Əbilov azərbaycanlı deyil, dili bilmir?

Bu nəyin tamaşasıdır?

Siz bu "ifalarda"  yad səsləri eşitmirsiniz?

Rusiyanın, İranın, bəzi Avropa dövlətlərinin marıqda duraraq bu ocağı necə körüklədiyini hiss etmirsiniz?

Edib, susursunuzsa, çox pis.

 Etmirsinizsə, ondan da pis.

Türk, talış, ləzgi, avar, saxur, tat, qırız heç sevəndə , ailə quranda bir-birinə fərq qoyub?

On minlərlə ailə, milyonlarla milliyyəti qarışmış insanlardan nə istəyirsiniz?

Xarici ölkələr üçün fərqi yoxdur bizim faciəmizin, amma biz onun ən dəhşətlisini yaşayarıq. Bu erməni seperatçılığına bənzəməz, sevimli qardaşlarımız. Erməni ilə beş-üç nigah var idi. 

Biz isə fərqliyik. Biz ayrı deyilik, bizik.

 Uşağımızın birini  türk deyib ana götürəcək, o birini talış, ləzgi, kürd, saxur, tat, qırız və s. deyə, ata?

Ağlınızı hara vermisiniz, bu ölkə param-parça olar. Həm də ərazisi ilə yox, insanları ilə. Dayanın, durun...

Bax statistikanı bu mövzu üçün paylaşmışdım,  istədim emosiyalar bir az açıq görünsün, sonra bu yazını qələmə alım.

Toparlanın, dünyada parçalananlar yox, birləşənlər böyüyür.

 Bir filmdə deyildiyi kimi: " Anasız böyümək olar, ortaqsız yox!" 

Azərbaycan hamımızındır, bizim ortaq yurdumuzdur. Hamımıza bu məmləkətdə yer var. Yetər ki, başqasının yerinə iddia etməyək, öz yerimizdə olaq. Azərbaycan adından böyük kimsə yoxdur, ya onu sevəcəyik, qoruyacağıq, bütöv saxlayacağıq, ya da...

Ya da onun bütövlüyünə, böyüklüyünə, bayrağına, sərhədinə əl uzadanın əlini kəsəcəyik...

P.S. Yazıda bəzi sosial şəbəkə istifadəçilərinin bu tipli məsələlərdən sui-istifadə etməyinə toxunmadım. İstəmədim ki, kimlərsə yazımın hədəfi olsun. Düşündüm ki, bu mövqeyim onların da gələcək addımlarına təsirsiz ötüşməz, inşallah. 

Hər kəs ana dilini, öz millətini, musiqisini sevsin. Amma bu sevgi Azərbaycana qarşı çevrilməsin. Azərbaycanımızı nə qədər çox sevəcəyiksə, o qədər güclü, böyük və qüdrətli olacağıq.

İqbal Ağazadə

ÜMİD Partiyasının sədri

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Məmmədov: Azərbaycan Fələstinin etibarlı dostudur

Azərbaycan ilə Fələstin arasında münasibətlər qarşılıqlı hörmət, dostluq və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlıq modeli kimi diqqət çəkir. Bu əlaqələrin əsas xüsusiyyətlərindən biri siyasi dialoqla yanaşı, humanitar həmrəyliyin və qarşılıqlı etimadın da davamlı şəkildə qorunmasıdır.Azərbaycan xalqı və dövləti hər zaman Fələstin xalqının yanında olub, ona dost və qardaş dəstəyi göstərib. Rəsmi Bakı Fələstin məsələsində beynəlxalq hüquqa əsaslanan ardıcıl mövqe nümayiş etdirərək BMT-nin qəbul etdiyi qərarlara uyğun "iki dövlət" prinsipini dəstəkləyir. Bu yanaşma Azərbaycanın xarici siyasətində beynəlxalq hüquqa və ədalətli həll mexanizmlərinə verdiyi önəmin ifadəsidir.Son illərdə iki ölkə arasında siyasi əlaqələr daha da intensivləşib. Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanın Azərbaycana...

