Bizə yazın

Baku

-°C

USD

-

Birgə mülkiyyətlə bağlı vacib hüquqi qaydalar

Hüquq 30 İyul 2026, 09:57

430

Ailə münasibətlərində ən çox mübahisə doğuran məsələlərdən biri də ər-arvadın nikah dövründə əldə etdiyi əmlakın hüquqi statusudur. Bir çox insanlar hesab edirlər ki, əmlak yalnız kimin adına rəsmiləşdirilibsə, ona məxsusdur. Halbuki Azərbaycan qanunvericiliyi bu məsələyə fərqli yanaşır.

Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, nikah dövründə ər və arvadın əldə etdiyi əmlak, əksi sübuta yetirilməyənədək onların birgə mülkiyyəti hesab olunur. Bu hüquqi yanaşma "birgə mülkiyyət prezumpsiyası" adlanır.Bu o deməkdir ki, nikah müddətində əldə edilmiş mənzil, torpaq sahəsi, avtomobil, bank əmanətləri, biznesdən əldə olunan gəlirlər və digər əmlaklar, adətən, hər iki həyat yoldaşının ümumi mülkiyyəti sayılır. Əmlakın yalnız ərin və ya yalnız arvadın adına rəsmiləşdirilməsi onun şəxsi mülkiyyət olması demək deyil.Qanunvericiliyə əsasən, nikah pozulduqda və ya nikahın pozulmasından sonra üç il ərzində tərəflər birgə əldə edilmiş əmlakın bölgüsü ilə bağlı məhkəməyə müraciət edə bilərlər.Ümumi qaydaya görə, məhkəmə əmlakı ər və arvad arasında bərabər – yəni 1/2 hissə olmaqla bölür. Lakin bu qaydanın da istisnaları mövcuddur.

Belə ki, tərəflərdən biri sübut edə bilsə ki, mübahisə predmeti olan əmlak nikah bağlanmamışdan əvvəl əldə edilib, yaxud həmin əmlak ona miras və ya bağışlanma yolu ilə keçib, artıq həmin əmlak birgə mülkiyyət hesab olunmur və bölgüyə daxil edilmir.Məsələn, şəxs evlənməzdən əvvəl mənzil alıbsa, yaxud valideynindən miras qalan evi varsa, həmin əmlak onun şəxsi mülkiyyəti hesab edilir. Eyni qayda bağışlanan əmlaka da şamil olunur.Digər tərəfdən, nikah dövründə şəxsi vəsait hesabına əmlak alınması barədə iddia irəli sürülürsə, bunu iddia edən tərəf məhkəmədə müvafiq sənədlərlə sübut etməlidir. Əks halda, qanun həmin əmlakı ər-arvadın ümumi mülkiyyəti kimi qiymətləndirəcək.

Hüquqşünaslar bildirirlər ki, birgə mülkiyyət prezumpsiyasını aradan qaldırmaq istəyən şəxs bunun üçün kifayət qədər hüquqi sübut təqdim etməlidir. Sadəcə şifahi bəyanat və ya iddia məhkəmə üçün yetərli hesab edilmir.Qeyd olunur ki, bəzi hallarda məhkəmə bərabər bölgü prinsipindən də kənara çıxa bilər. Məsələn, azyaşlı uşaqların mənafeyi, tərəflərdən birinin ailə büdcəsinə verdiyi töhfə və digər mühüm hallar nəzərə alınaraq fərqli bölgü aparılması mümkündür. Lakin bu, yalnız konkret işin hallarına əsasən məhkəmənin qiymətləndirməsindən asılıdır.

Mütəxəssislərin fikrincə, ailə münasibətlərində sonradan uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısını almaq üçün tərəflərin nikah dövründə əmlakla bağlı hüquqi vəziyyəti əvvəlcədən dəqiq müəyyən etmələri və zərurət yarandıqda nikah müqaviləsindən istifadə etmələri məqsədəuyğundur. Bu, gələcəkdə həm hüquqi mübahisələrin, həm də ailədaxili gərginliyin azalmasına kömək edir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Alkoqollu sürücülər nə vaxt cinayət məsuliyyəti daşıyır?

Yol hərəkəti təhlükəsizliyini ciddi şəkildə təhdid edən əsas amillərdən biri də sürücünün alkoqollu içki qəbul etdikdən sonra sükan arxasına əyləşməsidir. Təəssüf ki, bir çox sürücülər sərxoş vəziyyətdə avtomobil idarə etməyin hüquqi nəticələrini tam bilmirlər. Halbuki qanunvericilik bu məsələyə çox ciddi yanaşır və nəticədən asılı olaraq həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutur.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, sadəcə alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə etmək hələ özlüyündə cinayət hesab edilmir. Bu əməl ilk növbədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir və inzibati məsuliyyət yaradır.Belə hallarda sürücü barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilir. Məhkəmənin qərarından...

30 İyul 2026, 10:58

Borc verdiyiniz pulu necə qoruya bilərsiniz? 

