Bizə yazın

Baku

-°C

USD

-

Heydər Oğuz: Bakıda gizli görüş iddiası ciddi suallar doğurur

Siyasət 22 İyul 2026, 09:22

411

İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib?

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərində diqqətimi cəlb edən ən mühüm məsələ “Deutsche Welle” nəşrinin jurnalistinin ölkə liderlərinə ünvanladığı suala verilən cavablardır. Alman jurnalistin sualı belə idi:

“… bir neçə gün əvvəl alman mediası yazmışdı ki, Bakıda qeyri-rəsmi alman-rus görüşü baş tutub. Həmçinin qeyd olunur ki, hökumət koalisiyasında olan partiyaların keçmiş yüksəkrütbəli siyasətçiləri görüşdə iştirak edib. Həmin görüşün nəticəsi barədə heç bir məlumat verilməyib… Buna necə baxırsınız?”.

Alman kanslerinin cavabı kifayət qədər lakonik oldu: “Bu cür görüş haqqında mənim məlumatım yoxdur”.

Prezident İlham Əliyevin cavabı isə şəxsən məni heyrətləndirdi:

“Bakıda keçirilmiş dediyiniz görüşlərlə əlaqədar deyə bilərəm ki, bu məlumatı biz “The Times” qəzetindən öyrəndik. Bizim bundan xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanda çıxan məqaləyə biz diqqətlə yanaşaraq araşdırma aparmışıq və dünən mən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəmişəm ki, “The Times” qəzetində adları keçən şəxslər Azərbaycanda bir vaxtda olublar, yoxsa yox. Sizə onu deyə bilərəm ki, bu məlumat təsdiqləndi. İyulun 12-də Berlin-Bakı reysi ilə iki nəfər tanınmış şəxs, - birinin xanım Merkelin administrasiyasının rəhbəri olduğu haqqında məlumat var, - cənab Pofala və cənab Platsik Bakıya gəlmişdilər və iyulun 14-də Bakıdan Berlinə geri qayıtmışdılar. Eyni zamanda, ayın 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlmişdilər və biri ayın 13-də, o biri isə ayın 14-də Bakıdan ayrılmışdılar. Bizə bu barədə nə Almaniyadan, nə Rusiyadan hər hansı bir xəbər daxil olmamışdı. Yəni sadəcə olaraq, bizim ərazimiz bizdən xəbərsiz istifadə edilmişdir. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm. Çünki biz bunu görməmişik. Amma dediyim bu uçuş statistikası deməyə əsas verir ki, belə bir gizli görüş Bakıda keçirilmişdir”.

Açığını deyim, məni heyrətləndirən Merkel komandasının Rusiya ilə gizli danışıqlara getməsi deyildi. Zatən Şərqi Almaniyanın keçmiş “nümunəvi komsomolu”nun Rusiyaya duyduğu məhəbbət yeni xəbər deyil və hardasa başadüşüləndir. Zira məşhur ifadə ilə desək,bir casusun, bir kommunistin, bir də komsomolun sabiqi olmur. Bir dəfə əməkdaşlığa cəlb olundularsa, ömürlərinin sonuna qədər o vəzifədən ayrıla bilməzlər. “Nümunəvi alman komsomolu” olan Merkel də, görünür, öz ətrafına “sabiq komsomolçuları” yığıb və onun öz “müqəddəs borcunu” yerinə yetirməsindən təbii heç nə ola bilməz.

Yeri gələndə mən alman kansleri Fridrix Mertsin bu qədər böyük həngamədən xəbərsiz olmasını da qəribsəmədim. Bütün Avropa Birliyi ölkələri kimi Almaniya da qəribə məmləkətlərdəndir və orda hər kəs öz havasını çalır. Mənim qəribəmə gələn Prezident İlham Əliyevin bu görüşdən xəbərsizliyidir.

Düzünü deyim ki, Prezidentin bu görüşdən xəbəri olmadığı barədə fikirlərini səmimi qəbul etdim. Hər halda onun da Merts kimi “mənim bu görüşdən xəbərim yoxdur” deyib sualdan qaçınmaq imkanı vardı. Prezident isə diplomatik qaçınma yolunu tutmadı və faktiki olaraq Bakıda ondan xəbərsiz alman-rus görüşünün keçirildiyini bir növ etiraf etdi.

Məni təəccübləndirən də elə bu etiraf idi. Belə çıxırdı ki, Bakıda Moskva ilə Berlinin sifarişlərini yerinə yetirən xüsusi bir güc mərkəzi var və bu güc mərkəzi öz fəaliyyətində heç Prezidentə də hesabat vermirlər. 

Açığı mənə elə gəlir ki, Prezidentin bu etirafları yeni rus agentura şəbəkəsinin zərərsizləşdirilməsi əməliyyatlarının keçirilməsi üçün mühüm siqnallardan biridir və yəqin ki, Azərbaycan ictimaiyyəti yaxın günlərdə növbəti şok məlumatlarla silkələnəcək. 

