Bizə yazın

Baku

-°C

USD

-

Elçin Rüstəmli: Manatın sabitliyi bazarda yoxlanmalıdır

Cəmiyyət 30 İyul 2026, 11:56

311

Jurnalist Elçin Rüstəmli Mərkəzi Bankın sədri Taleh Kazımovun manatın məzənnəsi ilə bağlı açıqlamasını şərh edib.

Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, Mərkəzi Bankın sədri Taleh müəllim dolların manat qarşısında bahalaşmayacağını deyibsə və buna tam əminlik varsa, bu halda üzən məzənnə rejiminin tətbiq olunması daha məqsədəuyğun olardı və məzənnə inzibati qaydada müəyyən edilməməlidir.

Elçin Rüstəmli qeyd edib ki, hazırda neft və qazın yüksək qiymətə satılması nəticəsində ölkənin xarici ticarətində müsbət saldo formalaşıb və makroiqtisadi göstəricilər sabit qalır.

Jurnalistin sözlərinə görə, ilin birinci yarısında idxalın 30 faiz azalması daxili istehsalın artması ilə deyil, iqtisadi daralma və ÜDM-in zəif artımı ilə bağlıdır. O vurğulayıb ki, idxalın azalması xarici valyutaya tələbatın da aşağı düşməsinə səbəb olur.

Elçin Rüstəmli əlavə edib ki, son 10 ildə banklarda dollarlaşmanın azalmasının əsas səbəblərindən biri manatın məzənnəsinin sabit qalması və xarici valyutada saxlanılan əmanətlərin gəlirliliyinin aşağı olmasıdır. Onun fikrincə, əmanət sahibləri vəsaitlərini manatda saxlayaraq faiz gəliri əldə etməyə üstünlük verirlər.

Jurnalist sonda bildirib ki, ölkədə iqtisadi vəziyyəti nikbin ifadə ilə "iqtisadi durğunluq" kimi xarakterizə etmək olar və hazırda yüksək neft-qaz qiymətləri iqtisadiyyata əsas dəstək rolunu oynayır.

"Adını nə qoysaq da, reallıq belədir", – deyə Elçin Rüstəmli vurğulayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“İdrak”da güllələnən müəllim işdən çıxdı 

“İdrak” Liseyində bir müddət əvvəl baş vermiş silahlı insidentdən sonra hadisə zamanı xəsarət alan ingilis dili müəllimi Şəhla Kamilova işdən ayrılmışdı.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, hazırda lisey həmin müəllimin yerinə yeni kadr axtarır.Bundan başqa, təhsil müəssisəsində ciddi müəllim çatışmazlığı da yaşanır. Belə ki, lisey riyaziyyat, fizika, SAT Verbal, biologiya, ingilis dili və informatika fənləri üzrə rus, Azərbaycan və ingilis bölmələrinə yeni müəllimlərin işə qəbulunu elan edib....

30 İyul 2026, 13:06

Dövlət rabitəsi ilə təmin olunan vəzifələrə yeniləri əlavə edildi

Prezident İlham Əliyev 25 may 2026-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə siyahıya qurumun aparat rəhbərinin müavini, sədrin köməkçiləri, müşavirləri, şöbə müdirləri, eləcə də "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti"nin İdarə Heyətinin sədri və onun müavinləri, "Regional Su Meliorasiya" QSC-nin icraçı direktoru və onun müavinləri, "İri Şəhərlərin Su Təchizatı" QSC-nin icraçı direktoru və onun müavinləri daxil edilib....

30 İyul 2026, 13:00

Prezidentdən internet saytları ilə bağlı yeni qərar

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək.Citypost.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.Sənədə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar, təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar, həmçinin, insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika...

30 İyul 2026, 12:46

Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib.Bu barədə Citypost.az-a komitədən məlumat verilib.Qeyd edilib ki, qəbul zamanı vətəndaşlar məscidlərdə işlə təmin olunma, əlilliyi olan şəxslər üçün ibadət yerlərində müyəssərliyin təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.Görüşdə vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib....

30 İyul 2026, 12:39

Fərid Qayıbov Kayrat Sarıbay ilə görüşdü

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın Astana şəhərində keçirilən "Phygital Sports Summit Astana 2026" beynəlxalq idman sammitində iştirak edib.Citypost.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Bildirilib ki, nazir sammit çərçivəsində "Fijital idmanın gələcəyinin formalaşdırılması: dövlət, siyasət və qlobal liderlik" mövzusunda sessiyada çıxış edib. Tədbirdən sonra iştirakçılar "Gələcəyin oyunları"nın rəsmi açılış mərasimini izləyiblər.Fərid Qayıbov səfər çərçivəsində Qazaxıstanın turizm və idman naziri Yerbol Mırzabosınov, eləcə də Özbəkistanın idman naziri Ədhəm İkramovla ikitərəfli görüşlər keçirib.Nazir həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) Katibliyini ziyarət edib, Baş katib Kayrat Sarıbay ilə görüşərək gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və...

30 İyul 2026, 12:32

İyulun son günü 38 dərəcə isti gözlənilir

Azərbaycanda iyulun 31-də 38 dərəcə isti gözlənilir, lakin bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Citypost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-27° isti,...

30 İyul 2026, 12:20