Bizə yazın

Baku

-°C

USD

-

Eldəniz Əmirov: Strategiyalarda ölçülə bilən hədəflər olmalıdır

Cəmiyyət 30 İyul 2026, 10:09

273

Çox strateji bir məsələyə (dövlət proqramları və strategiya sənədlərinin çatışmazlıq hesab etdiyim tərəflərinə) toxunmaq istəyirəm.Orta statistik vətəndaş üçün dövlət proqramları və strategiya sənədləri o qədər də əhəmiyyətli görünməyə bilər. Amma, bu sənədlər hər bir sahənin gələcək inkişafının və dayanıqlılığının əsas yol xəritəsidir.

Citypost.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında bildirib

"Bu sənədlərin ən vacib hissəsi isə "Tədbirlər planı"dır. Burada qurumlar qarşısında konkret hədəflər qoyulur. Çünki, məhz burada hansı qurumun, hansı müddətdə, hansı işi görməli olduğu və hansı nəticəyə nail olmalı olduğu müəyyən edilir.

Amma təəssüf ki, tədbirlər planlarında hədəflər çox vaxt qeyri-müəyyən ifadələrlə yazılır. Nəticədə həmin hədəfin icra edilib-edilmədiyini obyektiv qiymətləndirmək mümkün olmur. Bu isə o deməkdir ki, faktiki olaraq ciddi nəticə əldə edilməsə belə, icraçı qurum hesabatında həmin tapşırığın yerinə yetirildiyini rahatlıqla qeyd edə bilir. 

Məsələn, bir çox tədbirlər planlarında qurum qarşısında hədəf aşağıdakı ifadələrə qoyulur:

- "Səmərəliliyin yüksəldilməsi"

- "Töhfənin verilməsi"

- "İmkanların genişləndirilməsi"

- "Əlçatanlığın artırılması"

Bu ifadələrlə yazılan hədəf necə ölçüləcək?

Məsələn, "töhfənin verilməsi" nə deməkdir? Bir telefon danışığı da töhfə sayıla bilər, bir görüş də, bir məktub da, milyardlıq investisiya da. Bunların hamısını eyni meyarla necə qiymətləndirmək olar?

Yaxud "səmərəliliyin yüksəldilməsi". Nə qədər yüksəldilməsi? 1 faiz, 10 faiz, yoxsa 50 faiz? Hansı göstərici əsasında?

Və ya "əlçatanlığın artırılması", "imkanların genişləndirilməsi". Nə qədər artırılması? Neçə nəfər üçün? Neçə kilometr? Neçə faiz? 

Əgər hədəf ölçülə bilmirsə, onun icrasını da obyektiv qiymətləndirmək mümkün deyil. Belə olduqda isə demək olar ki, istənilən fəaliyyət həmin bəndin icrası kimi təqdim edilə bilər.

Unutmayaq ki, strategiya sənədləri və dövlət proqramları niyyətlər toplusu deyil. Onlar ölçülə bilən nəticələri, konkret göstəriciləri və aydın hədəfləri özündə əks etdirməlidir. Çünki yaxşı yazılmış "Tədbirlər planı" həm icranı asanlaşdırır, həm də sonradan yazılan hesabatların obyektivliyini təmin edir.

Sonda qeyd edim, məqsədim konkret hər hansı proqramın və ya strategiyanın tənqidi deyil. Məqsədim və istəyim heç olmasa qarşıdakı dövrdə hazırlanacaq dövlət proqramları və strategiya sənədlərində hədəflər daha konkret, ölçülə bilən və nəticəyönümlü müəyyən edilsin.  Çünki yuxarıda qeyd etdiyim kimi, strategiya və proqram yaxşı niyyətlər toplusu deyil. Bunlar ölçülə bilən hədəflər və cavabdehlik yaradan idarəetmə alətidir." - deyə ekspert bildirib

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gələn həftə kolleclərə ixtisas seçimi başlayır 

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi avqustun 3-də başlayır.Bu barədə Citypost.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.Bildirilib ki, ixtisas seçimi avqustun 9-dək aparılacaq."Abituriyent" jurnalının 3-cü nömrəsini və "Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2025-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları"nı nəşr edib.

