Bizə yazın

Baku

-°C

USD

-

"İdrak" liseyi işi üzrə məhkəmə qismən qapalı oldu

Cəmiyyət 24 İyul 2026, 11:20

442

Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilir.

Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili və zərərçəkən şəxsin nümayəndəsi vəsatət verərək prosesin qapalı keçirilməsini xahiş ediblər. Onlar bildirib ki, yayılan məlumatlardan sonra həm təqsirləndirilənin, həm də zərərçəkənin şəxsiyyəti ilə bağlı sosial şəbəkələrdə nalayiq ifadələr səslənir.

Sədrlik edən hakim isə bildirib ki, proses qapalı keçirilsə də, insanlar buna başqa mənalar verib, şərhlər yazacaqlar.

Daha sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra məhkəmə heyəti prosesin qismən qapalı keçirilməsinə qərar verib. Bu, hər iki tərəfin ifadələrini sərbəst verə bilməsi ilə izah olunub, vəsatət əsassız hesab edilib.

Proses davam edir.

Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Ə.Ş-yə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vüqar Rəhimzadə Ordubadda vətəndaşları dinlədi

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Aşağı Əndəmic kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.Citypost.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılovun da iştirak etdiyi görüşdə Aşağı Əndəmic kəndindən olan seçicilərlə yanaşı, Yuxarı Əndəmic kəndindən olan seçicilər də iştirak ediblər.Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

24 İyul 2026, 12:43

Məhkəmədə Anar Məmmədliyə 14 il cəza tələb olundu

Dövlət ittihamçısı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 14 il, onunla birgə ittiham olunan Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Citypost.az xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.İclas tərəflərin çıxışları ilə davam edib. Dövlət ittihamçısı da öz növbəsində çıxış edib.Məhkəmənin növbəti iclası avqustun 7-nə təyin olunub.Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1, 193-1.3.2 (qanunsuz...

24 İyul 2026, 12:40

Sabah Bakıda 38 dərəcə isti olacaq 

Azərbaycanda iyulun 25-də 39 dərəcə isti gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, dağlarda...

24 İyul 2026, 12:20

Bakıda iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb 

Bakı şəhəri, Xəzər rayonu, Binə Savxoz ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 08:00 radələrindən etibarən 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.Bu barədə Citypost.az -a TƏBİB-dən məlumat verilib.Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.Sabunçu Tibb Mərkəzində yaralılara başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü pasiyentin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.Digər 12...

24 İyul 2026, 11:30

Jurnalist: "Son illərdə uşaqlara qəribə adların qoyulması narahatlıq doğurur"  

Jurnalist Alçina Amilqızı son illərdə Azərbaycanda uşaqlara qoyulan bəzi adlarla bağlı fikirlərini bölüşüb.O bildirib ki, son beş ildə uşaqlara Anano, Ariela, Artyom, Kürsümxanım, Lazare, Ronaldo, Maytab, Zafta, İton, Ərəbzəngi, Zalkep və Kanəsəf kimi adlar verilib.Jurnalistin sözlərinə görə, bu cür adlar gələcəkdə uşaqların özlərini təqdim edərkən çətinlik yaşamalarına səbəb ola bilər:"Elə bil uşağa ad yox, Wi-Fi şifrəsi qoyurlar. Sabah o uşaq hər dəfə özünü təqdim edəndə izahat verməli olacaq. Görəsən bu adları valideynlərin özləri daşımaq istəyərlər?"Alçina Amilqızı qeyd edib ki, fərqli və mənalı ad seçmək təqdirəlayiq olsa da, məsxərəyə səbəb ola biləcək adların qoyulması düzgün yanaşma deyil.Yeganə...

24 İyul 2026, 11:23

Gövhər Həsənzadə Flora Kərimovadan yazdı: "Formalaşmağımda böyük rolu var"

Əməkdar artist, tanınmış bəstəkar Gövhər Həsənzadə Xalq artisti Flora Kərimovanı 85 illik yubileyi münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bəstəkar sosial şəbəkə hesabında paylaşdığı təbrikində Flora Kərimovanın yaradıcılıq yolunda ona böyük dəstək olduğunu vurğulayıb.Gövhər Həsənzadə bildirib ki, bəstəkar kimi formalaşmasında Flora Kərimovanın xüsusi rolu olub. O, sənətkarın ifaları, tövsiyələri, dəyərli fikirləri və zəngin təcrübəsinin onun yaradıcılıq həyatına mühüm təsir göstərdiyini qeyd edib.Bəstəkar paylaşımının sonunda Flora Kərimovanın 85 illik yubileyi münasibətilə ona uzun ömür, möhkəm cansağlığı və sevgi dolu həyat arzulayıb.Qeyd edə ki, ötən gün Xalq artisti Flora Kərimovanın 85 yaşı tamam olmuşdur...

24 İyul 2026, 10:57