Bizə yazın

Baku

-°C

USD

-

Bakıda hamının danışdığı 80 milyonluq evi hansı məşhur alıb? – VİDEO

Cəmiyyət 24 Avqust 2026, 10:42

459

Əmlak məsələləri üzrə ekspert Vüqar Əliyevin qatıldığı verilişdə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Belə ki, o, Bakıda 80 milyon manatlıq mənzilin olduğunu, onu da ölkədə tanınmış məşhur simanın satın aldığını deyib.
Bakıda həmin qiymətə mənzil varmı? Onu hansı məşhur sima ala bilər?
Citypost.az xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Orucov deyib ki, 80 milyon manat dəyərində fərdi yaşayış evindən söhbət gedirsə, həmin əmlakın ən azı 4-4,5 min kvadratmetr sahəsi və ya böyük həyətə, torpaq sahəsinə malik olması gözləniləndir:
“Mənzildən söhbət gedirsə, onun da ən azı 3-3,5 min kvadratmetr sahəsi olmalıdır. Çünki Bakıda ən yüksək qiymətli elanlar “Crescent Recidence”də, yəni “Crescent mall”ın üzərində yerləşən mənzillərdir. Orada bir kvadratmetrin qiyməti 17-18 min manat, ən yüksək qiymətlə isə 20 min manat civarındadır”.
O qeyd edib ki, bu baxımdan 80 milyon manatlıq mənzil barədə yayılan məlumat real görünmür:
“Çünki 4 min kvadratmetrlik mənzil və ya fərdi yaşayış evini artıq klassik mənada mənzil və ya fərdi yaşayış evi adlandırmaq olmaz. Bu, daha çox yaşayış kompleksi xarakteri daşıyır. Bir mərtəbədə adətən 5-8, bəzi hallarda isə ən çoxu 10 mənzil olur. Onların ümumi sahəsi isə təxminən 1 500-2 000 kvadratmetrdən artıq olmur. Ona görə də hesab edirəm ki, bu informasiya reallığa uyğun deyil”.
“Bu evi ölkədə ala biləcək məşhur sima varmı?” sualına cavab olaraq Vüqar Orucov bildirib ki, Azərbaycanda belə məbləğdə əmlak almaq imkanına malik şəxslər mövcuddur:
“Ölkəmizdə 80 milyon manatlıq əmlakı almaq və belə bir alqı-satqı həyata keçirmək imkanına malik məşhur şəxslər, təbii ki, var. Bu həm rəsmi, həm də qeyri-rəsmi şəkildə mümkün ola bilər. Lakin Azərbaycanda vergi sistemi hələ tam formalaşmadığı üçün kimin hansı əmlaka sahib olduğunu müəyyənləşdirmək çətindir. Bu səbəbdən belə alqı-satqı məlumatlarının reallığını qiymətləndirmək də asan deyil. Bu baxımdan suala belə cavab vermək olar: bəli, Azərbaycanda 80 milyon manatlıq əmlak almaq imkanına malik şəxslər var. Amma qeyd olunan alqı-satqıdakı əmlakın məhz mənzil olduğunu düşünmürəm. Söhbət başqa tipli daşınmaz əmlakdan gedə bilər”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xalq artisti vəfat etdi

Görkəmli bəstəkar, Xalq artisti professor Tofiq Bakıxanov vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə “Report”a Xalq artistinin ailəsindən məlumat verilib.Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. O, ilk musiqi təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) alıb.O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilib.Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqisinə, incəsənətinə saysız-hesabsız incilər bəxş edib, “Nəva”,...

24 Avqust 2026, 08:03

QAÇAQ NƏBİ VƏ HƏCƏRİN ETNİK KİMLİYİ  

Bu gün Qaçaq Nəbi və onun ömür gün və döyüş yoldaşı Həcər xanımla bağlı müzakirələrdə bəzi şəxslər onları “kürd” olaraq adlandırırlar. Əzizlərim nə Nəbi, nə də Həcər kürd millətinə aid olmayıblar. Lap belə olsalar da kürd olmaq mərd olmaq deməkdir. Kürd də bu torpağın övladıdır və onlar bizim əbədi və çiyin söykədiyimiz qonşularımız, can qardaşlarımızdır. Lakin həqiqət mənim dostumdur deyərək əminliklə yazıram ki, Qaçaq Nəbi və Həcər tər təmiz türk olublar.Birinci  Nəbinin yaşadığı Mollu kəndinin sakinlərinin kürdlərlə heç bir bağlılığı yoxdur. Bəri başdan deyim ki, qəzanın 51 min sakinindən yalnız 3 mini kürd olub. 34 min adamı dəf-dolaqla kürd elan...

23 Avqust 2026, 14:11

Memoriat: TANRININ GÖNDƏRDİYİ PUL

Mən ali məktəbdə atalı-analı yetim kimi oxumuşam, yəni evdən ciddi maddi dəstək görməmişəm. Elə birinci kursun ikinci ayında kəndə gəldim ki, evdən pul götürəm. Atam dedi, çətinlikdi, oxuma, anam ona etiraz etdi. Bu heys-beysdə kiçik qardaşım ocaqda qaynayan kartof qazanının üstünə yıxıldı, sifəti yandı. Yaranmış vəziyyətdə özümü günahkar bilib, iri paltar çemodanımı götürdüm və yola çıxdım.Əlbəttə, qardaşım sonralar müalicə olundu və sifətində yanıqdan əsər-əlamət qalmadı. Hadisə baş verən gün nənəm əmimi axtarıb tapdı və ondan 13 manat alıb mənə göndərdi. Pulun 4 manatını avtobus sürücüsünə verdim, doqquz manatla Bakıya gəlib çıxdım.Bir müddət sonra pulum tükəndi, Yasamalın döşündə yerləşən yataqxanadan endim...

23 Avqust 2026, 14:04

Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib 

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.Qeyd edək ki, bu abidə Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində ucaldılıb. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır. Abidə Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib....

23 Avqust 2026, 13:56

 Şahmar Ələkbərovun doğum günüdür

Bu gün Azərbaycan mədəniyyət və incəsənətinin əfsanəvi nümayəndəsi, həm aktyor, həm ssenarist, həm rejissor, həm də dublaj sənətçisi kimi qısa ömründə mədəniyyətimizə dəyəri ölçüyəgəlməz töhfələr vermiş böyük sənətkar, Azərbaycan SSR-in xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərovun doğum günüdür. 1943-cü ilin bu günü Gəncədə dünyaya göz açan sənətkar kino və dublyaj sənətindəki yorulmaz fəaliyyəti, oynadığı və səsləndirdiyi rollarla xalqımızın qəlbində taxt qurmuş, adını mədəniyyət tariximizə qızıl hərflərlə yazdırmışdır. "Dağlarda döyüş", "Arxadan vurulan zərbə", "Babək" kimi filmlərdə oynadığı rollarla əfsanələşən sənətkar "Qanlı zəmi" filmində yaradıcılığının son illərində oynadığı  “İbiş” rolu ilə həm müsbət, həm də mənfi rolun necə ustalıqla oynanıla biləcəyini göstərdi....

23 Avqust 2026, 13:34

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib 

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.CityPost.az  xəbər verir ki, "Daşkənd-Xumo" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.

23 Avqust 2026, 13:11