Bizə yazın

Baku

-°C

USD

-

Pərvanə Vəliyeva: Dilimizi yaşatmaq Azərbaycanı yaşatmaqdır

Cəmiyyət 30 İyul 2026, 11:45

475

Dil hər bir xalqın mənəvi sərvəti, tarixi yaddaşı, milli kimliyinin və dövlətçiliyinin əsas sütunudur. Xalqın keçdiyi tarixi yol, yaratdığı zəngin mədəniyyət, ədəbiyyat, adət-ənənələr və mənəvi dəyərlər məhz ana dili vasitəsilə nəsildən-nəslə ötürülür. Azərbaycan dili də minilliklər boyu xalqımızın milli varlığını qoruyub saxlayan, onun mənəvi dünyasını yaşadan və müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan zəngin və ahəngdar bir dildir.

“Bizim Azərbaycan dili şeir dilidir.”

Ulu Öndər Heydər Əliyev

Dünyanın müxtəlif xalqlarına mənsub olan insanlar Azərbaycan dilini ilk dəfə eşidərkən, onun mənasını tam anlamasalar belə, bu dilin ahəngdarlığını, melodikliyini və şeirə bənzər səslənişini xüsusi vurğulayırlar. Bu, Azərbaycan dilinin zəngin fonetik quruluşunun, incə ifadə imkanlarının və əsrlər boyu formalaşmış mədəni irsinin göstəricisidir. Məhz buna görə Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, xalqımızın ruhunu, tarixini, mədəniyyətini və milli kimliyini yaşadan ən böyük mənəvi sərvətlərdən biridir.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Dil hər bir millətin milliliyinin əsasıdır.” Bu fikir Azərbaycan dilinin dövlətçilik və milli kimlik baxımından əhəmiyyətini ən dolğun şəkildə ifadə edir. Ana dilini qorumaq, onu inkişaf etdirmək və gələcək nəsillərə olduğu kimi ötürmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Gənclər müasir Azərbaycan dilini bütün incəlikləri ilə öyrənməli, gündəlik həyatlarında, elm və təhsildə, informasiya məkanında, dövlət idarəçiliyində və beynəlxalq platformalarda ondan düzgün və zəngin şəkildə istifadə etməlidirlər.

Sovet hakimiyyəti illərində milli dillərin sıxışdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdi. Xüsusilə 1970-ci illərin ortalarından etibarən SSRİ-də milli respublikaların ictimai-siyasi həyatında dil məsələsinə ciddi məhdudiyyətlər tətbiq olunurdu. Hətta 1930-cu illərdə ana dilinin hüquqlarını müdafiə edən ziyalılar repressiyalara məruz qalır, sürgün edilirdilər. Belə mürəkkəb şəraitdə ana dilinin müdafiəsini açıq şəkildə gündəmə gətirmək böyük siyasi iradə və cəsarət tələb edirdi.

Məhz belə bir dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi uğrunda ardıcıl mübarizə apararaq tarixi xidmət göstərdi. O, ziyalıları və cəmiyyəti ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda səfərbər etdi, Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində prinsipial mövqe nümayiş etdirdi.

Bu mübarizənin ən mühüm nəticələrindən biri 1978-ci il aprelin 2-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Ulu Öndərin təşəbbüsü ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının təsbit edilməsi oldu. Həmin dövrün siyasi reallıqları nəzərə alındıqda bu qərar milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri hesab edilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət dili məsələsi yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Bununla da Azərbaycan dili müstəqil dövlətimizin əsas atributlarından biri kimi hüquqi status qazandı.

Ulu Öndər Heydər Əliyev dövlət dilinin tətbiqinin genişləndirilməsi istiqamətində mühüm qanunvericilik təşəbbüsləri ilə çıxış etdi. 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman dövlət dili siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi və bu Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı.

2001-ci il 9 avqust tarixli Fərmanla hər il 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edildi. Bu qərar ana dilimizin qorunması və təbliği istiqamətində dövlət siyasətinin mühüm mərhələsi oldu.

2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun Azərbaycan dilinin hüquqi statusunu daha da möhkəmləndirdi. Qanunda Azərbaycan dilinin müstəqil dövlətçiliyimizin başlıca əlamətlərindən biri olduğu xüsusi vurğulandı.

Azərbaycan dilinin yazı normalarının müasir tələblərə uyğunlaşdırılması istiqamətində isə Nazirlər Kabinetinin 16 aprel 2019-cu il tarixli qərarı ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edildi.

Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin inkişafı və qorunması istiqamətində mühüm dövlət proqramları və sərəncamlar qəbul edilmişdir. Latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, eləcə də Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinə dair tədbirlər bu siyasətin əsas istiqamətlərini təşkil edir.

2018-ci ildə imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman dilimizin saflığının qorunmasına yeni təkan verdi.