Cəmiyyətimizdə ən çox rast gəlinən hüquqi mübahisələrdən biri də borc münasibətləri ilə bağlıdır. İnsanlar yaxın qohumuna, dostuna və ya tanışına etibar edərək pul verirlər. Lakin sonradan həmin məbləğin geri qaytarılmaması tərəflər arasında ciddi problemlərə səbəb olur. Belə hallarda isə əsas sual yaranır: borc verən şəxs öz hüququnu necə qoruya bilər?Citypost.az xəbər verir ki, Hüquqşünaslar bildirirlər ki, borc münasibətlərində ən vacib məsələ sübutların mövcudluğudur. Xüsusilə də məbləğ böyük olduqda, borcun yazılı şəkildə rəsmiləşdirilməsi gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almaq baxımından böyük əhəmiyyət daşıyır.Qanunvericiliyin tələblərinə əsasən, məbləği 3 000 manatdan artıq olan borc münasibətlərinin yazılı formada rəsmiləşdirilməsi məqsədəuyğundur və hüquqi baxımdan mühüm...

30 İyul 2026, 08:58

Onlayn kredit borcu miras qalırmı?

Son illər vətəndaşları ən çox maraqlandıran hüquqi məsələlərdən biri də vəfat etmiş şəxsin bank borclarının taleyidir. Xüsusilə onlayn qaydada götürülmüş, zaminsiz və sığortasız kreditlərlə bağlı ailə üzvləri tez-tez sual edirlər: "Yoldaşım vəfat edib,götürdüyü onlayn kredit hələ də bağlanmayıb. Bu borcu mən və ya övladlarım ödəməlidirmi?"Citypost.az xəbər verir ki, hüquqşünasların izahına görə, bu məsələdə əsas meyar mirasın qəbul olunub-olunmamasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, vəfat etmiş şəxsin varisləri mirası qəbul etdikləri halda, mərhumun borclarına da yalnız qəbul etdikləri mirasın dəyəri həcmində cavabdeh olurlar. Başqa sözlə, varis öz şəxsi əmlakı və ya gəlirləri hesabına borcu ödəməyə məcbur deyil. Onun məsuliyyəti yalnız miras...

29 İyul 2026, 10:58

Vəfatdan sonra ev avtomatik həyat yoldaşına keçir?

Vətəndaşlar tərəfindən ən çox ünvanlanan hüquqi suallardan biri də vəfat etmiş həyat yoldaşının adına olan evin sonrakı taleyi ilə bağlıdır. Xüsusilə "Üç övladım var, həyat yoldaşım vəfat edib. Ev onun adınadır. Evi birbaşa öz adıma keçirə bilərəmmi?" sualı tez-tez səsləndirilir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda ev avtomatik olaraq sağ qalan həyat yoldaşının adına keçirilmir. İlk növbədə mirasın açılması və qanunla müəyyən edilmiş vərəsələrin dairəsinin müəyyənləşdirilməsi lazımdır.Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, birinci növbə üzrə qanuni vərəsələr mərhumun həyat yoldaşı, övladları və valideynləridir. Yəni vəfat etmiş şəxsin anası və atası sağdırsa, onlar da birinci dərəcəli vərəsə hesab olunur. Eyni...

29 İyul 2026, 09:58

Sığortasız sürücü qəza törədərsə, zərəri kim ödəyir?

Azərbaycanda sürücülərin ən çox üzləşdiyi problemlərdən biri də yol-nəqliyyat hadisəsi zamanı qarşı tərəfin avtomobilinin icbari sığortasının olmamasıdır. Belə hallarda zərərçəkən sürücülər haqlı olaraq sual edirlər: "Mən öz avtomobilimi sığortalatmışamsa, niyə sığorta şirkətim mənim zərərimi ödəmir?"Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu məsələ ilə bağlı cəmiyyətdə ciddi yanlış anlaşılmalar mövcuddur. Çoxları düşünür ki, avtomobilini icbari sığortalatdığı üçün istənilən qəza zamanı onun avtomobilinə dəyən zərəri də sığorta şirkəti ödəməlidir. Halbuki qanunvericiliyə əsasən, icbari avtomobil sığortasının funksiyası tamamilə fərqlidir.Mütəxəssislər izah edir ki, icbari avtomobil sığortası avtomobil sahibinin öz nəqliyyat vasitəsini deyil, onun üçüncü şəxslər qarşısındakı mülki məsuliyyətini sığortalayır. Başqa sözlə, əgər sürücü...

29 İyul 2026, 08:55

Mənzilin kvadratmetri niyə fərqli hesablanır?

Vətəndaşların ən çox qarşılaşdığı suallardan biri də mənzilin müqavilədə göstərilən sahəsi ilə faktiki ölçü arasında fərqin yaranmasıdır. Bəzən alıcılar mənzili, məsələn, 150 kvadratmetr sahə kimi alırlar, lakin sonradan mütəxəssis tərəfindən aparılan ölçmə zamanı sahənin 230 kvadratmetr olduğu müəyyən edilir. Bu isə haqlı olaraq alıcılarda sual yaradır: bu fərq necə yaranır və qanun buna necə yanaşır?Citypost.az-ın məlumatına görə, hüquqşünasların sözlərinə görə, belə halların əsas səbəbi tikinti şirkətlərinin sahəni hesablama üsulu ilə bağlıdır. Bir sıra hallarda mənzil satılarkən ümumi sahəyə yalnız yaşayış otaqları deyil, həm də divarların, ara kəsmələrin və digər konstruktiv elementlərin altında qalan hissələr daxil edilir. Nəticədə alıcıya təqdim olunan...

28 İyul 2026, 11:00