30 İyul 2026, 12:07

Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı 

İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərindən daha biri satılıb.Citypost.az xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, söhbət “BMW 740İ” markalı avtomobildən gedir.İlk dəfə 23 min manata təklif olunan “BMW 740I” son olaraq yarı qiymətinə - 11 500 manata satılıb.Bu isə demək olar ki, avtomobil bazarında yaxşı vəziyyətdə olan “Prius” markalı maşının qiymətinə bərabərdir.Həmin avtomobili Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova idarə edirdi.Qeyd edək ki, ötən ay vaxtilə Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin idarə etdiyi “Range Rover” markalı avtomobil də hərrac yolu ilə satılıb. 56 min manata satış...

30 İyul 2026, 12:03

Elçin Rüstəmli: Manatın sabitliyi bazarda yoxlanmalıdır

Jurnalist Elçin Rüstəmli Mərkəzi Bankın sədri Taleh Kazımovun manatın məzənnəsi ilə bağlı açıqlamasını şərh edib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, Mərkəzi Bankın sədri Taleh müəllim dolların manat qarşısında bahalaşmayacağını deyibsə və buna tam əminlik varsa, bu halda üzən məzənnə rejiminin tətbiq olunması daha məqsədəuyğun olardı və məzənnə inzibati qaydada müəyyən edilməməlidir.Elçin Rüstəmli qeyd edib ki, hazırda neft və qazın yüksək qiymətə satılması nəticəsində ölkənin xarici ticarətində müsbət saldo formalaşıb və makroiqtisadi göstəricilər sabit qalır.Jurnalistin sözlərinə görə, ilin birinci yarısında idxalın 30 faiz azalması daxili istehsalın artması ilə deyil, iqtisadi daralma və ÜDM-in zəif artımı ilə bağlıdır. O vurğulayıb ki,...

30 İyul 2026, 11:56

Pərvanə Vəliyeva: Dilimizi yaşatmaq Azərbaycanı yaşatmaqdır

Dil hər bir xalqın mənəvi sərvəti, tarixi yaddaşı, milli kimliyinin və dövlətçiliyinin əsas sütunudur. Xalqın keçdiyi tarixi yol, yaratdığı zəngin mədəniyyət, ədəbiyyat, adət-ənənələr və mənəvi dəyərlər məhz ana dili vasitəsilə nəsildən-nəslə ötürülür. Azərbaycan dili də minilliklər boyu xalqımızın milli varlığını qoruyub saxlayan, onun mənəvi dünyasını yaşadan və müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan zəngin və ahəngdar bir dildir.“Bizim Azərbaycan dili şeir dilidir.”Ulu Öndər Heydər ƏliyevDünyanın müxtəlif xalqlarına mənsub olan insanlar Azərbaycan dilini ilk dəfə eşidərkən, onun mənasını tam anlamasalar belə, bu dilin ahəngdarlığını, melodikliyini və şeirə bənzər səslənişini xüsusi vurğulayırlar. Bu, Azərbaycan dilinin zəngin fonetik quruluşunun, incə ifadə imkanlarının və...

30 İyul 2026, 11:45

İlham Əliyev Mərakeş Kralını təbrik edib 

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.Citypost.az  xəbər verir ki, təbrikdə deyilir:Əlahəzrət,Əziz Qardaşım,Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.Biz tarixi köklərə və xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş münasibətlərinə xüsusi əhəmiyyət veririk.Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram.Hörmətlə,İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 27iyul 2026-cı...

30 İyul 2026, 11:04

Keçmiş deputata yeni vəzifə verildi

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktorunun müavini vəzifəsinə təyinat olub.Citypost.az  xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Baş naziri Cabbar Musayev müvafiq sərəncam imzalayıb.Sərəncama əsasən, bu vəzifə Cəbi Quliyevə həvalə olunub.Qeyd edək ki, Cəbi Quliyev bu təyinata qədər Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb. O, həmçinin 7 saylı Ordubad-Culfa dairəsi üzrə Milli Məclisin deputatı (2020-2024-cü illər) olub....

30 İyul 2026, 10:30