2025-ci il 31 iyul tarixli Fərmanla isə Azərbaycan dilinin tətbiqinə, normativ hüquqi aktlara və dil normalarına əməl olunmasına nəzarət, həmçinin dilin inkişafının təmin edilməsi səlahiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə edildi.

Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və xarici dillərin təsiri fonunda Azərbaycan dilinin saflığının qorunması daha da aktuallaşmışdır.

Prezident İlham Əliyev bu barədə demişdir:

“Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.”

Bu çağırış yalnız dövlət qurumlarına deyil, bütün cəmiyyətə ünvanlanmış məsuliyyət mesajıdır. Alimlər, müəllimlər, jurnalistlər, yazıçılar, media nümayəndələri, dövlət qulluqçuları və xüsusilə gənclər Azərbaycan dilinin normalarına əməl etməli, onu yad təsirlərdən qorumalı və düzgün şəkildə istifadə etməlidirlər.

Azərbaycan dili əsrlər boyu xalqımızın milli varlığını qoruyub saxlamış, müstəqillik dövründə isə dövlətçiliyimizin əsas sütunlarından birinə çevrilmişdir. Bu gün Azərbaycan dili beynəlxalq aləmdə tanınan, zəngin lüğət ehtiyatına və yüksək ifadə imkanlarına malik müasir dillərdən biridir.

Ana dilimizi qorumaq, onun saflığını təmin etmək, zənginliyini gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur. Xarici dilləri öyrənmək müasir dünyanın tələbidir, lakin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin.”

Azərbaycan dilinə sevgi və hörmət milli kimliyimizə, dövlətçiliyimizə və gələcəyimizə hörmət deməkdir. Dilimizi yaşatmaq isə Azərbaycanı yaşatmaq deməkdir.

Milli Məclisin deputatı

Pərvanə Vəliyeva

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“İdrak”da güllələnən müəllim işdən çıxdı 

“İdrak” Liseyində bir müddət əvvəl baş vermiş silahlı insidentdən sonra hadisə zamanı xəsarət alan ingilis dili müəllimi Şəhla Kamilova işdən ayrılmışdı.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, hazırda lisey həmin müəllimin yerinə yeni kadr axtarır.Bundan başqa, təhsil müəssisəsində ciddi müəllim çatışmazlığı da yaşanır. Belə ki, lisey riyaziyyat, fizika, SAT Verbal, biologiya, ingilis dili və informatika fənləri üzrə rus, Azərbaycan və ingilis bölmələrinə yeni müəllimlərin işə qəbulunu elan edib....

30 İyul 2026, 13:06

Dövlət rabitəsi ilə təmin olunan vəzifələrə yeniləri əlavə edildi

Prezident İlham Əliyev 25 may 2026-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə siyahıya qurumun aparat rəhbərinin müavini, sədrin köməkçiləri, müşavirləri, şöbə müdirləri, eləcə də "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti"nin İdarə Heyətinin sədri və onun müavinləri, "Regional Su Meliorasiya" QSC-nin icraçı direktoru və onun müavinləri, "İri Şəhərlərin Su Təchizatı" QSC-nin icraçı direktoru və onun müavinləri daxil edilib....

30 İyul 2026, 13:00

Prezidentdən internet saytları ilə bağlı yeni qərar

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək.Citypost.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.Sənədə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar, təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar, həmçinin, insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika...

30 İyul 2026, 12:46

Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib.Bu barədə Citypost.az-a komitədən məlumat verilib.Qeyd edilib ki, qəbul zamanı vətəndaşlar məscidlərdə işlə təmin olunma, əlilliyi olan şəxslər üçün ibadət yerlərində müyəssərliyin təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.Görüşdə vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib....

30 İyul 2026, 12:39

Fərid Qayıbov Kayrat Sarıbay ilə görüşdü

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın Astana şəhərində keçirilən "Phygital Sports Summit Astana 2026" beynəlxalq idman sammitində iştirak edib.Citypost.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Bildirilib ki, nazir sammit çərçivəsində "Fijital idmanın gələcəyinin formalaşdırılması: dövlət, siyasət və qlobal liderlik" mövzusunda sessiyada çıxış edib. Tədbirdən sonra iştirakçılar "Gələcəyin oyunları"nın rəsmi açılış mərasimini izləyiblər.Fərid Qayıbov səfər çərçivəsində Qazaxıstanın turizm və idman naziri Yerbol Mırzabosınov, eləcə də Özbəkistanın idman naziri Ədhəm İkramovla ikitərəfli görüşlər keçirib.Nazir həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) Katibliyini ziyarət edib, Baş katib Kayrat Sarıbay ilə görüşərək gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və...

30 İyul 2026, 12:32

İyulun son günü 38 dərəcə isti gözlənilir

Azərbaycanda iyulun 31-də 38 dərəcə isti gözlənilir, lakin bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Citypost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-27° isti,...

30 İyul 2026, 12:20