İrandan Rusiyaya aparılan “təzə soğan” yükündə 25 kq marixuana aşkar edilib
Cəmiyyət 04 Sentyabr 2026, 10:20
203
Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsindən Citypost.az-a verilən məlumata görə, İdarənin “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “təzə soğan” yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.
Yoxlama zamanı üzərinə yük yığılan taxta paletlərin alt hissəsində kustar üsulla düzəldilən saxlanc yerində gömrük nəzarətindən gizlədilən 80 bağlamada xalis təmiz çəkisi 25 kiloqram 570 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Həmçinin oxuyun
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Jurnalistin oğlu faciəvi şəkildə öldü
ARB Televiziyasının Biləsuvar və Cəlilabad rayonları üzrə bölgə müxbiri Samir Qurbanovun övladı vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.Bildirilib ki, jurnalistin 15 yaşlı oğlu Cahangir Qurbanov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
04 Sentyabr 2026, 09:44
Elçin Əfəndiyev: Müəllimlik ixtisaslarında boş yerlər narahatlıq doğurur
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı müəllimlik ixtisasları üzrə bir sıra plan yerlərinin boş qalması diqqət çəkib.Citypost.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndiyev bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.Ekspert bildirib ki, ilkin müsabiqədən sonra müxtəlif müəllimlik ixtisasları üzrə onlarla plan yeri boş qalıb.“Mən çox təəssüflə qeyd edirəm ki, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı ilkin müsabiqədən sonra 76 yer kimya müəllimliyi, 57 yer biologiya müəllimliyi, 57 yer kimya və biologiya müəllimliyi, 31 yer fizika müəllimliyi, 32 yer riyaziyyat müəllimliyi, 10 yer coğrafiya müəllimliyi, 3 yer isə tarix və coğrafiya müəllimliyi...
04 Sentyabr 2026, 09:34
Şəbnəm Xeyrulla Bakıdakı tıxaclardan gileyləndi: “İki saata evə çatdım”
Yazıçı və jurnalist Şəbnəm Xeyrulla Bakı yollarında yaranan tıxaclarla bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında tədris ilinin hələ başlamamasına baxmayaraq, şəhərdə yolların artıq bərbad vəziyyətdə olduğunu bildirib.Şəbnəm Xeyrulla tədris ilinin başlanmasından sonra vəziyyətin daha da çətinləşəcəyindən narahatlığını ifadə edib.“Yollar hələ tədris ili başlamamış bərbad vəziyyətdədir. Ayın 15-dən sonra necə olacaq?” – deyə jurnalist qeyd edib.O, dünən işdən evə gedərkən yaşadığı çətinliyi də diqqətə çatdırıb. Şəbnəm Xeyrullanın sözlərinə görə, İctimai Televiziyadan Balaxanıya çatmaq üçün təxminən iki saat vaxt sərf edib.“Dünən işdən çıxanda saata baxdım: 18:37. Evə çatanda artıq 20:35 idi. Yəni İctimai Televiziyadan Balaxanıya getmək üçün iki...
04 Sentyabr 2026, 09:30
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini ən uzun müddət vəzifədə olması münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə İlham Əliyevin "X" sosial media hesabında paylaşım edilib."İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində çalışan şəxs olması münasibətilə İtaliyanın Baş naziri Corcia Meloniyə səmimi təbriklərimi çatdırıram.Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının ona olan etimadını əks etdirir.Baş nazir Meloninin Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirirəm.Əminəm ki, dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək", - təbrikdə...
04 Sentyabr 2026, 09:30
Politoloqdan AYNA-ya çağırış: “Gəlin dilimizi qoruyaq, qovmayaq!”
Politoloq Amid Əliyev Bakı şəhərində fəaliyyət göstərən 12 saylı marşrut avtobusunda məlumat və elanların rus dilində verilməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib.Citypost.az xəbər verir ki, politoloq bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Xətai rayonunda Cavanşir küçəsindən metronun “Qara Qarayev” stansiyasına qədər hərəkət edən 12 saylı marşrut xəttinin avtobuslarında məlumatlar və elanlar rus dilində təqdim olunur.Politoloqun sözlərinə görə, avtobusun dayanacaqlarında yerləşdirilən monitorlarda da “ОСТАНОВКА” ifadəsi yazılır.Amid Əliyev qeyd edib ki, avtobusların Rusiya bazarı üçün istehsal olunması və ya Rusiyada yığılması mümkün olsa da, həmin nəqliyyat vasitələrinin Azərbaycan ərazisində fəaliyyət göstərdiyini nəzərə almaq lazımdır.“Başa düşmək...
04 Sentyabr 2026, 09:27
Magistraturada 949 yer boş qaldı – Təhsil eksperti diqqətçəkən rəqəmləri açıqladı
Magistraturaya qəbul üzrə boş qalan plan yerlərinin nəticələri açıqlanıb.Citypost.az xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədli bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək diqqətçəkən rəqəmləri açıqlayıb.Ekspertin sözlərinə görə, magistraturada boş qalan 1457 plan yerindən cəmi 508-i dolub. Nəticədə 949 yer yenidən boş qalıb.Məzahir Məmmədli bildirib ki, bu rəqəm sadəcə statistika deyil.Onun sözlərinə görə, magistraturada həm kifayət qədər plan yerləri, həm də ali təhsilini davam etdirmək istəyən gənclər var. Lakin bu iki tərəf arasında ciddi uyğunsuzluq mövcuddur.Təhsil eksperti magistraturaya qəbul imtahanında sualların hansı istiqamətlər üzrə təşkil olunduğuna da diqqət çəkib.Belə ki, magistraturaya qəbul imtahanında məntiq fənni üzrə 50, informatika üzrə 25,...
04 Sentyabr 2026, 09:23