Heydər Oğuz

Jurnalist

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Məmmədov: Milli media dövlətimizin əsas dayaqlarındandır

22 İyul – Milli Mətbuat Günü Azərbaycan milli mətbuatının 150 illik şərəfli tarixini, jurnalistikanın cəmiyyətin inkişafındakı rolunu və müasir dövrdə informasiya təhlükəsizliyinin əhəmiyyətini bir daha dəyərləndirmək üçün mühüm fürsətdir.1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən əsr yarım ərzində xalqımızın maariflənməsinə, milli düşüncənin formalaşmasına, dövlətçilik ənənələrinin möhkəmlənməsinə və ictimai həmrəyliyin güclənməsinə mühüm töhfələr verib. Bu gün Azərbaycan mediası yalnız ölkə daxilində deyil, beynəlxalq informasiya məkanında da həqiqətin, obyektivliyin və peşəkarlığın təbliğində mühüm missiya daşıyır.Müasir dövrdə informasiya milli təhlükəsizliyin mühüm elementlərindən biridir. Rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının sürətli inkişafı və dezinformasiyanın artdığı bir şəraitdə...

22 İyul 2026, 09:41

Zaur Şükürov: Azərbaycan mediası dövlətçiliyin və milli maraqların dayağıdır

22 iyul Azərbaycan xalqı üçün əlamətdar bir tarixdir. Məhz bu gündə, 1875-ci ildə böyük maarifçi və ziyalı Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti ilə milli mətbuatımızın təməli qoyulmuşdur. "Əkinçi" qısa müddət ərzində həm ziyalılar, həm də geniş oxucu kütləsi arasında maarifçi ideyaların daşıyıcısına çevrildi. Çar Rusiyasının təzyiqlərinə baxmayaraq, o dövrlərdə məhz qəzet milli özünüdərk, azadlıq, maarifçilik ideyalarının yayılmasında mühüm rol oynadı. Bununla da, Azərbaycan mətbuatı cəmiyyətin inkişafına və milli şüurun formalaşmasına mühüm töhfə verməyə başladı.Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Zaur Şükürov bildirib.Millət vəkili Ulu Öndər Heydər Əliyevin sözlərini xatırladıb: "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq,...

21 İyul 2026, 21:51

Zahid Oruc: Berlin Bakının strateji rolunu təsdiqlədi

Prezident İlham Əliyevin 20–21 iyul 2026-cı il tarixlərində Almaniyaya rəsmi səfəri Azərbaycan - Almaniya münasibətlərinin tarixində yeni bir dönüş nöqtəsidir. Dövlət başçısının Berlində ehtiramla qarşılanması, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə təkbətək və geniş tərkibli görüşü, digər yüksək rəsmilərlə danışıqlar səfərin siyasi çəkisini göstərir. Almaniya hökumətinin rəsmi açıqlamasında danışıqların əsas mövzuları kimi enerji və xammal, Azərbaycan–Ermənistan sülh prosesi, beynəlxalq təhlükəsizlik və Yaxın Şərqdəki vəziyyət göstərilib.Bu sözləri Citypost.az-a açıqlamasında Millət vəkili Zahid Oruc bildirib.Deputatın sözlərinə görə, yeni mərhələnin siyasi əsası 2025-ci ilin dekabrında qoyulmuşdu. Kansler Fridrix Merts Prezident İlham Əliyevlə telefon danışığında Azərbaycanla Ermənistan arasında sülh prosesindəki irəliləyişi regional sabitlik üçün mühüm hadisə...

21 İyul 2026, 17:35

Merts: Sülh Almaniya və Azərbaycan üçün vacibdir

Almaniyanın və Azərbaycanın siyasi təhlükəsizliyi və iqtisadi maraqları əhəmiyyətli şəkildə böyük müharibələrin təsirinə məruz qalıb.Citypost.az  xəbər verir ki, bu sözləri Almaniyanın Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə mətbuat konfransında söyləyib.O deyib ki, ayrı-ayrılıqda bu müharibələr fərqli olsa belə, biz danışıqlar yolu ilə həllin əldə edilməsini müdafiə edirik."Burada bizə əminliyi verən odur ki, yalnız bu halda, son nəticədə davamlı sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq olar", - deyə Kansler vurğulayıb....

21 İyul 2026, 16:12

Merts: Azərbaycan-Ermənistan sazişi yeni şans yaradır

Sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır.APA-nın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Almaniyanın Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə mətbuat konfransında söyləyib.O qeyd edib ki, Almaniyanın və Avropa İttifaqının tam marağındadır ki, geosiyasi cəhətdən vacib olan bu region sakitləşsin.Prezident İlham Əliyevi sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edən Kansler deyib: "Sözügedən müqavilə Azərbaycan və Ermənistan tərəfindən möhürləndi. Bu tarixi müqavilə uzun münaqişənin daimi olaraq öhdəsindən gəlməyə yeni şans verir"....

21 İyul 2026, 16:11

Prezident: Azərbaycan–Almaniya əməkdaşlığı bölgə üçün önəmlidir

Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında deyib.Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək".

21 İyul 2026, 16:02