17 İyul 2026, 10:50

Deputat: Azərbaycan Avrasiyanın mühüm logistika mərkəzinə çevrilib

Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında münasibətlər qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edir. Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlər və siyasi dialoqun intensivləşməsi iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verir. Bu sözləri Citypost.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.Deputatın sözlərinə görə, hər iki dövlət siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, humanitar və parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Hələ bundan öncə Azərbaycan və Slovakiya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrarası münasibətləri çox yüksək səviyyəyə...

16 İyul 2026, 16:00

Tural İrfan: Dövlət rəmzlərinə hörmətsizliyə güzəşt olmaz

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan dövlət rəmzlərinin qorunmasının vacibliyindən danışıb.Citypost.az-a açıqlama verən Tural İrfan bildirib ki, dövlət himni ölkənin suverenliyini və müstəqilliyini təmsil edən əsas dövlət rəmzlərindən biridir və dövlət bayrağı, eləcə də gerbi ilə birlikdə dövlətçiliyin müqəddəs atributu hesab olunur.Onun sözlərinə görə, dövlət rəmzlərinə qarşı birbaşa və ya dolayı yolla hörmətsizlik edən, onları təhqir edən şəxslər qanun qarşısında məsuliyyət daşımalıdır."Dövlət rəmzlərinə qarşı çıxan və ya onları təhqir edən istənilən şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu məsələdə heç bir imtiyaz tanınmamalıdır", – deyə o vurğulayıb.Tural İrfan həmçinin qeyd edib ki, klassik Azərbaycan xalq musiqisi...

16 İyul 2026, 11:37

Tofiq Zülfüqarov: Naxçıvan–Qarabağ marşrutu üzrə təlim keçirmək vaxtıdır

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında Zəngəzur dəhlizi və regional proseslərlə bağlı diqqətçəkən paylaşım edib.Citypost.az xəbər verir ki, sabiq nazi paylaşımında TRIPP-in icraçı direktoru vəzifəsinə yəhudi-rus mənşəli investor Sokolovun təyin olunduğunu qeyd edərək, Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur bölgəsinə səfərlərinə və Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı mövqeyinə toxunub.Tofiq Zülfüqarov bildirib ki, Paşinyan Konstitusiya dəyişikliyi məsələsində tələsmədiyini bəyan edir. Sabiq nazir bunun fonunda Naxçıvandan Qarabağa və əks istiqamətdə dağlıq ərazilərdə xüsusi təyinatlı qüvvələrin reyd yürüşlərinin məşq edilməsinin vaxtının çatdığını ironiya ilə ifadə edib.Paylaşımının sonunda Zülfüqarov səsləndirdiyi fikirlərin “sadəcə ucadan düşüncələr” olduğunu vurğulayıb.Turan ...

16 İyul 2026, 10:32

Vüqar Rəhimzadə: Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq möhkəmlənir

Xarici siyasət uğurlarımızın mühüm tərkib hissələrindən biri ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsidir. Azərbaycan hər zaman əməkdaşlığa böyük önəm verdiyini real addımları ilə nümayiş etdirir. İyulun 14-də Slovakiya Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri də bu qəbildəndir. Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra qürurverici hadisələr sırasında dövlət başçısı İlham Əliyevin bu və ya digər ölkələrin dövlət başçısını azad Qarabağda və Şərqi Zəngəzurda qarşılamasını qeyd edirik. Slovakiya Prezidentinin rəsmi qarşılanma mərasimi də Şuşada reallaşdı. Həmçinin Şuşada prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Görüşlərdə müzakirə olunan məsələlər, ikitərəfli gündəliyin genişliyi bir...

15 İyul 2026, 17:17

Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək.APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 16-17 iyulda Moskvada rəsmi səfərdə olacaq.Zaxarova Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqların keçiriləcəyini vurğulayıb.O qeyd edib ki, danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq....

15 İyul 2026, 17:12